Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2216/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh 6.481 manat maddi ziyan və ödədiyi 86 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tanışı vasitəsilə 12 iyul 2019-cu il tarixdə internetdə “İnstagram” sosial şəbəkəsində Türkiyə, Gürcüstan, Avropanın digər müxtəlif şəhərlərində istirahət etmək üçün ***-***-**-** saylı mobil telefon kartının sahibi Cavabdeh elan yerləşdirdiyini görmüşdür. Daha sonra 2019-cu ilin iyul ayının ortaları üçün ailəsi ilə birlikdə Türkiyə Respublikasının Bodrum şəhərində istirahət etməyə getmək istəmişdir. Bu minvalla da “İnstagram” sosial şəbəkəsində yerləşdirilən Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil telefon kartı ilə zəng etmişdir. Həmin vaxt Cavabdeh telefonda Türkiyə Respublikasının Bodrum şəhərində olan “Lablanche İsland 5” ulduz hotelində 9 gecə, 10 gün, yəni 3 nəfərlik otaq, gediş-qayıdış, sığorta, təyyarə biletləri, qarşılanma, yola salma daxil olmaqla və sonda tur paketlə istirahət etmək istədiyini bildirmişdir. Həmin zaman Cavabdeh iddiaçıya bildirmişdir ki, 23 iyul 2019-cu il tarixdən 02 avqust 2019-cu il tarixə olan müddət ərzində onun Türkiyə Respublikasının Bodrum şəhərində olan “Lablanche İsland 5” ulduz hotelində istirahət etməsi üçün ümumilikdə 4.200 ABŞ dolları pul ödənməlidir. Lakin o, həmin qiymətin baha olduğunu Azərə bildirmişdir. Bundan sonra Cavabdeh ona əgər bu gün ödəniş etdiyi halda 3.800 ABŞ dolları ilə razılaşacağını demişdir. Beləliklə də iddiaçı, qeyd edilən məbləğlə, yəni 6.481 manat (3.800 ABŞ) pul ödəməyə razılıq vermişdir. İddiaçı həmin vaxt Rusiya Federasiyasında olduğundan Cavabdeh xahiş etmişdir ki, 6.481 manat pulu yaşadığı ünvan 1 ünvanına gedib arvadı X1 götürsün. Bundan sonra Cavabdeh 12 iyul 2019-cu il tarixdə saat 15 radələrində ünvan 2 ünvanından onun arvadı X1 6.481 manat pulu götürmüşdür. Həmin vaxt Cavabdeh arvadı X2 12 iyul 2019-cu il tarixli “314141” nömrəli kassa mədaxil orderinin qəbzinə imza edib, "xxxx" olan möhürü vurmaqla həmin qəbzi Aynura təqdim etmişdir. Cavabdeh pulu qəbul etdikdən sonra iddiaçının arvadı Aynur xanıma və iddiaçıya telefonda bildirmişdir ki, hazırda gec olduğundan tur paketi təqdim edə bilmir və 15 iyul 2019-cu il tarixdə tur paketi təqdim edəcək. İddiaçı, 15 iyul 2019-cu il tarixdə Cavabdeh ilə istifadəsində olan telefonla əlaqə saxlamış və Azərə üzərinə düşən pulu tam şəkildə ödədiyini və niyə tur paketi təqdim etmədiyini dedikdə Cavabdeh narahat olmamağı, tur paketini tez bir zamanda verəcəyini bildirdikdə Azərə ona inanmadığını deyərək polisə şikayət edəcəyini bildirəndə Azər onu hədələyərək təhqir etmiş və “hara istəyirsənsə, get şikayət et” demişdir. Lakin iddiaçı Cavabdeh əhəmiyyət verməyib bir neçə gün sonra yenidən onunla telefon əlaqəsi saxlamaq istəsə də Azərə zəng çatmamışdır. Bundan sonra iddiaçı ordan-burdan öyrənmişdir ki, Cavabdeh onun kimi bir çox insanları tur paketi adı ilə aldadaraq pullarını ələ keçirib. 19 iyul 2019-cu il tarixdə iddiaçı Xəzər RPİ-nin 2-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırkı vaxta qədər Cavabdeh iddiaçını aldadıb aldığı 6.481 manat pulu qaytarmamışdır. Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı 24 avqust 2021-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 va 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hal-hazırda Cavabdeh cəza müddəti bitmiş və cavabdeh azadlıqdadır. İndiyə qədər iddiaçıya dəymiş maddi ziyanı ödəməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə ölkə xaricində istirahətə yollanmaq üçün tur paketi almaq istəmiş, tur paketinin təşkil edilməsi ilə bağlı cavabdehlə razılaşmışdır. Cavabdeh "xxxx" MMC-nin təsisçisi olaraq iddiaçı ilə aralarında olan razılığa əsasən, 12 iyul 2019-cu il tarixdə iddiaçının yaşadığı ünvanda sonuncunun həyat yoldaşı Aynur Qarayevadan 6.481 manat pul vəsaitini almışdır. Cavabdeh iddiaçı ilə aralarında olan razılığa əsasən, tur paketi təşkil etməklə bağlı üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, iddiaçıdan aldığı pulu da qaytarmamışdır. İddiaçı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 1(006)-76/2021 saylı 24 avqust 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 va 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmün mətnindən görünür ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh təqsirləndirilən şəxs qismində ifadə verərkən iddiaçının arvadı A.Qarayevadan 6.481 manat pulu aldığını etiraf etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları və iddiaçının izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı tur paketi alması üçün cavabdehə 6.481 manat pul vermiş, cavabdeh isə iddiaçı ilə aralarında olan razılığa əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və aldığı pulu da iddiaçıya qaytarmamışdır. İddiaçı hazırda cavabdehə verdiyi, cavabdehin isə qaytarmadığı pul məbləğini tələb edir. Cavabdehin əməlləri iş materiallarında olan hökmlə dələduzluq olaraq qiymətləndirilmiş, sonuncu, məhkəmə istintaqı zamanı verdiyi ifadədə iddiaçıya qarşı dələduzluq etdiyini – iddiaçının arvadından 6.481 manat pul vəsaiti aldığını etiraf etmişdir. Məhkəmə hökmü ilə cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işində məhkəmə istintaqı zamanı cavabdehin iddiaçıdan həmin məbləği alması halı öz təsdiqini tapmışdır. Beləliklə, cavabdehin pulu alması və aldığı pulu qaytarmaması işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddiasında haqlıdır və ona dəymiş maddi ziyanın əvəzi olaraq 6.481 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 86 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 86 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 6.481 (altı min dörd yüz səksən bir) manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 86 (səksən altı) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2216/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2216/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver