Məhkəmə qərarları › İş №2(011)-2035/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2035/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2035/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı –Cavabdeh1 “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 340.66 manat əsas borc, 21.96 manat faiz borcu və 72.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 434.93 manat borcun tutulması və Cavabdeh1 və X2 müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4415.47 manat əsas borc, 291.04 manat faiz borcu və 45.31 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4751.82 manat borcun və 71.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli İddiaçı ASC-dən illik 14 faizlə 12 ay müddətinə 500 manat kredit götürmüşdür. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank" ASC-dən illik 20 faizlə 36 ay müddətinə 5200 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2023-cü il yanvarın 27-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 340.66 manat əsas borc, 21.96 manat faiz borcu və 72.31 manat cərimə olmaqla ümumilikdə cəmi 434.93 manat borcu vardır. 2023-cü il yanvarın 27-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4415.47 manat əsas borc, 291.04 manat faiz, 90.62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4797.13 manat borcu vardır. Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 90.62 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 45.31 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 oğlu məhkəmə iclasında izahat verərək işləmədiyi üçün borcu qaytara bilmədiyini, lakin hazırda artıq işlədiyi və borcunu qaytara biləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 12 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 22-Z1-1-0-265-22 nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 340.66 manat əsas, 21.96 manat faiz, 72.31 cərimə borcu olmaqla, ümumilikdə cəmi 434.93 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 4365.47 manat əsas, 487.53 manat faiz, 313.17 cərimə borcu olmaqla, ümumilikdə cəmi 5166.17 manat borcu yaranmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçıASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 71.51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 340.66 manat əsas, 21.96 manat faiz, 72.31 cərimə borcu olmaqla, ümumilikdə cəmi 434.93 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır. İddia tələbinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4365.47 manat əsas, 487.53 manat faiz, 313.17 cərimə borcu olmaqla, ümumilikdə cəmi 5166.17 manat məbləğində borcun tutulması hissəsi barədə tələb qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində ödəniş edilmişdir. Odur ki, məhkəmə edilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4365.47 manat əsas, 291.04 manat faiz, 45.31 manat cərimə borcu ümumilikdə 4701.82 manat borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 340.66 manat əsas, 21.96 manat faiz, 72.31 cərimə borcu olmaqla, ümumilikdə cəmi 434.93 manat və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4365.47 manat əsas, 291.04 manat faiz, 45.31 manat cərimə borcu olmaqla, ümumilikdə 4701.82 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71.51 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 340.66 (üç yüz qırx manat altmış altı qəpik) manat əsas, 21.96 (iyirmi bir manat doxsan altı qəpik) manat faiz, 72.31 ( yetmiş iki manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 434.93 (dörd yüz otuz dörd manat doxsan üç qəpik) manat pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 Abış qızından mütərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4365.47 (dörd min üç yüz altmış beş manat qırx yeddi qəpik) manat əsas, 291.04 (iki yüz doxsan bir manat dörd qəpik) manat faiz, 45.31 (qırx beş manat otuz bir qəpik) manat cərimə borcu ümumilikdə 4701.82 (dörd min yeddi yüz bir manat səksən iki qəpik) manat pul tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 71.51 (yetmiş bir manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 Abış qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar