Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-198/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı iddia ərizəsində qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 03:05də Xətai rayonu, 8 noyabr prospekti istiqamətində iddiaçının mülkiyyətində olan idarə etdiyi “HYUNDAİ SANATA” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı "HYUNDAİ ELANTRA" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq inzibati xəta törətmişdir.
2. İddiaçının tanışı olan Cavabdeh iddiaçıya məxsus "HYUNDAİ SANATA” markalı **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçı da yanında olmaq şərtilə 8 noyabr prospekti istiqamətində hərəkət edərkən qəfildən sükanı döndərəndə maşın çevrilərək irəlidə ikinci zolaqdakı "HYUNDAİ ELANTRA" markalı avtomobilə dəymişdir. Daha sonra "HYUNDAİ ELANTRA" markalı avtomobil yoldan çıxaraq sağdakı səkinin üstünə çıxaraq ağaca çırpılmışdır. İddiaçının avtomobili isə zərbə nəticəsində 360 dərəcə dövr edərək səkiyə dəymişdir.
İddiaçının tələbi:
3. İddiaçı Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadiosəsi nəticəsində iddiaçıya dəymiş 7515 manat məbləğində maddi zərərin və 95,15 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tərəflərin izahatı:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh əvvəlki iclaslarda nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin daha ucuz olmalı olduğunu demişdir. Lakin cavabdehin bu sözləri əsassızdır, çünki özünün bu məsələ ilə əlaqədar gediş-gəlişlə bağlı əlavə xərcləri də çıxmışdır. Yol-nəqliyyat hadisəsi keçən ilin may ayında baş vermişdir. Hadisənin baş verməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq onlar arasındakı mübahisə həll oluna bilməmişdir. İş üzrə verilmiş ekspertiza rəyində qeyd edilən 5680 manatla razı olduğunu bildirmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir.
6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı may ayının 2-də saat 23:00-00:00 radələrində ona zəng vurmuş və içkili olduğu üçün avtomobilini idarə etməsini xahiş etmişdir. O bunu qəbul etmiş və iddiaçının yanına getmişdir. Daha sonra o avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra protokol tərtib edilmiş, o təqsirli bilinmiş və ona cərimə tətbiq olunmuşdur. O, iddiaçıya bildirmişdir ki, qarşı tərəfin avtomobilini təmir etdirdikdən sonra onun avtomobilini də təmir etdirəcək, lakin iddiaçı onu gözləməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, birinci ekspert rəyi ilə razı deyil, ikinci dəfə isə ekspertizadan imtina cavabı verilmişdir. Ekspert onun tərəfindən verilmiş sualların öz səlahiyyətinə aid olmadığını bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışa əsasən, xx.xx.2023-cü il tarixində saat 02:30 dəqiqədə Xətai rayonu, 8 noyabr prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş vermişdir. “HYUNDAİ SANATA” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "HYUNDAİ ELANTRA" markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq inzibati xəta törətmişdir.
8. xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, dəymiş zərər ehtiyyat hissələrinin cəmi 5115 manat, işçiliklərin cəmi 2400 manat olmaqla, ümumilikdə 7515 manat məbləğindədir.
9. xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, dəyişdirilmiş hissələrin dəyəri 2135 manat, təmir bərpa işlərinin dəyəri 1050 manat olmaqla, cəmi zərər 3185 manat məbləğindədi.
10. “AVTODOKTOR” Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23/A nömrəli, 06 dekabr 2023-cü il tarixli qüsur aktına əsasən, dəyişdirilmiş hissələrin dəyəri 2330 manat, təmir bərpa işlərinin dəyəri 1150 manat məbləğindədir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 9/6447 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən, nəzəri hesbalama yolu ilə iş materiallarında dairəvi möhürdə X2 vöen ********** yazıları olan xx.xx.2023-cü il tarixli, qüsur aktında 2010-cu il buraxılışlı “Hyundai” minik markalı, “Sonata” model, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5680 manat müəyyən edilir. O cümlədən: – dəyişilməli hissələrin qiyməti – 3780 manat, – təmir-bərpa işlərinin qiyməti – 1900 manat.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli məhkəmə ekspertiazısının aparılmasından imtina edilməsi barədə məlumat.
13. Disklər.
14. Fotoşəkillər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:
17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 02:30-da Xətai rayonu, 8 noyabr prospekti istiqamətində iddiaçının mülkiyyətində olan idarə etdiyi “HUNDAİ SANATA” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı "HYUNDAİ ELANTRA" markalı **-EJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı tərəflərin izahatlarında və iş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayışda, foroşəkillərdə də öz təsdiqini tapır.
19. Məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “HYUNDAİ SANATA” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində dəyməsi cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiqini tapır. Göründüyü kimi cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir.
20. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Cavabdeh 7515 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 95,15 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsidir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 9/6447 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən, 2010-cu il buraxılışlı “Hyundai” minik markalı, “Sonata” model, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5680 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı dəymiş ziyanla bağlı tərəflər müxtəlif məbləğlər əks olunmuş mütəxəssis rəylərini təqdim etməsinə baxmayaraq məhkəmə iddia ərizəsini maddi zərər hissədə ekspert rəyində göstərilən məbləğdə əsaslı hesab edir.
21. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5680 manat pul məbləği tutularaq İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İddiaçı iddia əriazəsində 95,15 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq azaldılaraq 76,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 60 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
25. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh 5680 (beş min altı yüz səksən) manat pul məbləği tutularaq İddiaçı ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76,80 (yetmiş altı manat səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin
5. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
6. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova