Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və ”AENT-E” MMC-nə (üçüncü şəxslər Xətai rayon İcra və Probasiya şöbəsi, Xətai-6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X6 cəlb olunmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və ”AENT-E” MMC-nə (üçüncü şəxslər Xətai rayon İcra və Probasiya şöbəsi, Xətai-6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X6 cəlb olunmaqla) qarşı – ”AENT-E” MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən binanın 1-ci blok, 10- cu mərtəbədəki ümumi sahəsi 59,47 kv.metr olan 70 saylı mənzilin alğı-satqısı barədə bağladığı xx.xx.2013-cü il tarixli, 77 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən binanın 1-ci blok 10-cu mərtəbədəki ümumi sahəsi 59,47 kv.metr olan 70 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı X1 Cavabdeh1 qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq iddiaçı X2 təhvil verilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı X2 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiası rədd edilsin.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiaçı X2 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının (xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli) tədqiqat dəyəri olan 200 manat Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı və X3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3708/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Müstəqil tələb irəli sürən üçün şəxs İddiaçı kassasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürən üçün şəxs X7 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)35/2024 nömrəli qətnaməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı X2 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Cavabdeh1 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələbinə dair iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiaçı X2 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, baxılan iddia tələbi üzrə yeni əsaslara dair hallar müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və ”AENT-E” MMC-nə (üçüncü şəxslər Xətai rayon İcra və Probasiya şöbəsi, Xətai-6 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X6 cəlb olunmaqla) qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi barədə 2(011)-2/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2/2025
04.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver