Məhkəmə qərarları › İş №2(011)-2144/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2144/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2144/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, cavabdeh X4 bacısı X5 vasitəsilə tanımışdır. O, X5 adlı şəxslə 2019-cu il tarixdən işlədiyi şirkətdə tanış olmuşlar və birgə işləmişlər. Əminə Salamzadə ondan müxtəlif vaxtlarda bir neçə dəfə borc olaraq pul almışdır. Geri qaytarsa da, sonuncu dəfə 1400 manat pulu borc alaraq geri qaytarmamışdır. 2021-ci ilin əvvəllərində Cavabdeh ilə aralarında tanışlıq yaranmışdır. 2022-ci ilin yanvar ayında Cavabdeh onunla görüşərək iş quracağını və həmin işdən fayda götürəcəklərini bildirmiş, 3 ay ərzində 27000 manat borc olaraq ondan pul almış, lakin geri qaytarmamışdır. O, cavabdehdən pulunu geri istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh anası X6 borcun qaytarılmasının qarşısını almaq məqsədilə DİN-in 102 xidmətinə zəng edib yalnış məlumatlar vermişdir. Bununla əlaqədar olaraq Binəqədi RPİ-nin 4-cü PB-də araşdırılma aparılmış və cavabdehin anası tərəfindən onun barəsində verilmiş şikayətin əsassız olması sübuta yetirilərək “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair 14 iyun 2022-ci il tarixində qərar qəbul edilmişdir. Polis orqanında araşdırılma aparılarkən, cavabdeh ondan pul alması faktını təsdiq etmiş və zamanla qaytaracağını deyərək, məsuliyyətindən boyun qaçırmışdır. O, məlumat üçün bildirmişdir ki, cavabdeh 1400 manat, daha sonra 2600 manat olmaqla, ümumilikdə 4000 manat pul ödəmiş, borclu olduğu 23000 manatı ödəməkdən boyun qaçırmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi, cavabdeh X1 23000 manat pul vəsaitinin və dövlət rüsumu olaraq onun tərəfindən ödənilmiş pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin tam şəkildə təmin edilməsi, cavabdeh X1 19400 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbinə etiraz edərək, ərizədə qeyd olunan məbləği iddiaçıya ödədiyini bildirmiş, buna görə də məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş X2 müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda vətəndaş X6 izahatında bildirmişdir ki, İddiaçı ilə onun qızı Əminə Səmədova ilə birgə adı yadında qalmayan şirkətdə birgə işləmişlər. Onu faizə pul verən kimi tanımışlar. Ailələrində ciddi problemlər olduğundan xəstəlikdən əziyyət çəkdiyi üçün bir neçə dəfə İddiaçı faizə borc pul götürmüşdür. Təxminən 12 min manata qədər oğlu Rauf Röyalədən pul götürmüşdür. Onlar həmin borcu verə bilmədikləri üçün faizlər yığılmış və pulun ödənişi çoxalmışdır. Sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə Röyalə ilə danışdıqda bildirmişdir ki, Röyalə guya kimdənsə faizə onlara görə pul götürmüşdür. Ona görə pulun ödənişi 27000 manata qalxmışdır. Bundan sonra Rauf ona bildirmişdir ki, gedib Röyalə ilə danışsın və onlardan xahiş etsin ki, faizi saxlasınlar və ödənişləri edib tam borcu bağlasın. O, Raufa demişdir ki, getmə, lakin oğlu onun sözünə qulaq asmamışdır. Bundan sonra onunla nə qədər əlaqə saxlamaq istəsə də, əlaqə saxlaya bilməmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən 18 saylı vəkil bürosunun vəkili Vəkil2 ünvanlanmış materiallarda olan cavabdeh X3 izahatından görünür ki, həmin izahatda sonuncu bildirmişdir ki, İddiaçı bacısı Əminə Salamzadə vasitəsilə tanımışdır. Onlar birgə eyni şirkətdə işləmişlər. O, Röyalədən dəfələrlə faizə borc pul almış, ona olan borcunu faizi ilə birlikdə qaytarmışdır. Sonuncu dəfə, yəni 03 iyun 2022-ci il tarixdə o, Binəqədi rayonu, İ.Əfəndiyev küçəsində Röyalə ilə görüşmüş, ona olan faiz borcunu hər zaman ödəmiş, qalan faizə olan borcu da hissə-hissə ödəyəcəkdir. Aralarında sözlü mübahisə olmuş, bundan sonra o, telefonu söndürmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı ailəsində problemlər yarandığından o, bir neçə dəfə faizə borc pul götürmüş, o, əsas borcunu ödəmişdir. Ümumilikdə, 25000-30000 manat aralığında pul ödəmişdir. Faiz borcu isə 4000 manatdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2144/2023 saylı 09 fevral 2023-cü il tarixli qərardadına əsasən "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus AZ29AZEN******************** saylı bank hesabından xx.xx.2021-ci il tarixdə 10 manat vəsait məxaric edilmiş, xx.xx.2022-ci il tarixdə 1 manat, xx.xx.2022-ci il tarixdə 2 manat vəsait mədaxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2144/2023 saylı 09 fevral 2023-cü il tarixli qərardadına əsasən "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 12 iyun 2023-cü il tarixli 20xx/xx/4595 №-li məktubdan görünür ki, dövrdə İddiaçı adına olan ******************** nömrəli hesaba Cavabdeh tərəfindən vəsaitin köçürülməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının nümayəndəsinin izahatı və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, X13 Məmmədovanı bacısı Əminə Salamzadə vasitəsilə tanımış, o, İddiaçı dəfələrlə faizə borc pul almış, ona olan borcunu faizi ilə birlikdə qaytarmış, sonuncu dəfə 03 iyun 2022-ci il tarixdə o, Binəqədi rayonu, İ.Əfəndiyev küçəsində Röyalə ilə görüşərək faiz borcunu da, hissə-hissə ödəyəcəyini bildirsə də, lakin həmin məbləğlər hazırki günədək iddiaçıya geri qaytarılmamışdır. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində cavabdeh Rauf Salamzadə iddiaçıdan bir neçə dəfə faizə borc pul götürdüyünü, əsas borcunu ödədiyini və ümumilikdə, 25000-30000 manat aralığında pul ödədiyini bildirsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim edilən qəbzlər əsasında İddiaçı pul vəsaitinin ödənilməsi öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh 19400 manat məbləğində borcunun mövcud olması mülki işdə olan sübutlarla təsdiq edildiyi, cavabdeh həmin borcun qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 19400 manat məbləğində pul vəsaiti və 159 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar