Məhkəmə qərarları › İş №2(011)-2240/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2240/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2240/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İddiaçı tərəfindən Cavabdeh 675 manat məbləğində pul borc verilmişdir. Hal-hazıradək iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən pul geri qaytarılmamışdır. Bununla bağlı Xəzər RPİ-nin 3-cü polis şöbəsinə şikayət edilmiş, araşdırma aparılmış, qarşı tərəfin izahatı alınmış, izahatında maddi imkanı aşağı olduğuna görə borcunu ödəyə bilmədiyini göstərmiş, iş mülki xarakterli olduğuna görə iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçının tələbi: Cavabdeh 675 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Şahnaz xanıma borcu ödəməyə başlamış, 50 manat ödəniş etmişdir. Xanıma bildirmişdir ki, borcu ödəyəcəkdir, buna baxmayaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Şahnaz xanıma borcu ümumilikdə 670 manat yox, 570 manatdır. Həmin 570 manatı borc almamış, iddiaçı bu pulu könüllü olaraq onunla görüşməsi üçün cavabdehə vermişdir. İddia tələbinin 520 manat məbləğdə təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 670 manat məbləğdə borcundan birinci dəfə 50 manat, daha sonra 30 manat olmaqla, ümumilikdə 80 manat ödəmişdir. Hazırda borcun qalan hissəsi ödənilməmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - AR DİN Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən toplanmış materiallarında olan İddiaçı Qabil qızının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən o, keçmiş nişanlısı Cavabdeh hissə-hissə ödəniş aparatı vasitəsilə borc kimi 675 manat ödəniş etmiş, bu günə qədər borc qaytarılmamışdır. - AR DİN Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən toplanmış materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli izahatına əsasən keçmiş tanışı (nişanlısı) Cavabdeh müxtəlif vaxtlar ərzində ümumilikdə 675 manat borca pul almışdır. Dəfələrlə həmin şəxsin istifadəsində olan mobil nömrəsinə zəng vuraraq pulu tələb etsə də həmin şəxs müxətlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Elçinin anası Hənifə ilə əlaqə saxlayıb pulu tələb etdikdə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Pulun 285 manatını ödəmə terminalı ilə, qalanını isə nəğd şəkildə vermişdir. Qeyd edilən məbləğ 2022-ci il iyul-sentyabr ayları ərzində verilmişdir. - AR DİN Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən toplanmış materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli izahatına əsasən İddiaçı Qabil qızı ilə ailə qurmaq istəmişlər, sonradan ayrılmışlar. Müxtəlif vaxtlarda ümumilikdə 670 manat Şahnazdan pul almış, pul almasının səbəbi Şahnazın onunla görüşmək istəməsi olmuş və buna görə Şahnaz ona 20, 30 manat pul göndərmişdir ki, onlar danışsın və ya görüşsün. Pulu Şahnazdan borc olaraq almamış, o, öz xoşu ilə vermişdir. Sonra Şahnaz pulları istədikdə, maddi vəziyyəti aşağı olduğundan ödəyə bilmədiyini bildirmiş, Şahnaz da polisə müraicət etmişdir. - AR DİN Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Qabil qızının Cavabdeh pulun alınması barədə müraciətinin mülki xarakterli olduğu müəyyən edilmiş və müraciətdə göstərdikləri ilə əlaqədar iddia ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. - 23.08.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 20 manat, xx.xx.2022ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 50 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 20 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 30 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 20 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 25 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 30 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 20 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 10 manat ödəniş Cavabdeh (kartın son 8 rəqəmi: ********), xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 20 manat, xx.xx.2022-ci il tarixli ********** əməliyyat nömrəli qəbzə əsasən 40 manat ödəniş “S***** Ş***** S***** qızı” adlı müştəriyə (kart nömrəsi: 416973******8823) edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını, cavabdehin ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehə 675 manat pul məbləğində borcun verilməsinə istinad etsə də, hər hansı borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda verdiyi məbləğləri borc kimi verdiyini bildirsə də, cavabdeh aldığı pulun borc kimi verildiyini qəbul etmir. İş materiallarına əlavə edilmiş qəbzlərlə iddiaçı tərəfindən cavabdehə müvafiq ödənişlər edilidiyi sübut olunur. Buradan aydın olur ki, tərəflər arasında şəxsi əlaqələrdən yaranan etibarlı münasibətlər mövcud olmuş, iddiaçı dəfələrlə cavabdehə pul ödənişləri etmiş, cavabdeh bu məbləğləri qəbul etmişdir ki, bu da öz növbəsində tərəflər arasında şifahi borc müqaviləsi kimi qəbul edilməlidir. Təqdim edilən qəbzlərlə verilmiş pul məbləğinin yalnız 225 manat məbləği təsdiq edilir. Lakin sadalanan qanunvericilik aktı normalarına və iş materiallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edilərək, qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Məhkəmə müəyyən edir ki, cavabdeh özü iddiaçının ona pul ödənişləri etməsini müxtəlif vaxtlarda etiraf edir, lakin verilən pulun məbləği ilə bağlı fərqli mövqe sərgiləyir. Belə ki, cavabdehin məhkəməyə ünvanladığı ərizəsində və müvafiq polis şöbəsinə verdiyi izahatında işin faktiki halları eyni cür təsvir olunsa da, tələb edilən pulun məbləği barədə cavabdeh polis şöbəsində iddiaçıya 670 manat ödəməli olduğunu etiraf etsə də (xx.xx.2023-cü il tarixli izahat), məhkəməyə ünvanladığı ərizədə (xx.xx.2023-cü il tarixli ərizə) bu məbləği 570 manat olaraq qeyd edir. Məhkəmə qeyd edir ki, polis şöbəsində verilən izahatı cavabdehin şəxsən yazdığını və öz imzası ilə həqiqiliyini təsdiq etdiyini, bundan sonra iddiaçıya ödənişlər etməyə başladığını nəzərə alaraq, məhz polis şöbəsində verilən izahat cavabdeh tərəfindən iddianın (borcun) etirafı hesab olunmalıdır. Həmçinin iddiaçının izahatına və cavabdehin ərizəsinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçıya tələb edilən məbləğdən 50 manat və 30 manat olmaqla, ümumilikdə 80 manat geri qaytarıldığını nəzərə alaraq, qeyd edir ki, həmin məbləğ ümumi puldan çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə qalan 590 manat (670 manat - 80 manat = 590 manat) tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 590 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 590 (beş yüz doxsan) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar