Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2095/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 2269,93 manat əsas, 1333,81 manat faiz, 344,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 4149,67 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 165433 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə, 5745 manat məbləğində kredit verilmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 22022017/165433/1 saylı zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin kreditor qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 Fərruz qızının xx.xx.2020-ci il tarixə borcu 2269,93 manat əsas, 1333,81 manat faiz, 344,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 4149,67 manat təşkil edir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. xx.xx.2017-ci il tarixli 165433 saylı kredit müqaviləsi üzrə öhdəliklərini daim icra etmişdir. Hətta xx.xx.2018-ci il tarixində 500 manat, xx.xx.2018-ci il tarixində isə 300 manat məbləğində pul vəsaiti tərəfindən iddiaçının hesabına ödənilməsi öhdəliklərini icra etməsinin əyani sübutudur. Öhdəliklərini icra etməsinə baxmayaraq iddiaçı tərəfindən ona xx.xx.2020-ci il tarixində bildiriş göndərilmiş, bankla əlaqə saxlamağa çalışsa da sərt karantin rejiminin tətbiq edildiyi bir zamanda işçilərin sayının azaldılması nəticəsində səlahiyyətli şəxslərlə görüşə bilməmişdir. Karantin rejimində bankın çalışmadığını düşünərək bu məsələnin karantindən sonra həll edilməsinə ümid etmişdir. Digər məqam isə ondan ibarətdir ki, hüquqlarının realizə edilməsi üçün müraciətinə cavab verilmədiyi halda ondan absurd borc məbləğinin tələb edilməsi qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda, faiz borcunun yaranma əsası göstərilməmiş, birbaşa olaraq ondan həmin borcların ödənilməsi tələb edilmişdir. Hətta hesabatdan çıxarışlardan öhdəliyini lazimi qaydada icra etməsinə dair sübutlar aydın görünür. Həmçinin, qeyd olunan ödəmələrə dair xx.xx.2019-cu il tarixli çıxarışda kreditin əsas borcu və əsas borcun ümumi məbləği göstərilsə də, faiz borcları və cərimə məbləği barədə hər hansı qeyd göstərilməmişdir. Belə ki, həmin çıxarışda yalnız kreditin əsas borcunun ümumilikdə 2754.58 manat məbləğində müəyyən edilməsi qeyd olunmuşdur. Lakin ləğv prosesində olan İddiaçı ASC tərəfindən barəsiondə tətbiq olunmuş şişirdilmiş faiz borclarının və cərimələrin yaranma əsası göstərilmədən ondan əsası olmayan pul vəsaitinin ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunması bank tərəfindən vətəndaşlara qarşı tətbiq edilən bir pozuntunu daha ifşa edir. Məhz bu səbəbdən İddiaçı ASC tərəfindən ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yol verilməzdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etirazının məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə ondan məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tuturaq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 165433 saylı kredit müqaviləsinin surətindən görünür ki, borcalana 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə, 5745 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 22022017/165433/1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 2269,93 manat əsas, 1333,81 manat faiz, 344,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 4149,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 165433 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2269,93 manat əsas, 1333,81 manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcunun qalması, Cavabdeh2 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürməsi təsdiq edildiyindən həmin borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 344,97 manat məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 344,97 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 34,97 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 92 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 27,60 manatı cavabdehlərə aid edilməklə onlardan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2269,93 manat əsas, 1333,81 manat faiz, 34,97 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 200,96 manat faiz borcu olmaqla, cəmi 3839,67 (üç min səkkiz yüz otuz doqquz manat 67 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 27,60 (iyirmi yeddi manat 60 qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2095/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2095/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver