Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2047/2021 01.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7240,13 ABŞ dolları məbləğində kredit borcu, 6201,64 ABŞ dolları məbləğində faiz borcu və 4447,00 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17888 ABŞ dolları 77 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli 05L000002446 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdı. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05R000010188 saylı kredit razılaşması əsasında 24 ay müddətində, aylıq faiz dərəcəsi 2,3333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 26000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 05R000010188SA, xx.xx.2016-cı il tarixli 05R000010188SB saylı, xx.xx.2016-cı il tarixi 05R0000188SC saylı, xx.xx.2016-cı il tarixli 05R000010188SD saylı, xx.xx.2016-cı il tarixli 05R**********8SE saylı, xx.xx.2017-ci il tarixli 05R**********SF saylı, xx.xx.2017-ci il tarixli 05R**********SG saylı, xx.xx.2018-ci il tarixli 05R**********SH saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 razılaşmanın 1.2-ci bəndini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18759,87 ABŞ dolları ödəmiş, onun 7240,13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 577 gün üçün hesablanmış faiz borcu 6201,64 ABŞ dolları təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh4 məhkəmə iclasında iddianı qismən qəbul etdi. O verdiyi izahatında bildirdi ki, kredit borcu üzrə 7240,13 ABŞ dolları əsas borc və 1161,61 ABŞ dolları faiz üzrə borc məbləğləri ilə razıdır, lakin cərimə borcunun məbləği ilə razı deyil. Cavabdeh X3 məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Cavabdeh X2 Cavabdeh4 izahatı ilə razı olduğunu bildirdi. Cavabdeh2 iddianı qəbul etmədiyini və ona münasibətdə iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdi. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05L000002446 saylı Kredit Xətti Müqaviləsinə əsasən Bank müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 100000 ABŞ dolları məbləğində Kredit Xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanılmış ayrıca razılaşma əsasında veriləcək. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05R000010188 nömrəli “Kredit xətti” müqaviləsi üzrə Kredit Razılaşmasına əsasən bank məbləği 26000 ABŞ dolları olan krediti aylıq faiz dərəcə 2,3333 faiz olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Palanına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 05R000010188SA, xx.xx.2016-cı il tarixli 05R000010188SB saylı, xx.xx.2016-cı il tarixi 05R0000188SC saylı, xx.xx.2016-cı il tarixli 05R000010188SD saylı, xx.xx.2016-cı il tarixli 05R**********8SE saylı, xx.xx.2017-ci il tarixli 05R**********SF saylı, xx.xx.2017-ci il tarixli 05R**********SG saylı, xx.xx.2018-ci il tarixli 05R**********SH saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2014cü il tarixli 05S000011570 saylı Zaminlik Müqaviləsinin surətindən görünür ki, müqavilə Bank və borclu Cavabdeh1 arasında imzalanmış xx.xx.2012-ci il tarixdə bağlanılmış 05L00000 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə ilə imzalanmışdır. Kredit xəttinin məbləği: 100000 ABŞ dolları, müddəti isə 120 ay müəyyən edilmişdir. Müqavilə üzrə zamin Cavabdeh2 borclunu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərində götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə şərtlərinə əsasən bu Müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan İddiaçı QSC ilə zamin Cavabdeh4 arasında xx.xx.2012-ci il tarixdə imzalanmış 05S000005861 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə Bank və borclu Cavabdeh1 arasında imzalanmış xx.xx.2012-ci il tarixdə bağlanılmış 05L00000 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə ilə imzalanmışdır. Kredit xəttinin məbləği: 100000 ABŞ dolları, müddəti isə 120 ay müəyyən edilmişdir. Müqavilə üzrə zamin Cavabdeh2 borclunu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərində götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə şərtlərinə əsasən bu Müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan İddiaçı QSC ilə zamin Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixdə imzalanmış 05S000005860 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə Bank və borclu Cavabdeh1 arasında imzalanmış xx.xx.2012-ci il tarixdə bağlanılmış 05L00000 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə ilə imzalanmışdır. Kredit xəttinin məbləği: 100000 ABŞ dolları, müddəti isə 120 ay müəyyən edilmişdir. Müqavilə üzrə zamin Cavabdeh2 borclunu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərində götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilə şərtlərinə əsasən bu Müqavilə Borclu Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2014-cü il tarixə 7240,13 ABŞ dolları əsas borcu, 1161,62 ABŞ dolları məbləğində faiz borcu, 3814,01 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 12215,76 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xəbərdarlıqlardan görünür ki, cavabdehlərdən borcunu İddiaçı QSC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin məcburi alınması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 05R000010188 saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə faiz borcu 6201,64 ABŞ dolları deyil, 1161,62 ABŞ dolları məbləğində müəyyən edilmiş, cərimə borcu isə 4447 ABŞ dolları deyil, 3814,01 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə əsas borc üzrə 7240,12 ABŞ dolları, faiz borcuna görə 1161,61 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin iddianın 4447 ABŞ dolları məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalıdır. Odur ki, məhkəmə iddia tələbində göstərilən cərimə borcunun 4447 ABŞ dolları məbləğində deyil, 500 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncular mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 7240,12 (yeddi min iki yüz qırx dollar, on iki sent) ABŞ dolları məbləğində əsas borc, 1161,62 (bir min yüz altmış bir dollar, altmış iki sent) ABŞ dolları məbləğində faiz borcu, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8901,74 (səkkiz min doqquz yüz bir dollar, yetmiş dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2047/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2047/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver