Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2213/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı X1 üçün alimentin hər ay 200 manat sabit pul məbləğində, habelə uşaq üç yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar, rəsmi nikahdan 15.04.2017-ci il təvəllüdlü X5 və 24.07.2020-ci il təvəllüdlü X6 anadan olmuşdur, ailə qurduqdan bir müddət sonra münasibətləri tədricən soyumuş, hazırda tamamilə kəsilmişdir, ayrı ünvanlarda yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqları onun himayəsindədir, böyük oğlu üçün aliment müəyyən edilmişdir, cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir, o, isə heç yerdə işləmir, uşaqların xərclərini qarşılamaq onun üçün çox çətindir, kiçik oğlu üçün də alimentin təyin edilməsi onun üçün zəruri əhəmiyyət daşıyır, alimentdən əlavə olaraq uşağın 3 yaşına çatanadək əlavə xərcləri olduğunu nəzərə alaraq alimentdən başqa həmin dövrdə əlavə 100 manat məbləğində pulun da ona ödənilməsini zəruri hesab edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh R.M. Musayev məhkəmə iclasının vaxtı və yeri barədə lazimlı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət mərkəzinin” qeydiyyat şöbəsində tərəfindən 14.10.2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnəmənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 14.10.2016-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1379 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2473/2020 saylı 04.11.2020-ci il tarixli qətnaməsindən görünür ki 15.04.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh, 20.02.2020-ci il tarixdən hesablanmaqla, hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət mərkəzinin” qeydiyyat şöbəsində tərəfindən verilmiş 10.08.2020-ci il tarixli, AZ-İV seriyalı 474555 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 24.07.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan 15.04.2017-ci il təvəllüdlü X5 adlı və 24.07.2020-ci il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur, məhkəmə tərəfindən 15.04.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir, uşaqlar ananın himayəsindədir, uşağın saxlanma xərclərində cavabdeh iştirak etmir, cavabdeh iddiaçı ilə faktiki olaraq ayrı yaşayır. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən alimentin tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşağın əvvəlki yaşayış səviyyəsini və onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər halları nəzərə alaraq alimentin miqdarının hər ay 170 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin 24.07.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün aliment tələbinə münasibətdə bu məqsədlə aliment tutulmasını mümkün sayır və belə aliment miqdarının hər ay 30 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Alimentin hansı vaxtdan etibarən hesablanması məsələsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə 26.01.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 24.07.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 26.01.2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin 24.07.2020-ci il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın qiyməti olaraq bir il ərzində ödəniləcək alimentin məbləği 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.07.2020-ci il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 26.01.2021-ci il tarixdən hesablanmaqla, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Musayeva Sevı̇ nc Hafı̇ s qızına ödənilsin. Cavabdeh 24.07.2020-ci il təvəllüldü X3 3 yaşına çatana kimi hər ay 30 (otuz) manat pul vəsaiti tutularaq Musayeva Sevı̇ nc Hafı̇ s qızına ödənilsin. Cavabdeh dövlət rüsumu qismində 30 (otuz) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2213/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2213/2021
19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver