Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-216/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğvi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və Bakı şəhəri 6 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 17.12.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 17.12.2020-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat ofisində X1 xeyrinə ondan müddət ücün ödənilməmiş 40000 ABŞ dollarının tutulması barədə icra qeydi verilmişdir. Həmin icra qeydi qanunsuz və əsassız olduğu ücün ləğv edilməlidir. Həmin icra qeydi hüquqi nəticələr yaratmır. İcra qeydində yazılanlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 6 saylı Notariat ofisinə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: X4 ilə İddiaçı arasında bağlanmış 29.12.2017-ci il tarixli borcun etirafı haqqında müqavilənin surətindən görünür ki, ikinci tərəf (borclu) bu müqavilə ilə birinci tərəfə (borc verən) 40.000 ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və tam etiraf etmiş, müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə, etiraf etdiyi borcu 29/06/2018-ci il tarixədək hissə-hissə qaytarmaq şərti ilə, borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 15.03.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən X2 73.000 manat məbləğinə satılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(006)-841/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı "müqavilələrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 15.03.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, eyni tərəflər arasında imzalanmış 22.01.2018-ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə cavabdeh X4 etiraz edərək, etirazında göstərilən əmlakın iddiaçının 40000 ABŞ dolları borcunun müqabilində satıldığını bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Qətnamə ilə iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri 6 saylı Notariat ofisin xüsusi notariusu X3 tərəfindən verilmiş 17.12.2020-ci il tarixli İcra qeydinin surətindən görünür ki, notarius tərəfindən X1 xeyrinə İddiaçı 40.000 ABŞ dolları məbləğində pulun tutulması təklif edilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı cavabdeh X2 40000 ABŞ dolları borcu olmuş, həmin borcun əvəzinə iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cavabdehə satmışdır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə. 165-ci hissəsinə görə isə icra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, X1 xeyrinə İddiaçı 40.000 ABŞ dolları məbləğində pulun tutulması barədə 17.12.2020-ci il tarixli İcra qeydi Bakı şəhəri 6 saylı Notariat ofisin xüsusi notariusu X3 tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, heç bir qanuni əsas olmadan aparılmışdır. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri 6 saylı Notariat ofisin xüsusi notariusu X3 tərəfindən X1 xeyrinə İddiaçı 40.000 ABŞ dolları məbləğində pulun tutulması barədə 17.12.2020-ci il tarixli icra qeydi ləğv edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-216/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-216/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver