Məhkəmə qərarları › İş №2(011)-2072/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2072/2025

24.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2072/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan “Honda-city" markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla etibarnamə üzrə səlahiyyət verdiyi X4 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsnin kəsişməsində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Toyota-Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Cavabdeh işıqforun hərəkəti qadağan edən qırmızı işığında yol ayrıcına daxil olmuş, nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində N.Məmmədov yüngül bədən xəsarəti almış və nəqliyyat vasitəsinə xeyli miqdarda maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Polis X2 araşdırma başlanılmış, həmin şöbənin təhqiqatçısı, polis mayoru Saleh Salahzadə tərəfindən qəbul edilmiş 2024-cü il tarixli qərarla Cavabdeh təqsirliliyi müəyyən edilmiş və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq, Cavabdeh əməlində AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələrinin tərkibi müəyyən edilərək, o, inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 3(006)-1050/2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına zərər dəymişdir. Həmin iş üzrə AR Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” Nəsimi Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 1775 saylı ekspert rəyinə əsasən, N.Məmmədovun sağlamlığına dəymiş zərər yüngül xəsarət hesab edilmişdir. Bu səbəbdən də cavabdeh AR İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək onun 6 ay müddətində nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmışdır. “Yenimotor" MMC tərəfindən verilmiş HO-82942 nömrəli iş aktına əsasən yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə ümumilikdə 29095,97 manat (ehtiyat hissələr 21891,97 və təmir xərcləri 7203.90 manat) məbləğində maddi ziyan dəymişdir. Cavabdehin mülki məsuliyyətini icbari sığortaçısı qismində çıxış edən “Bakı sığorta” şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğdə sığorta ödənişi edilsə də dəymiş zərərin 24095,97 hissəsi bu günədək cavabdeh tərəfindən ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, vasitəsinə dəymiş 24095,97 manat məbləğində zərərin əvəzinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 24095,97 manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 192,30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək icbari sığorta tərəfindən ona 5000 manat ödənildiyini bildirmiş, bu səbəbdən iddia tələbini azaldaraq, 10000 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı, 516322 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Honda-city" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Nəsimi RPİ TŞ-nin 26 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 17 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində “Toyota Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması ilə nəticələnən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Honda-city" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 və “Toyota Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşmiş X5, X6 və X3 xəsarət almışdır. Həmin qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material Nəsmi RPİ-nin DYPŞ vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, Cavabdeh İXM-nin 327.2-ci və 327.8-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan “Yenimotor" MMC tərəfindən verilmiş HO-82942 nömrəli iş kartının surətindən görünür ki, “Honda-city" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 29095,97 manat (ehtiyat hissələr 21891,97 və təmir xərcləri 7203.90 manat) məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 9/7040 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, tədqiq edilən Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2014-cü ilin buraxılışlı “Honda-city” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 17500 manat müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 17500 manat olmuş avtomobilin təmirinə 29095,87 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 17500 manat olmuş 2014-cü il buraxılışlı “Honda-city” markalı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 14000 (17500-20%) manat müəyyən edilir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, 17 dekabr 2023-cü il tarixdə Honda-city" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi “Toyota-Prius” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Nəsimi RPİ TŞ-nin 26 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış material Nəsmi RPİ-nin DYPŞ vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, Cavabdeh İXM-nin 327.2-ci və 327.8-ci maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yenimotor" MMC tərəfindən verilmiş HO-82942 nömrəli iş kartının surətindən görünür ki, “Honda-city" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 29095,97 manat (ehtiyat hissələr 21891,97 və təmir xərcləri 7203.90 manat) məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli, 9/7040 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, tədqiq edilən Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərdən, yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2014-cü ilin buraxılışlı “Honda-city” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 17500 manat müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 17500 manat olmuş avtomobilin təmirinə 29095,87 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 17500 manat olmuş 2014-cü il buraxılışlı “Honda-city” markalı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 14000 (17500-20%) manat müəyyən edilir. İddiaçı ərizəsində sığortaçı tərəfindən 5000 manat sığorta ödənişini aldığını göstərmişdir. Məhkəmə hesab edir ki, “Honda-city" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, sığortaçı tərəfindən 5000 manat sığorta ödənişinin olunması nəzərə alınaraq, Cavabdeh 9000 manat məbləğində dəymiş zərər tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 192,3 manat dövlət rüsumunun 50 %, yəni 96,15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 96,15 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 50 manat ekspertiza xərcinin 50%, yəni 25 manat Cavabdeh, qalan 50%, yəni 25 manat iddiaçıdan tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar