Məhkəmə qərarları › İş №2(011)-1971/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1971/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1971/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı - cavabdehlərdən əsas borc məbləği kimi 7000 ABŞ dolları və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğin alınaraq iddiaçıya verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ilə uzun müddət tanışdır. 2019-cu ilin dekabr ayında Cavabdeh1 Cavabdeh2 zəng edərək, Ukrayna Respublikasından Azərbaycan Respublikasına ət məhsulları gətirəcəyini, gömrüyə pulu çatmadığından ondan 7000 ABŞ dolları pul istədiyini bildirmişdir. Qeyd edilən məbləğ Cavabdeh2 olmadığı üçün o, uzun müddətdir tanıdığı İddiaçı müraciət etmişdir. İddiaçı Cavabdeh2 və digər Cavabdeh1 ilə 20 Yanvar dairəsi yaxınlığında “xxxx” ASC-nin qarşısında görüşərək iddiaçıya məxsus avtomobildə 7000 ABŞ dolları pulu Cavabdeh2, o isə Cavabdeh1 vermişdir. Cavabdeh1 qısa müddət ərzində borcu qaytaracağını vəd etmişdir. Borclu öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı puldan heç bir məbləğ ödəməmişdir. Borcluya dəfələrlə pulu vaxtında qaytarması barədə telefonla zəng edib, bir neçə dəfə görüşüb pulu istəməyinə baxmayaraq, o hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəyinə söz vermişdir. Lakin, bugünə qədər borc olaraq aldığı 7000 manat puldan ödəniş etməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında, göstərmişdir ki, 2019-cu ildə Cavabdeh1 ona müraciət edərək borc pul istəmişdir. Onda pul olmadığından İddiaçı müraciət etmişdir ki, Cavabdeh1 borc pul versin. İddiaçı razılaşaraq 7000 ABŞ dolları məbləğində pulu onun və üçüncü şəxs X1 iştirakı ilə Cavabdeh1 borc vermişdir. O, iddiaçıdan özü borc pul almamışdır. İddiaçı ilə Cavabdeh1 o tanış etdiyinə görə və sonuncu borcu ödəmədiyinə görə, iddiaçı ondan xahiş etmişdir ki, Cavabdeh1 borcun etirafı ilə bağlı ərizə alsın. İddiaçı üçün fərq etmədiyindən ərizədə borcun, guya, ona, yəni Cavabdeh2 qaytarılmalı olduğunu qeyd etmişdirlər. Odur ki, Cavabdeh2 iddianı qəbul etməyərək, ona münasibətdə iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatda borcu etiraf etmiş və bildirmişdir ki, 2019-cu il tarixində tanışı Cavabdeh2 borc pul almaq üçün müraciət etmişdir. Cavabdeh2 pul olmadığına görə o, digər tanışı İddiaçı müraciət etmişdir. Sonuncu ona, yəni Cavabdeh1 7000 ABŞ dolları məbləğində pulu 3-4 gün ərzində qaytarmaq şərti ilə borc vermişdir. Lakin COVİD 19 koronovirusun yayılması ilə bağlı tətbiq edilən karantin rejiminə görə işlərində problemlər yaranmış, borcu vaxtında qaytara bilməmişdir. O, bununla bağlı 25.09.2020-ci il tarixdə öz əli ilə yazdığı, imzası ilə təsdiq etdiyi sənəd imzalamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 öz xətti ilə yazdığı və imzası ilə təsdiq etdiyi yazıda Cavabdeh2 7000 ABŞ dolları aldığını etiraf etmiş həmçinin aldığı pulun maddi və mənəvi zərərlərinin əvəzi olaraq 15000 ABŞ dolları qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə metal işi ilə məşqul olurlar. İddiaçının Polad adlı tanışı var idi. O, bildirmişdir ki, işə qörə 2 günlük 7000 ABŞ dolları məbləğində borc pul lazımdır. Onlar da iddiaçı ilə razılaşmışdır ki, 3-4 gün sonra pulu qaytarmaq şərti ilə borca pul vermişdir. İddiaçı ona müraciət etmişdir, o da digər dostundan borc pul almışdır ki, 3-4 günə qaytaracaqdır. Lakin, hadisədən sonra bir ildən çox vaxt geçdiyinə baxmayaraq, xəbər çıxmamışdır. Onlar görüşmüş, o, İddiaçı Polad və Samir 7000 ABŞ dolları məbləğində pulu vermişdir Rəşada, Rəşad pulu Polada, Polad isə pulu Samirə uzatmış və demişdir ki, xeyirli olsun. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı müraciət edərək, Cavabdeh1 üçün borc pul istəmişdir. İddiaçı razılaşaraq Cavabdeh2 və X1 iştirakı ilə Cavabdeh1 7000 ABŞ dolları məbləğində borc pul vermişdir. Sonuncu isə, öz növbəsində həmin pul məbləğini 3-4 gün sonra İddiaçı qaytarmağı öhdəsinə götürmüş, lakin müəyyən edilmiş öhdəliyi vaxtında icra etməmişdir. Bu hal tərəflərin izahatları və şahid ifadələri əsasında mübahisəsiz qaydada məhkəmə tərəfindən müəyyən edilmişdir. Beləliklə, tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinin formasına dair tələblərə riayət etməsələr də, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətləri yaranmış, iddiaçı Cavabdeh1 7000 ABŞ dolları məbləğində borc pul vermişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh1 tərəfindən imzalanmış 25.09.2020-ci il tarixli etiraf ərizəsi ilə bağlı qeyd edir ki, həmin etirafda Cavabdeh1 Cavabdeh2 05.12.2019-ci il tarixində 7000 ABŞ dollar məbləğində pulu borca aldığını, həmin pulun maddi və mənəvi ziyanları nəzərə alaraq 15000 ABŞ dolları məbləğində pulu qaytarılması ilə bağlı öhdəliyini etiraf etsə də, tərəflər məhkəmə iclasında verdikləri izahatlarında həmin etirafın əslində Cavabdeh1 İddiaçı qarşısında borc öhdəliyini təsdiq etmək məqsədi ilə yazıldığını bildirmişdirlər. Məhkəmə tərəflərin bu izahatını əsaslı hesab edərək belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən imzalanmış 25.09.2020-ci il tarixli etirafı İddiaçı ilə Cavabdeh1 arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (MM 740.1-ci maddəsi). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (MM 740.2 maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini icra etməmişdir. Odur ki, Cavabdeh1 İddiaçı xeyrinə 7000 ABŞ dolları məbləğində pul tutulmalıdır Məhkəmə digər Cavabdeh2 hazırkı iddia tələbi üzrə mülki məsuliyyəti ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh2 arasında borc münasibətlərin mövcud olduğu öz təsdiqini tapmadığından, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ödəniş gününə qüvvədə olan məzənnə ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin . İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar