Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1827/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Sübhi qızına qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sübhi qızına qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus olan "Volkswaqen Passat" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 700 manat maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sübhi qızı qonşusudur. Məişət zəminində mübahisələri yarandığından cavabdeh onun etibarnamə əsasında idarə etdiyi "Volkswaqen Passat" markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomaşının dəmir parçası ilə hər tərəfini cızmışdır. Qeyd olunan hadisəni qonşuları X1 və X2 görmüşlər və məhkəməyə dəvət edildikləri halda təsdiq edə bilərlər. Nəticədə avtomaşına 700 manat ziyan vurulmuşdur. Qeyd olunan məsələ Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsininin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarında öz əksini tapmışdır. Gəncə şəhər Avtoservis müəssisəsinin 9090 nömrəli rəyinə əsasən "Volkswaqen Passat" markalı, **-CL-*** dövlət nömrə nişanlı avtomaşına 700 manat zərərin vurulması müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılmış Cavabdeh Sübhi qızı məhkəmə iclasına gəlməmiş, hər dəfə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. İddiaçı cavabdehin məhkəmə iclaslarından məlumatlı olduğu halda, gəlməməsinin səbəbinin mübahisənin həlli müddətinin uzadılması məqsədi daşıdığını göstərərək, işə onun iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nizami RPİ-nin TB-nin təhqiqatçısı N.Heydərovun xx.xx.2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-yə müraciəti üzrə araşdırma zamanı xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Cavabdeh Sübhi qızının Gəncə şəhəri Vaqif küçəsi 7-ci dalan, ev 4-də yaşayan İddiaçı yaşadığı evin yaxınlığında saxladığı özünə məxsus Volsvagen Passat markalı ** CL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini bərk cisimlə cızmaqla sonuncuya 700 manat dəyərində maddi ziyan vurması müəyyən olunmuşdur. Cavabdeh Sübhi qızının əməlində Azərbaycan Respublikası CM-in 186-cı maddəsinin tərkibi yaranmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin İddiaçı məxsus Volsvagen Passat markalı ** CL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili cızmaqla Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində inzibati qaydada tədbir görülməsi üçün və gələcəkdə neqativ halların qarşısının alınmasından ötrü tərəflərlə profilaktiki söhbətlər aparılması üçün qərarın surəti Nizami RPİ-nin İTB-yə göndərilmişdir. Araşdırma zamanı ifadələri alınmış X1 və X2 xx.xx.2020-ci il tarixdə axşam vaxtı yaşadıqları dalandan səs gəldiyini eşidib küçə qapısının arasından baxanda qonşuları Cavabdeh Sübhi qızının dalanda dayanan İddiaçı məxsus "Volkswaqen Passat" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili dəmirlə cızılma səsi verən nə iləsə hər tərəfini əsəbi halda cızdığını gördüklərini bildirmişdirlər. Gəncə şəhər Avtoservis müəssisəsinin 9090 saylı rəyindən görünür ki, Volsvaqen Passat markalı ** CL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 700 manat dəyərində maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli, ƏN-Vİİ № 143294 saylı etibarnamənin surətindən görünür ki, X3 "Volkswaqen Passat" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 459.1-ci maddəsinə görə zərərin əvəzini ödəməyə borclu olan hal baş verməsəydi, mövcüd olacaq vəziyyəti bərpa etməlidir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh Sübhi qızının xx.xx.2020-ci il tarixdə İddiaçı yaşadığı evin yaxınlığında saxladığı özünə məxsus "Volkswaqen Passat" markalı **-CL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini bərk cisimlə cızmaqla sonuncuya 700 manat dəyərində maddi ziyan vurması sübuta yetirimişdir. Ona görə də, iddia tələbi təmin edilərək 700 manat Cavabdeh Sübhi qızından İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sübhi qızından vurulmuş maddi ziyana görə 700 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-1827/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1827/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver