Məhkəmə qərarları › İş №2(011)-1842/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1842/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1842/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 15 fevral 2022-cü il tarixli kredit müqaviləsi üzrə 7.518,31 manat əsas borc, 513,04 manat faiz borcu və 156,63 manat cərimə borcu olmaqla, cəmi 8.187,98 manat borcun və 101,88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 15 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17 faizlə 48 ay müddətinə 10.200 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 15 fevral 2022-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 11 dekabr 2023-dək Cavabdeh1 banka 15 fevral 2022-cü il tarixli kredit müqaviləsi üzrə 7.518,31 manat əsas borc. 513,04 manat faiz borcu və 313.26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8.344,61 manat borcu vardır. Cavabdeh1 15 fevral 2022 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 313.26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-ı miqdarında olmaqla, yəni 156,63 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər X3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ilə Cavabdeh2 arasında bağlanmış 29-Z1-1-0- 262-22 saylı zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqavilənin predmeti xx.xx.2022-ci il tarixli, 29-Z1-1-0-262-22 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş X3 (Borcalan) tərəfindən İddiaçı ASC (Kreditor) qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh2 (Zaminin) öz üzərinə götürməsidir. İş materiallarında olan “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1”-in məzmunundan görünür ki, X3 "xxxx" ASC-nin Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərini oxumuşdur, sənədin bütün müddəaları və tələbləri ilə razıdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 1” X3 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5”-in məzmunundan görünür ki, istehlak məqsədi ilə illik 17% faizlə, 48 ay müddətinə 10.200 manat məbləğində kreditin verilməsi "xxxx" ASC ilə X3 arasında razılaşdırılmışdır. “Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə Əlavə № 5” X3 tərəfindən imzalanmışdır. Qeyd edilmiş Əlavə üzrə illik cərimə 180% həddində qeyd edilmişdir. Ödəniş qaydası – annuitet, hər ayın 15-i 294,32 manat məbləğində qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 29-Z1-1-0-262-22 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 7.518,31 manat əsas borc, 513,04 manat faiz borcu və 313,26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8.344,61 manat borcu vardır. İş materiallarında olan 29-Z1-1-0-262-22 saylı müqaviləyə 1 saylı əlavədə göstərilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə görə xx.xx.2022-xx.xx.2026-cı il tarixlərində cəmi 14.127,46 manat kredit ödənişinin ödənilməsi razılaşdırılmışdır. Ödəniş cədvəli X3 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 29-Z1-1-0-262-22 saylı müqaviləyə əsasən "xxxx" ASC-nə 7.468,49 manat əsas borc, 632,86 manat faiz borcu və 367,31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8.468,66 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2204-********** kodlu məxaric qəbzindən görünür ki, 10.200 manat məbləğində pul vəsaiti X2 ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlər Cavabdeh2 və X4 İddiaçı ASC-dən aldığı krediti və ona hesablanmış faziləri vaxtında ödəməmişdir. Buna görə də, iddiaçı ödənilməli olan məbləğlərin məhkəmə qaydasında tutulması üçün müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məccələsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 razılaşma əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və borca hesablanmış faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən, digər Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 101,88 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən 7.518,31 (yeddi min beş yüz on səkkiz manat otuz bir qəpik) manat məbləğində əsas borc, 513,04 (beş yüz on üç manat dörd qəpik) manat məbləğində faiz borcu, 156,63 (bir yüz əlli altı manat altmış üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8.187,98 (səkkiz min yüz səksən yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində borc məbləği və 101,88 (bir yüz bir manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar