Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-191/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Dəmirbank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 880987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 866 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. e-justice.gov.az elektron informasiya sistemindən xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh vərəsələrinin olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0. maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2017-ci il tarixdə ölməsi müəyyən olunduğundan, cavabdehin vərəsələrinin olması barədə məlumat aşkar edilmədiyindən, bu cavabdehə qarşı yönələn iddia tələbi hüquq varisliyinə yol vermədiyindən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata cavabdehə münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan Dəmirbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(011)-191/2022 nömrəli mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-191/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-191/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver