Məhkəmə qərarları › İş №2(011)-2222/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2222/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2222/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddia tələbi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə dəymiş 1750 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslaşdırılmışdır ki, Cavabdeh 29 dekabr 2024-cü il tarixdə, idarə etdiyi “Kia Rio” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, C.Naxçıvanski küçəsi ilə hərəkət edərkən yol nişanlarının tələblərinə riayət etməyərək iddiaçının idarə etdiyi «Toyota Prius» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə iddiaçının avtomobilinə 1750 manat maddi ziyan dəymişdir. Cavabdeh sığortası olmadığı üçün iddiaçının avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Cavabdeh isə avtomobilə dəymiş ziyanın qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törədilmiş yol hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. 29 dekabr 2024-cü il tarixli yol qəza hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün “X4” tərəfindən avtomobilə baxış keçirilmiş və dəymiş ziyan 1750 manat həcmində müəyyən edilmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları (etirazları): Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, idarə etdiyi “Kia Rio” markalı minik avtomobilinin iddiaçı tərəfindən idarə olunan “Toyota Prius” markalı avtomobil tərəfindən vurulduğunu qeyd etmiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: TP seriyalı, ******* nömrəli, 02 yanvar 2025-ci il tarixli “X2 Haqqında" Qərarın surətindən görünür ki, X1 29 dekabr 2024-cü il tarixdə Cəmşid Naxçıvanski küçəsində idarə etdiyi “Kia Rio” markalı avtomobillə yol nişanlarının tələblərinin riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. X4 tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ümumilikdə 1750 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 18 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış mütəxəssis hesablanması nəticəsində iş materiallarında olan məlumatlara əsasən “Toyota Prius” markalı 77-BM 347 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 1610 manat təşkil edir Şərur Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 18 noyabr 1999-cu il tarixli 016816 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü tə`sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə 40 manat miqdarında cərimə edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh 29 dekabr 2024-cü il tarixdə, idarə etdiyi “Kia Rio” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, C.Naxçıvanski küçəsi ilə hərəkət edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, iddiaçının idarə etdiyi «Toyota Prius» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. İddiaçı avtomobilinə vurulan zərərin 1750 manat məbləğində olduğunu iddia edərək, bununla bağlı məhkəməyə qüsur aktı təqdim etsə də, məhkəmə tərəfindən keçirilmiş əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, «Toyota Prius» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1610 manat məbləğində ziyan dəymişdir. Məhkəmə hesab edir ki, «Toyota Prius» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, Cavabdeh 1610 manat məbləğində dəymiş zərər tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilməli olan 36 manat. ekspertiza xərci 200 manat. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə, eyni zamanda 200 manat ekspertiza xərci tutularaq, "xxxx" MMC-nin VÖEN **********, S.W.İ.F.T:AİİBAZ2X, AZ06AİİB400600C**********103 hesablaşma hesabına ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1610 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə, eyni zamanda 200 manat pul vəsaiti tutularaq, "xxxx" MMC-nin VÖEN **********, S.W.İ.F.T:AİİBAZ2X, AZ06AİİB400600C**********103 hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar