Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-190/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh QSC-yə qarşı kredit müqaviləsi üzrə faiz və cərimə borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı oğlu Cavabdeh QSC -yə qarşı “Cavabdeh QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 3.000 manat faiz və dəbbə pulunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəh, Xətai ray., N.Tusi kiiç.,ev-49., m-85 də yaşayır. Cavabdeh hal-hazırda ünvan 1 ünvanda fəaliyyət göstərir. İddiaçı qızıl girovu qoyaraq kredit götürmək üçün xx.xx.2021 -ci il tarixdə “Parabokt” Bank olmayan kredit təşkilatına müraciət etmişdim. Lakin ona məlum olmayan səbəbdən onu Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlatdırmışlar. Həmin müqavilədə göstərilmişdir ki, “GL’' Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021 -ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə iddiaçıya 17.430 manat qızıl krediti vermişdir. xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsinə əsasən mən İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən kredit götürmək məqsədilə illik 37%-lə, 24 ay müddətinə 17.430 manat kredit borc almışdır. Bu borcun təminatı olaraq iddiaçı öz mülkiyyətində olan qızıllarını girov qoymuşdur. Lakin kredit müqaviləsi bağlanan zaman onu aldadaraq bildirmişdilər ki, mən “Parabokt” Bank olmayan kredit təşkilatı ilə illik 22%-lə kredit müqaviləsi bağlıyır. 2022-ci ilin avqust ayına kimi o götürdüyü 17430 manat qızıl kreditini artıqlaması ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödəmişdir. Lakin Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti iddiaçıya əsassız olaraq 3.000 manat faiz və dəbbə pulu hesablamışdır və onun borcu vardır. İddiaçının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur. Bütün bunlara baxmayaraq Cavabdeh Qapalı Səl qoyduğum qızılları ona geri qaytarmır. Bununla bağlı cavabdehlə aralarında mübahisə yaranmışdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ona bildirir ki, güya ki, iddiaçının 3.000 manat borcu vardır. İddiaçı həmin 3.000 manat faiz və dəbbə pulunu ödəməkdən imtina edir. İddiamı götürdüyü ana məbləği artıqlaması ilə qaytarmışdır, lakin Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ona bildirir ki, güya ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq güya ki, o faiz və dəbbə borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən də,iddiaçı hesab edir ki, onun adında olan borc məbləğindən faiz və dəbbə pıılu silinməlidir. İddiaçı məhkəmə iclsasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit və girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh QSC İddiaçı 24 ay müddətinə, 37% faiz dərəcəsi ilə 17430 manat kredit verir. Borcun təminatı olaraq İddiaçı xx.xx.2021-ci il tarixli zərgər aktı ilə təsdiq edilmiş, likvid dəyəri 6927 USD olan qızıl-zinət əşyalarını girov qoyur. İş materiallarında olan Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış bildirişlərdə Cavabdeh QSC İddiaçı ona olan 24500 manat məbləğində borcunu ödəmədyi halda girov predmetinin satışa çıxarılacağı bildirilmişdir. İş materiallarında olan Cavabdeh QSC tərəfindən təqdim edilmiş maliyyə arayışının surətindən görünür ki, İddiaçı 19xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə 2357.22 manat əsas; 7893.78 manat faiz, cəmi 10251 manat ödəniş etmişdir. xx.xx.2022-ci il tarixə İddiaçı Cavabdeh QSC-yə xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə 15072.78 manat əsas borcu, 2911.28 manat faiz borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8942 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixinə ümumilikdə 15414.88 manat əsas, 1335.91 manat faiz borcu vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki. GL” QSC ilə («Kredit verən») İddiaçı («kredit alan») arasında xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/257905 saylı kredit (borc) və girov müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/257905 saylı kredit (borc) və girov müqaviləsinə görə kredit alana illik faiz dərəcəsi 37 % olmaqla 24 ay müddətinə, hissə- hissə qaytarmaq şərti ilə 17.430,00 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Hesabdan çıxarış və ekspertiza rəyindən göründüyü kimi, İddiaçı tərəfindən tərəfindən Cavabdeh QSC-yə ümumilikdə xx.xx.2022-ci il tarixədək 10.251,00 manat məbləğində ödəniş aparılsa da, onun 9.08.2022-ci il tarixinə ümumilikdə 15414.88 manat əsas, 1335.91 manat faiz borcu vardır. İddiaçı xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə ümumiyyətlə cərimə borcunun hesablanmadığı müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı məhkəmə müraciət edərək "xxxx" QSC tərəfindən ondan əsassız olaraq tələb edilən 3000 manat faiz və dəbbə pulunun silinməsini xahiş etsə də, hansı məbləğdə faiz və hansı məbləğdə cərimə borcunun silinməsini tələb etdiyini qeyd etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadığı və iddiaçı tərəfindən silinməsi tələb olunan faiz borcunun məbləği dəqiq göstərilmədiyinə görə iddia əsasız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh QSC -yə qarşı Cavabdeh QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli GL/0xx/xx/257905 saylı kredit müqaviləsi üzrə əsassız hesablanmış 3.000 manat faiz və dəbbə pulunun silinməsinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-190/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-190/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver