Məhkəmə qərarları › İş №2(011)-1870/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1870/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1870/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili X10, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi və X11 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi və X11 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X9 arasında xx.xx.2018-ci il tarixdə “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakın qaytarılması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı arvadıdır və onlar rəsmi nikaha daxil olublar. 2023-cü ilin aprel-may aylarında aralarında narazılıq olmuşdur və onlar nikahın məhkəmə qaydasında pozulması həddinə çatmışlar. Belə olan zaman iddiaçı cavabdehə bildirmişdir ki, əgər belədirsə, ona nə almışsa, yəni ev, pal-paltar və minik maşını əlindən tutub alacaq və ya da yarı böldürəcək. Belə dedikdən sonra cavabdeh ona demişdir ki, heç nə edə bilməyəcəkdir. O, iddiaçının ona alıb verdiyi maşını atasına alqı-satqı etmişdir və atasının mülkiyyətinə keçirmişdir. Onlar **- LS-*** dövlət nömrə nişanlı “Seat İbiza” minik markalı 2011-ci il buraxılışlı və qırmızı rəngi olan minik maşınını birgə nikah dövründə əldə etmişlər. Həmin minik maşını xx.xx.2018-ci il tarixində BDYP-də xüsusi qeyd olmaqla X7 satılıb. Hazırkı dövlət nömrə nişanı **-LS-***-dir. İddiaçı maşının satılmasından yuxarıda qeyd etdiyi tarixdə xəbər tutmuşdur və həmin zamana qədər bununla bağlı heç bir məlumatı olmamışdır. Buna görə də iddiaçı belə hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O bildirmişdir ki, **-LS-*** dövlət nömrə nişanlı “Seat İbiza” minik markalı avtomobilin arvadı Cavabdeh tərəfindən özgəninkiləşdirilməsi barədə məlumatı olmamışdır. O, buna razılıq verməmişdir. Arvadı Cavabdeh bunları təsdiq edir. Həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır. Buna görə əmlakın satılmasına dair müqavilə etibarsız hesab edilməlidir, əmlak onlara qaytarılmalıdır. İddiaçı vəkili X14 iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz etməyərək bildirmişdir ki, mübahisəli avtomobil ona məxsus olmuşdur. O, avtomobili iddiaçıdan xəbərsiz olaraq mərhum atasının adına rəsmiləşdirmişdir. Əslində sonradan atası həmin avtomobili ona bağışlamalı idi. O, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddia tamamilə əsassızdır və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. O bildirmişdir ki, mübahisəli avtomobil N.Dadaşbəyov və atasının maddi vəsaiti hesabına alınmışdır. T.Dadaşbəyov yaşlı insan olduğundan və N.Dadaşbəyov xaricdə yaşadığı üçün onu daima həkimə və digər yerlərə aparıb-gətirmək zərurəti yaranırdı. Buna görə də, razılaşmışlar ki, avtomobil alınsın. İddia tələbində göstərilənlər reallığı əks etdirmir. Hazırki iddia tələbi formal olaraq verilmişdir, məqsəd 6 saylı notariat notariat ofisində açılmış vərəsəlik üzrə avtomobilin bölünməsinin qarşısını almaqdır. İddia tələbində qeyd olunur ki, iddiaçının 2023-cü ilin aprel-may aylarında məlumatı olmuşdur. Sual olunur, əgər nikahda olan şəxslər bir yerdə yaşayırlarsa, birgə avtomobili idarə edirlərsə, iddiaçı X6 bundan necə məlumatsız və xəbərsiz ola bilər? Əgər doğurdanda bağlanmış müqavilə əhəmiyyətsiz əqd idisə bu iddiaçı tərəfindən yalnız 1 il müddətində mübahisələndirilə bilərdi. İş materiallarından da göründüyü kimi hazırki iddia tələbi ilə iddiaçı üstündən 5 il keçəndən sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və minik avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən o, iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Dadaşbəyova (Süleymanlı) Nigar Tofiq qızı xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşdurlar. İş materilallarında olan xx.xx.2023-cü il tarixli Bakı 8 saylı X2 Süleyman Vaqif oğlu ilə Cavabdeh arasında bağlanmış barışıq sazişindən görünür ki, birinci tərəf İddiaçı ikinci tərəf Cavabdeh ilə nikah dövründə əldə etdikləri (ikinci tərəfin adında olan) daşınar əmlakı olan 2011-ci il buraxılışlı **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobilinin ikinci tərəf Cavabdeh birinci tərəf İddiaçı xəbəri, razılığı iradəsi olmadığı təqdirdə (formal olaraq) alqı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirilməsinə dair əqdin etibarsız olduğunu etiraf və təsdiq etdiyi ilə razıdır. İkinci tərəf Birinci ilə nikah dövründə əldə etdikləri (onun adına olan) daşınar əmlak, 2011-ci il buraxılışlı **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobilin birinci tərəfin xəbəri, razılığı və iradəsi olmadığı təqdirdə (formal xarakter daşıyan) alqı-satqı müqavilə bağlamaqla özgəninkiləşdirdiyini, bu əqdin etibarsız olduğunu etiraf və təsdiq edir. Birinci tərəf bu mübahisənin məhkəmədənkənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Mübahisə predmeti olan 2011ci il buraxılışlı ** LS *** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobilə dair əqdin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. İkinci tərəf bu mübahisənin məhkəmədənkənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Birinci tərəfin mübahisə predmeti olan birgə nikah dövründə əldə etdikləri 2011-ci il buraxılışlı ** LS *** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edəcəyi ona məlumdur və buna etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsindən olan kompyuter çıxarışından görünür ki, **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobilin sahibi xx.xx.2017-ci il tarixli şəhadətnamə ilə Cavabdeh olmuş, həmin avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdən Cavabdeh tərəfindən X7 satılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə X4 adına açılmış vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə X1 mirasın qəbul edilməsi üçün ərizə ilə qeyd edilmiş notariat orqanına müraciət etmişdir. Mirasın tərkibində **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobil qeyd edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə X1 mirasın qəbul edilməsi üçün ərizə ilə qeyd edilmiş notariat orqanına müraciət etmişdir. Mirasın tərkibində **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobil qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə X4 adına açılmış vərəsəlik işində olan sənədlərin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus olan bütün əmlakını X8 və Cavabdeh vəsiyyət edir. X9 xx.xx.2016-cı il tarixli vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı oğlu X8 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X17 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-24685/2024 saylı məktubdan görünür ki, “Seat İbiza” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına qeydiyyata alınması və qeydiyyatdan çıxarılaraq X4 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı yazılı vəsatətindən görünür ki, o, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və minik avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş edir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında nikah münasibətləri davam etməkdədir. Mübahisəli **-LS-*** dövlət qeydiyyat nişanlı “Seat İbiza” minik markalı avtomobil 2017-ci ildə Cavabdeh adına olmaqla tərəflərin birgə nikahda olduqları zaman əldə edilmişdir. Həmin avtomobil 2018-ci ildə Cavabdeh tərəfindən mərhum atası X7 özgəninkiləşdirilmişdir. Sonuncu vəfat etdiyindən mübahisəli avtomobil X4 miras kütləsinə daxil olmaqla, onun vərəsələri X11 və Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə ki, İddiaçı mübahisəli avtomobilin Cavabdeh tərəfindən 2018-ci ildə onun razılığı olmadan özgəninkiləşdirildiyini əsas gətirərək, həmin avtomobilə dair Cavabdeh ilə sonuncunun mərhum atası X4 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və avtomobilin geri qaytarılmasını tələb edir. Məhkəmə işin hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İlk öncə əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı iddia müddətinin tətbiqinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 7.22-ci maddəsinə görə müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Həmin Qərarın 7.24-cü maddəsinə görə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dair kəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçının əmlak hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün iş materialları ilə müəyyən edilmədiyindən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırki iddia tələblərinə münasibətdə iddia müddəti tətbiq edilməməlidir. İddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarın 3.2-ci bəndinə görə ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Qərarın 3.3-cü bəndinə əsasən, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qərarın 3.6-cı bəndinə görə əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Həmin Qərarın 7.2-ci maddəsinə görə Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə, daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil. Həmin Qərarın 7.4-cü maddəsinə görə reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər Həmin Qərarın 7.7-ci maddəsinə görə reyestrdə qeydə alınmalı olubolmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. Həmin Qərarın 7.9-cu maddəsinə görə bəzən məhkəmə təcrübəsində ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır. Halbuki Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir. Belə ki, mübahisəli avtomobilə münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan iddiaçının razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübut etmək vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı və cavabdeh qarşılıqlı şəkildə razıdırlar ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi zamanı İddiaçı buna razılığı olmamışdır. Buna görə də İddiaçı əmlakın özgəninkiləşdirilməsinə dair razılığının olmaması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, qeyd olunan hal mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün yetərli deyil. Belə ki, iddiaçının əqdin bağlanılmasına razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən T.Dadaşbəyov iddiaçının razılığının olmaması barədə məlumatlı olaraq əqdin bağlanılması zamanı vicdanlı olmasın. Mərhum T.Dadaşbəyovun iddiaçının razılığının olmadığını bildiyini və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və T.Dadaşbəyovun vıcdanlı olmaması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, müqavilənin sözügedən əsaslarla etibarsız olması barədə iddia dəlilləri əsassızdır. Belə ki, əksi iddiaçı tərəfindən sübuta yetirilədək mərhum T.Dadaşbəyovun vicdanlılığı qorunur. Digər təfəfdən, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 saylı qərarında qeyd olunmuş hüquqi mövqedən görünür ki, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdehdən tələb etmək hüququ vardır. X12 7.18-ci maddəsinə görə mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ərarvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. İşin hallarından görünür ki, iddiaçı və cavabdehin qarşılıqlı niyyətləri mübahisəli əmlakın özgəninkiləşdirilməsi barədə əqdin etibarsız hesab edilərək əmlakın geri qaytarılmasından ibarətdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələblərinə iddia tələbləri çərçivəsində baxılaraq hüquqi qiymət verilməli, əqdin etibarsızlığı ilə bağlı iddia tələbləri təmin edilməyərək, qanunvericilikdə nəzərdə tutulmuş müddətlər və şərtlər nəzərə alınmaqla iddiaçıya mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdehdən tələb etmək hüququ izah edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən əqdin tərəfi olan T.Dadaşbəyovun miras əmlakı açıldığından, onun vərəsələsi olan şəxslər əmlakın mülkiyyətçisi hesab edilirlər. Belə ki, Mülki Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə ki, mübahisəli əmlak (onun hissələri) mərhum T.Dadaşbəyovun miras əmlakına daxil olduğundan və mirası qəbul etmiş vərəsələrinin mülkiyyəti hesab olunduğundan, X12 7.9-cu maddəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qeyd olunur ki, sözügedən əmlakı sonradan əldə etmiş vərəsələrin vicdanlılığının qorunması səbəbi ilə də mübahisələndirilən əqd etibarsız hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməyərək iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi və X11 cəlb edilməklə) – “Cavabdeh ilə X9 arasında “Seat İbiza” minik markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlakın qaytarılması, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar