Məhkəmə qərarları › İş №2(011)-188/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-188/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-188/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən aldığı “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşına görə 689.90 manat pulun geri qaytarılması, iddia ərizəsinin tərtib olunması üçün ödədiyi 50 manat məbləğində pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixində İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən aldığı “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşının eyni modelli yenisi ilə əvəz edilməsi, bu mümkün olmadıqda isə ona görə ödədiyi 689.90 manat pulun ona geri qaytarılması və iddia ərizəsinin tərtib olunması üçün ödədiyi 50 manat pulun tutularaq, xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən MG MUSİC GALLERY mağazasına onlayn qaydada “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşını almaq üçün müraciət edərək, elə onlayn qaydada 689.90 manat ödəniş etmiş və xx.xx.2022-ci il tarixində həmin məhsul Siyəzən şəhərində yerləşən fərdi yaşayış evinə MG MUSİC GALLERY əməkdaşları tərəfindən çatdırılmışdır. MG MUSİC GALLERY adı mağaza adı olaraq müxtəlif MMC-dən məhsul qəbul edir və mağazada MG MUSİC GALLERY adı ilə satış aparır. Belə MMC-lərdən biri də cavabdeh olan Cavabdehdir. Məhsulu aldığı zaman İddiaçı məhsulu aldığı zaman “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşına aid CO001305 saylı zəmanət talonu verilmişdir. Zəmanət müddəti xx.xx.2022-ci ildən başlayaraq xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Məhsulu xx.xx.2022-ci qəbul edib və 5 ay sonra 2023-cü ilin aprel ayında məhsulda nasazlıq yaranıb, belə ki, maşın qabları isti su ilə yumalı olduğu halda soyuq su ilə yuyub, yəni əslində yumayıb, çünki maşın soyuqdan istifadə edəndə qabları yumur, şirkətin əməkdaşlarına müraciət etdikdə isə bu maşının qabları soyuq su ilə yuduğunu bildirmişlər, bu da onların həmin işi ümumiyyətlə bilmədiyini göstərir, yaranmış nasazlığın aradan qaldırılması üçün etdiyi müraciətə biganə yanaşılmışdır, məhsulu artıq 10 aydır ki, normal istifadə edə bilmir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normasının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Ticarət çekindən görünür ki, 1 ədəd “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşını pərakəndə alan alıcı həmin məhsul üçün 689.90 manat ödəniş etməlidir. İş materiallarında olan Satış çekindən görünür ki, İddiaçı 1 ədəd “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşın üçün xx.xx.2022-ci il tarixində 689.90 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, CO0001305 saylı Zəmanət talonundan görünür ki, “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşının zəmanət müddəti 3 il, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. İş materiallarında olan votsap mobil tətbiqi üzərindən aparılan danışıqlardan görünür ki, İddiaçı məhsulda yaranmış nasazlıqla bağlı MG MUSİC GALLERY mağazasının servis xidmətinə müraciət etmiş, lakin malın qüsurlarının aradan qaldırılması üçün tutarlı bir addım atılmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Hüquqi yardım xidmətinə görə 50 manat məbləğində pul ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində onlayn qaydada “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşını almaq üçün müraciət etmişdir, xx.xx.2022-ci il tarixində 689.90 manat ödəniş edərək məhsulu təhvil almışdır. xx.xx.2022-ci il tarixli, CO0001305 saylı Zəmanət talonuna əsasən, “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşının zəmanət müddəti 3 il, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək müəyyən edilməklə məhsula keyfiyyət qarantiyası vermişdir. İddiaçı Cavabdehnə məxsus MG MUSİC GALLERY mağazasından aldığı “Gorenje GS” 2040 W markalı qabyuyan maşın ona təhvil verildikdən bir neçə ay sonra aldığı malda qabların yuyulması ilə bağlı nazaslıq yaranmış, iddiaçı nasazlıqla bağlı cavabdehə müraciət etmişdir. Bununla belə, cavabdeh tərəfindən malda əmələ gəlmiş qüsurun aradan qaldırılması üzrə hər hansı tədbir görülməsinə dair, həmçinin cavabdehin öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, satılan və alıcıya təhvil verilən əşyanın keyfiyyət ilə bağlı mübahisə olduğu təqdirdə sübutetmə yükü satıcının üzərinə düşür və satıcı, əşyanın alıcı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməlidir. Lakin hazırkı iş üzrə cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, alınmış malda zəmanət müddəti ərzində qüsur aşkar edildiyindən və satıcı, həmin qüsurun alıcı tərəfindən əşyadan istifadə və ya saxlanma qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəlməsi ilə bağlı sübut təqdim etmədiyindən alıcı iddiaçı lazımı keyfiyyəti olmayan əşyanın yenisi ilə əvəz olunmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi“ hissəsinə münasibətdə isə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan hədddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 50 manat pul məbləğini ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımı keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin münasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırlması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi, Həmin Məcəllənin 587.2-ci maddəsinə görə, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 587.2.2. lazımı keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588.2-ci maddəsinə görə, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, satıcıdan və ya istehsalçıdan aşağıdakları tələb etmək hüququna malikdir: lazımı keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Həmin Qanunun 7.10-cü maddəsinə əsasən, əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşın eyni modelli yenisi ilə əvəz olunmalı və iddiaçıya təhvil verilməli, bu mümkün olmadıqda onun dəyərini təşkil edən 689.90 manat məbləğində vəsait və hüquqi yardım xidmətinə görə ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbini həcmi nəzərə alınaraq, 30 manat ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı satılmış “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşın Cavabdeh tərəfindən eyni modelli yenisi ilə əvəz edilsin, bu mümkün olmadıqda satılmış “Gorenje GS” 2040 W markalı qabyuyuyan maşın əvəzində onun dəyərini təşkil edən 689 (altı yüz səksən doqquz) manat 90 (doxsan) qəpik Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdehndən alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar