Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2122/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsi ilə 27.01.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması və iddiaçıya ödəniş edilməsi, həmçinin mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində ödənişin cavabdehdən tuutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2014-cü il tarxdə cavabdehlə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 27.01.2015-ci il təvəllüdlü bir qızı X5 dünyaya gəlmişdir, bir müddət mehriabn ailə nikah münasibtələrində olsalar da, sonradan münasibətləri pozulmuşdur, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1416/2017 saylı 21.02.2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, 27.01.2015-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün iddiaçının himayəsinə verlməsi, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün 137 manat aliment tutulması qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir, daha sonra iddiaçı yenidən məhkəməyə müraciət edərək alimentin artırılmasını xahiş etmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1416/2017 saylı 21.02.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miüdarı artırılmış, 27.01.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 154 manat alimnetin iddiaçının xeyrinə tutulması qət edilmişdir, hazırda iddiaçı təkbaşına uşağı saxlamaqda çətinlik çəkir, uşağın qidası baxım xərcləri yüksək məbləğdədir, ərzaq geyim və dərmanların qiyməti artdığından uşağın normal fiziki və mənəvi inkişafı üçün əlverişli şəraitdə yaşaması tələb olunur. Məhkəmə iddiaçının nümayəndəsi E.M.Məmmədli iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, uşaq xəstədir, vaxtaşırı olaraq onu müalicəyə aparırlar, cavabdeh aliment ödənilməsini gecikdirir, buna görə çətinlik çəkirlər, cavabdeh uşaqla maraqlanmır, hazırki məbləğ uşağın saxlanması üçün kifayət etmir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, 27.01.2015-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat aliment ödənilməsinə razıdır, iddiaçının nümayəndəsi alimentin gecikdirildiyini bildirsə də, buna səbəb iddiaçı tərəfindən bank hesabının açılmaması və kart nömrəsinin ona təqdim edilməməsi olmuşdur, hazırda dövlət tərəfindən yaşayış minimumu 193 manatdır onu ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı 315731 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27.01.2015-ci il tarixdə İstanbul şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 16 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 266518 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08 aprel 2017-ci il tarixdə 162 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1416/2017 saylı 21.02.2017-ci il tarixli qətnaməsi ilə 27.01.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmış, 13.04.2018-ci il tarixdən hesablanmaqla 27.01.2015-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 154 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli MŞB/5-00280 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir, X6 iştirak edərək 50 manat mediasiyaya dair xərci ödəmişdir. (qəbz № 30793) Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah pozulmuşdur, birgə nikahdan 27.01.2015-ci il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsi əsasında müəyyən olunmuş hər ay 154 manat miqdarında aliment məbləği uşağın saxlanması məqsəd ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin razılığını nəzərə alaraq 27.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 27.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında səbəbdən iştirak etmədiyindən və onun iştirak etməməsinin üzürlü səbəbləri məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4343/2018 saylı 11.05.2018-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 27.01.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2122/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2122/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver