Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2048/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 5066,55 manat məbləğində kredit borcu, 005R********** saylı kredit razılaşması üzrə 668,51 manat məbləğində kredit borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi G.Ə.İsmayılova iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə 22.11.2012-ci il tarixdə bağladığı 05L000002521 saylı kredit xətti müqaviləsi əsasında ona 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.11.2014-cü il tarixli 005R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları 09.12.2015-ci il tarixli 005R**********S saylı, 03.03.2016-cı il tarixli 005R**********SA saylı, 28.03.2016-ci il tarixli 005R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.12.2016-cı il tarixdən banka qaytarmamışdır, o götürdüyü kredit borcundan 9933,45 manat ödəniş etmiş və onun 5066,55 manat məbləğində kredit borcu qalmışdır, həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.06.2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları 09.12.2015-ci il tarixli 005R**********S saylı və 28.03.2016-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, cavabdeh, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.10.2016-cı il tarixdən banka qaytarmamışdır, Cavabdeh1 götürdüyü kredit borcundan 1831,49 manat ödəmiş, onun 668,51 manat məbləğində kredir borcu qalmışdır. G.Ə.İsmayılova həmçinin bildirdi ki, kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir, yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər, onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmənin 02.07.2021-ci il tarixli iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 22.11.2012-ci il tarixli 05L000002521 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 30000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2014-ci il tarixli 005R********** saylı kredit razılaşmasından görünür ki, 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə razılaşdırılmış tarixlərdə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.06.2015-ci il tarixli 005R********** saylı kredit razılaşmasından görünür ki, 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla, ödəniş planı üzrə razılaşdırılmış tarixlərdə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 09.12.2015-ci il tarixli 005R**********S saylı saziş bağlanmışdır. Sazişə əsasən 22.11.2012-ci il tarixli 05L000002521 saylı kredit xətti müqaviləsi üzrə 28.11.2014-cü il tarixdə bağlanmış 005R********** Kredit razılaşması əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan Ödəniş Planına uyğun olaraq Banka ödənilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan 03.03.2016-ci il tarixli 005R**********SA saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “20 Yanvar” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 28.03.2016-ci il tarixli 005R**********SB saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “20 Yanvar” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 09.12.2015-ci il tarixli 005R**********S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “20 Yanvar” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 28.03.2016-ci il tarixli 005R**********SA saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “20 Yanvar” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 005R********** saylı 28.11.2014-ci il tarixli kredit razılaşması üzrə 5066,55 manat əsas məbləğ üzrə borc, 0 manat faiz üzrə borc, 0 manat cərimə borcu, gecikdirilən günlərin sayı 141 gün, cəmi 5066,55 borc təşkil edir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 005R********** saylı 30.06.2015-ci il tarixli kredit razılaşması üzrə 668,51 manat əsas məbləğ üzrə borc, 0 manat faiz üzrə borc, 0 manat cərimə borcu, gecikdirilən günlərin sayı 1493 gün, cəmi 668,51 manat borc təşkil edir. İş materiallarında olan 28.11.2014-cü il tarixli 005S**********601 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “20 Yanvar” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.11.2012-ci il tarixli 05S000006036 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “20 yanvar” filialı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.11.2012-ci il tarixli 05S000006037 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “20 yanvar” filialı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 03.12.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan 14.12.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 30000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan 22.11.2012-ci il tarixli 05L000002521 saylı kredit müqaviləsi imzalanmışdır, cavabdeh İ.V.Həsənov 005R********** saylı kredit razılaşması ilə 15000 manat məbləğində, 005R********** saylı kredit razılaşması ilə 2500 manat məbləğində kredit götürmüşdür, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuşlar, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri tam yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, hazırda cavabdehlərin 005R********** saylı kredit razılaşması üzrə 5066,55 manat məbləğində kredit borcu, 005R********** saylı kredit razılaşması üzrə 668,51 manat məbləğində kredit borcu vardır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-ci maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 5066,55 manat məbləğində kredit borcu, 005R********** saylı kredit razılaşması üzrə 668,51 manat məbləğində kredit borcu olmaqla ümumilikdə 5735,06 manat məbləğində pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 005R********** saylı kredit razılaşması üzrə 5066,55 manat məbləğində kredit borcu, 005R********** saylı kredit razılaşması üzrə 668,51 manat məbləğində kredit borcu olmaqla, ümumilikdə 5735 (beş min yeddi yüz otuz beş) manat 06 ( altı) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2048/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2048/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver