Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1899/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi ilə, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “maneənin aradan qaldırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 236 saylı məhəllə, 1B saylı binanın birinci mərtəbəsində 5-ci girişinin sol tərəfində sahəsi 30,0 kv/m qeryi-yaşayış sahəsində onun tərəfindən təmir-tikinti işlərinin aparılmasına maneəçilik törəməinə görə Cavabdeh, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai" küçəsi, 2316 saylı məhəllədə 1 B saylı evin, 160 saylı mənzilində yaşayır və orada pasport qeydiyyatında olub. Həmin binanı Mos-Az-1 Mənzil Tikinti Kooperativi tikib başa çatdırmışdır. İddiaşı həmin mənzildə yaşayan zaman 2009-cu ildə "xxxx"-ya ərizə ilə müraciət edərək binanın birinci mərtəbəsində 5-ci girişin sol tərəfində 30,0 kvm. qeyri yaşayış sahəsinin ona verilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə "xxxx"-də baxılmış və ondan həmin qeyriyaşayış sahəsinin əldə edilməsi üçün 30.000 manat pul ödənilməsi bildirilmişdir. İddiaçı həmin pulu "xxxx"-ya ödəmiş və MTK-nın sədri İman Cəfərov ona pulun ödənilməsinə dair maliyyə arayışı vermişdir. Həmin qeyri-yaşayış sahəsinin ona verilməsinə dair "xxxx" üzvlərinin xx.xx.2008-ci il tarixdə (13 saylı protokol) qərar qəbul edilmişdir. "xxxx"-nın sözü gedən qərarı baxılmaq üçün Bakı şəhəri İcra Hakiimiyyətinin Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclasına çıxarılaraq baxılmış və komissiyanın iclasının 1 A saylı, xx.xx.2009-cu il tarixli protokolu ilə həmin qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsinə razılıq verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2009-cu il tarixli, 12 saylı sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının yığıncağının xx.xx.2009-cu il tarixli, 1 sayl, 1 A saylı protkolları təsdiq edilmişdir. İddiaçıya ayrılan qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilərək ona verilmişdir. Lakin bu günədək qanuni sənədlərlə ona ayrılmış qeyriyaşayış sahəsində tikinti-təmir işlərini apara bilmir. Belə ki, həmin binanı tikib başa çatdıran "xxxx" ləğv edilmiş, Bakı şəh. S.Ə.Şirvani 1 B, məh. 23/16 saylı binada Cavabdeh Mənzil Mükiyyətçilərinin Müştərək Cəmiyyəti yaranmışdır. İddiaçı həmin Cəmiyyətin Sədri Nümayəndə ona ayrılmış qeyri-yaşayış sahəsində təmir-tikinti işləri aparmaq istədiyi ilə bağlımüraciət etmişdi. Cəmiyyətin Sədri Nümayəndə, onun səlahiyyətli şəxsləri buna razılıq vermir və qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasına görə maneəçilik törədirlər. Belə ki, onlar iddiaçıya bildirirlər ki, binanın altında yerləşən mənə ayrılmış qeyri-yaşayış sahəsi yanğınsöndürən maşınlar üçün nəzərdə tutulmuşdur. Ancaq həmin binanın ayrıca giriş-çıxış yolu vardır. Giriş-çıxış yolunun yanında gözətçi otağı tikilmiş, şlanq baum qoyulmuş və həmin giriş-çıxış yolundan binanın sakinləri öz avtomobilləri ilə sərbəst surətdə daxil olub çıxa bilirlər. Yanğınsöndürən maşınlar da həmin binanın giriş-çıxış yolundan sərbəst surətdə istifadə edə bilirlər. İddiaçıya ayrılmış qeyri yaşayış sahəsinin eni 2,5 metr-dir, oranın eni dar olduğundan yanğınsöndürən maşın keçib gedə bilməz. Ona ayrılmış qeyri-yaşayış sahəsi dəmir barmaqlıqlarla bağlanmışdır, həmin yerdən nə sakinlər, nə də ki avtomaşınlar keçib getmirlər. O hesab edir ki, cavabdehin maneəsi əsassızdır və bu bir bahənədir, belə bir əsassız maneə onun istifadə, sahiblik və mülkiyyət hüquqlarını məhdudlaşdırır və o sərbəst surətdə ona ayrılmış qeyriyaşayış sahəsindən isitfadə edə bilmir, orada təmir tikinti işlərini apara bilmir və hesab edir ki, belə bir süni maneə aradan qaldırılmalıdır. Belə olan halda məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edirəm İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 1A saylı protokolundan görünür ki, ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cı il tarixli, 12 nömrəli Sərəncamı ilə xx.xx.2009-cu il tarixli, 1A saylı protokol təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın tərtib etdiyi maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur və binanın birinci mərtəbəsində yerləşən 30,0 kv/m olan qeyri-yaşayış sahəsinin dəyəri kimi 30.000 manat məbləğində vəsait İddiaçı tərəfindən ödənilmişdir. Həmin arayışa "xxxx" MTK-nın möhürü vurulsa da, arayış MTK-nın səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ünvan 1 ünvanında yerləşən kooperativ yaşayış binasının yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, həmin binanın 5-ci girişinin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud deyil. Həmin ərazidə binanın həyətinə sakinlər üçün iki tərəfli keçid yerləşir. İddiaçı, məhz, həmin sahənin qeyri-yaşayış sahəsinin tikilməsi məqsədilə ona satıldığını iddia edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində hər hansı qeyri-yaşayış sahəsi mövcud olmadığından və, həmin ərazinin iddiaçıya satılması, onun tərəfindən ərazidə təmir-tikinti işlərinin aparılması səlahiyyətini təsdiq edin müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı qanunvericiliyin tələblərinə uyğun olmadığına görə həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının 1A saylı protokolunda ünvan 1dəki 1B saylı yaşayış binasının 1-ci mərtəbəsindəki 5-ci girişin sol tərəfində 30,0 kv/m qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə razılıq verildiyi göstərilsə də, həmin sənəd iddianın əsaslı olduğunu sübuta yetirmək üçün yetərli deyil. Belə ki, yaşayış kompleksinin ilkin layihə sənədləri, layihə sənədlərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəyişikliklərin edilərək, mübahisəli ərazidə iddiaçının qeyd etdiyi kimi qeyri-yaşayış sahəsinin tikintisinin planlaşdırılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 236 saylı məhəllə, 1B saylı binanın birinci mərtəbəsində 5-ci girişinin sol tərəfində sahəsi 30,0 kv/m qeryi-yaşayış sahəsində onun tərəfindən təmir-tikinti işlərinin aparılmasına maneəçilik törəməinə görə Cavabdeh, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair iddiası sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdehnə qarşı – Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 236 saylı məhəllə, 1B saylı binanın birinci mərtəbəsində 5-ci girişinin sol tərəfində sahəsi 30,0 kv/m qeryi-yaşayış sahəsində onun tərəfindən təmir-tikinti işlərinin aparılmasına maneəçilik törəməinə görə Cavabdeh, onun rəhbərliyi və səlahiyyətli şəxsləri tərəfindən edilən maneələrin aradan qaldırılmasına, həmin qeyri-yaşayış sahəsində iddiaçıya təmir-tikinti işlərinin aparılmasına maneə olmamalarına dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi tarixdən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1899/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1899/2022
16.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver