Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2156/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(011)-6960/2023 saylı qətnaməsi ilə təyin edilmiş, 220 (iki yüz iyirmi) manat məbləğində alimentin miqdarının artırılaraq 300 (üç yüz) manat təyin edilməsi və mediasiya xidməti üçün ödənilən rüsumun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il doğum tarixli X2 adında bir övladı doğulmuşdur. Aralarında olan narazılığa görə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7600/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Xətai Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(011)- 6960/2023 saylı qətnaməsi ilə X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 220 (iki yz iyirmi) manat aliment təyin edilmişdir. Bunula bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək istəmədiyindən bu barədə ona ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayış verilmişdir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişilmmişdir və 2025-ci ildə hər uşaq üçünalimentin miqdarı 246 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6960/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7600/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişilərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Tovuz rayonu 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” mediasiya arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 valideynləri qrafasında atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı mövcud tələbini ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmiş və həmin qərarın 8.4-cü bəndinə 8.4-3-cü yarımbənd əlavə edilmişdir və qeyd edilmişdir ki, “əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. Buna görə də minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə verilmiş hazırki iddia tələbinin təmin edilməsi üçün əsəs yoxdur. Belə ki, uşaqlar üçün yaşayış minimumunun artırılması tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması, sonuncunun zənginləşməsi anlamına gəlmir. Buna görə də iddia bu hissədə təmin edilməməlidir. Əlavə olaraq iddiaçıya izah edilməlidir ki, iddiaçı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6960/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində (xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması ilə əlaqədar) göstərilmiş aliment məbləğinin indeksasiyası ilə bağlı tələb irəli sürərsə, həmin tələb iddia ərizəsinin verilməsi yolu ilə deyil, icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri əsasında) həll edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinə onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2156/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2156/2025
10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver