Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-185/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000025766 saylı kredit razılaşması üzrə 37334.71 ABŞ dolları kredit borcu, 3299.05 ABŞ dolları faiz borcu, 18397.73 ABŞ dolları cərimə olmaqla, cəmi 59031.49 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 16864.25 ABŞ dolları kredit borcu, 1179.16 ABŞ dolları faiz borcu və 10164.2 ABŞ dolları cərimə olmaqla, cəmi 28207.61 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 41843.96 ABŞ dolları kredit borcu, 7978.25 ABŞ dolları faiz borcu və 19695.95 ABŞ dolları cərimə olmaqla, cəmi 69518.16 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 1957.22 ABŞ dolları kredit borcu, 269.66 ABŞ dolları faiz borcu və 1394.31 ABŞ dolları cərimə olmaqla, cəmi 3621.19 ABŞ dolları, 4 kredit razılaşması üzrə ümumilikdə cəmi 160378 ABŞ dolları 45 sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000025766 saylı kredit razılaşması üzrə 32391.93 ABŞ dolları kredit borcu, 3299.05 ABŞ dolları faiz borcu, 18397.73 ABŞ dolları cərimə olmaqla, cəmi 54088.71 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 13864.25 ABŞ dolları kredit borcu, 1179.16 ABŞ dolları faiz borcu və 10164.2 ABŞ dolları cərimə olmaqla, cəmi 25207.61 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 41843.96 ABŞ dolları kredit borcu, 7978.25 ABŞ dolları faiz borcu və 19695.95 ABŞ dolları cərimə olmaqla, cəmi 69518.16 ABŞ dolları, 3 kredit razılaşması üzrə ümumilikdə cəmi 148.814 ABŞ dolları 48 sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000025766 saylı kredit razılaşması üzrə 26891.93 ABŞ dolları kredit borcu, 3299.05 ABŞ dolları faiz borcu, 18397.73 ABŞ dolları cərimə olmaqla, cəmi 48588.71 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 13864.25 ABŞ dolları kredit borcu, 1179.16 ABŞ dolları faiz borcu və 10164.2 ABŞ dolları cərimə olmaqla, cəmi 25207.61 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 41843.96 ABŞ dolları kredit borcu, 7978.25 ABŞ dolları faiz borcu və 19695.95 ABŞ dolları cərimə olmaqla, cəmi 69518.16 ABŞ dolları, 3 kredit razılaşması üzrə ümumilikdə cəmi 143314 ABŞ dolları 48 sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Hacı Mayıl küçəsində istifadədə olan 0.04196 ha torpaq sahəsində xüsusi mülkiyyətində olan 253.06 m2 ümumi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 38 nömrəli fərdi yaşayış evinə və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən sahəsi 2.50727 ha olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 143.314 ABŞ dolları 48 sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4 MMC-dən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Hacı Mayıl küçəsində istifadədə olan 0.04196 ha torpaq sahəsində xüsusi mülkiyyətdə olan 253.06 m2 ümumi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 38 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən sahəsi 2.50727 ha olan torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri görülməsi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh1 mülkiyyətində olan “Hundai Sonata” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh2 mülkiyyətində olan “Volkswagen Touareg” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz G63 AMG” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı və “Bentley Continental” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitələrinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6119/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, işə baxılıb yekun qərar çıxarılanadək mübahisə predmeti olan Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz G63 AMG” markalı, 2008-ci il buraxılışlı, qara metallik rəngli, **-CM-*** dövlət qeydiyyat nişanlı və “Bentley Continental” markalı, qara metallik rəngli, 2013-cü il buraxılışlı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan İddiaçı QSC-nin nümayəndəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddiaçı iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6119/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, 2(011)- 185/2020 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan iddianı təmin tədbirinin qüvvədə saxlanılmasına zərurət aradan qalxmışdır və bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6119/2019 saylı iddianı təmin etmək haqqında qərardadı ləğv edilərək, Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz G63 AMG” markalı, 2008-ci il buraxılışlı, qara metallik rəngli, **-CM-*** dövlət qeydiyyat nişanlı və “Bentley Continental” markalı, qara metallik rəngli, 2013-cü il buraxılışlı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrininüzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 259.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 MMC-yə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə 2(011)-185/2020 saylı mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6119/2019 saylı iddianı təmin etmək haqqında qərardadı ləğv edilsin, Cavabdeh3 mülkiyyətində olan “Mercedes Benz G63 AMG” markalı, 2008-ci il buraxılışlı, qara metallik rəngli, **-CM-*** dövlət qeydiyyat nişanlı və “Bentley Continental” markalı, qara metallik rəngli, 2013-cü il buraxılışlı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-185/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-185/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver