Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1962/2021 23.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1777/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Nikah Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(007)- 1795/2015 saylı qətnaməsi ilə pozulmuş, uşaqların yetkinlik yaşma çatanadək onun yanında saxlanması, uşaqların saxlanması üçün hər uşağa görə ayda 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonradan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1777/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşağa görə ayda 160 manat müəyyən edilmişdir. Azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması, onların hərtərəfli inkişafı üçün tələb olunan şəraitin yaradılması onun olduğu kimi atası Cavabdeh da borcudur. Lakin alimentin məbləğinin müəyyən olunmasından illər keçməsinə, yaşayış minimumunun məbləğinin artmasına, azyaşlı uşaqların tələbatlarının artmasına baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə uşaqlar qarşısında olan borcunu yerinə yetirməkdən qəsdən yayınır, azyaşlı uşaqların mənəvi və maddi cəhətdən hərtərəfli böyüməsi üçün lazım olan şəraiti könüllü yaratmaqdan imtina edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində birgə nikahdan olan övladlarına "mənəvi və maddi cəhətdən böyüməsi üçün lazım olan şəraiti yaratmaqdan imtina etdiyi” və "aliment məbləğin artmasına illər keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə bundan qəsdən yayındığı” kimi əsassız böhtanlar yazmışdır. Halbuki, aliment ödənişlərinə İcra məmurları nəzarət edir. Xətai Rayonun İcra X9 İddiaçı ödənişlərin normal qaydada və problemsiz şəkildə ödənildiyi təsdiq edən əl yazısını da almışdır. Bundan başqa, Kapital Bankdakı kartının vasitəsi ilə alimentlərin hər ay düzənli şəkildə tam olaraq iddiaçının kart hesabına ödədiyi və bu alimentlərdən başqa uşaqlarının aylıq 100 manat müəllim pulları kimi kurs pulları, tədris ili başında 510 manat dəyərində planşet aldığı, uşaqlara paltar və digər ehtiyacları üçün dəfələrlə pul köçürtdüyü isbat olunur. Bu bank çıxarışından əlavə olaraq da uşaqları ilə hər görüşdə onlara müəyyən məbləğlərdə pul və ya paltarlar, ayaqqabılar, mobil telefonları və s. hədiyyələr aldığını da inkar edə bilməz. Bu cür əsassız iddialarla azyaşlı uşaqlarının gözündə onu düşürməyə çalışaraq tərbiyəsinə və psixologiyasına mənfi təsir yaradır. Alimentin artımı üçün də tələb etdiyi hər bir uşağa görə ayda 200 manatı ı büdcəsinə görə çox hesab edir. Çünki, mən boşandıqdan 2 il sonra, 2017-ci ildə yeni ailə qurmuş və bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü Məmmədov Muğan, və xx.xx.2020-ci il təvəllüdlü Məmmədov Murad adlı daha iki övladı dünyaya gəlib. Aylıq net maaşı da 900 AZN təşkil edir. Digər iki azyaşlı uşaqlarını nəzərə alaraq və Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci il üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumunu diqqətə alaraq hər bir övladı üçün ödəniləcək aliment dəyərinin 175 AZN olaraq müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək alimentin miqdarının qanun çərçivəsində, yenidən evliliyi və uşaqlarının olması nəzərə alınmaqla təyin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1777/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1 795/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılmış, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdə X1 ilə nikaha daxil olmuşdur və bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında göstərmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, uşaqların mənafeyini, həmçinin cavabdehin yenidən nikaha daxil olaraq ailə qurmasını və bu nikahdan azyaşlı uşaqlarının olmasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1777/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsas verir. Qeyd etmək lazımdır ki, alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1777/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev