Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-190/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Zamin qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5875,88 manat - bundan 1372,27 manat əsas, 700,20 manat faiz, 3618,16 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 185,25 manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.F.Həsənli iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış 456-13 AZN №-li xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 AZN məbləğində kredit verilmişdir, Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında xx.xx.2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birgə məsuliyyət daşıyırlar, kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********293 nömrəli xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyət göstərdyi dövrə təsadüf edir, halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Sonda iddiaçının nümayəndəsi H.F.Həsənli deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini, 1372,27 manat borcu olduğunu etiraf etdiyini, iddia ərizəsində qeyd edilən digər məbləğlərlə razı olmadığını bildirmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC–nin “Bayıl” filialı ilə Cavabdeh arasında bağlanmış 456-13 AZN №-li xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən, kreditor borcalana illik 33 faiz olmaqla, gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 faiz, aylıq 5,5 faiz dərəcəsi ilə, 18 ay müddətinə 4000 manat kredit verməyi, borc alan isə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 456-13 AZN №-li xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 4000 manat, illik faiz 33 %, müddət 18 aydır. İş materiallarında olan İddiaçı ASC ilə Zamin (Zamin) və Cavabdeh (borcalan) arasında bağlanmış ZM-456-13 AZN №-li xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır, həmin müqavilənin predmeti 18 ay müddətinə illik 33%-lə verilmiş 4000 manat kredit məbləğidir, müqavilənin predmeti 456-13 AZN №-li xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı LPO tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli **********243 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh 17 dekabr 2013-cü il tarixli 65311348 saylı kredit müqaviləsi üzrə 19 fevral 2021-ci il tarixə yaranmış tələb, əsas borc 1372,27 manat, müqavilə müddəti üçün tələb olunan faiz 700,20 manat, cərimə borcu 3618,16 manat, gecikdirilmiş vaxt üçün hesalanmış faiz məbləği 185,25, ümumi borc 5875,88 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2017-ci il tarixində 5 gün müddətində cəmi 5937,93 manat borcu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə Xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanan xx.xx.2021-ci il tarixli Bildirişdən görünür ki, cavabdehə 3 gün müddətində cəmi 5854,37 manat borcu ödəməsi, ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmiş, bildiriş xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8063 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 65311348 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1372,27 manat, faiz borcu üzrə 700,20 manatdır. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/3971 saylı ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 65311348 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olduğu kredit borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1372,27 manat, faiz borcu üzrə 700,20 manatdır. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, sonuncuya 18 ay müddətinə kredit istifadəsinə görə illik 33 %, gecikdirilən borc məbləğinə cərimə kimi 66% dərəcəsi ilə 4000 manat kredit verilmişdir, həmçinin kredit müqaviləsinin təminatı olaraq Zamin ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır, kreditin müddəti 18 ay - xx.xx.2015-ci il tarixədəkdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, hazırda onun iddiaçıya kredit müqaviləsi üzrə əsas borcu 1372,27 manat, faiz borcu 700,20 manatdır, Cavabdeh iddia tələbini qismən - əsas borc hissədə (1372,27 manat) qəbul edir. Bununla belə, Cavabdeh müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdeh olan zamin - Zamin xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixinədək (18 ay) olduğundan və həmin öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, Zamin xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1372,27 manat əsas, 700,20 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 185,25 manat fazi borcu, 100 manat cərimə olmaqla, ümumilikdə 2357,72 manat LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Zamin xx.xx.2013-cü il tarixli müqavilə üzrə zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat Cavabdeh aid edilməli, ondan 30 manat alınaraq iddiaçıya, 100 manat alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli Kredit müqaviləsi üzrə 1372,27 manat əsas borc, 700,20 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 185,25 manat faiz borcu, 100 manat cərimə olmaqla, ümumilikdə 2357 (iki min üç yüz əlli yeddi) manat 72 (yetmiş iki) qəpik və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Zamin xx.xx.2013-cü il tarixli 456-13 AZN №-li kredit müqaviləsi üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 100 (yüz) manat pul məbləği Cavabdeh alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-190/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-190/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver