Məhkəmə qərarları › İş №2(011)-2072/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2072/2023

26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2072/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 27 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və 08 sentyabr 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2015-ci il tarixli 2(011)-5919 saylı qətnaməsi ilə övladları yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra həmin aliment məbləği Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2745/2017 saylı 30 mart 2017-ci il qətnaməsinə əsasən 19 iyul 2011-ci il təvəllüdlü X2 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment məbləği dəyişdirilərək, hər ay hər uşağa görə175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment qət edilmişdir. Hal-hazırda 175 manat bir uşağın saxlanması üçün kifayət etmir, uşaqların saxlanılmaları xərcləri günü-gündən çoxalır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh yetkinlik yaşına çatmayan 19 iyul 2011-ci il təvəllüdlü X4 və 08 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-2745/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Kərimova (Həmidova) Nigar Fizuli qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5919/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment Kərimova (Həmidova) Nigar Fizuli qızının xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2681/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Kərimova (Həmidova) Nigar Fizuli qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2745/2017 saylı, 30 mart 2017-ci il tarixli qətnaməsinə əsasən 19 iyul 2011-ci il təvəllüdlü X2 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin iddiaçı Kərimova (Həmidova) Nigar Fizuli qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-də işləyir, aylıq əmək haqqı 1700 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. . «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2681/2021 saylı qətnaməsinə əsasən 19 iyul 2011-ci il təvəllüdlü X2 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli, 2(011)-2681/2021 saylı qətnaməsinə əsasən 19 iyul 2011-ci il təvəllüdlü X2 və 08 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, 440 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar