Məhkəmə qərarları › İş №2(011)-2241/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2241/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2241/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı - 2350 manat iddiaçıya dəymiş ziyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 manat dövlət rüsumunun Azərbaycan Mikro Kredit BOKT ASC-dən və Azərsığorta ASC-dən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Az 1095, ünvan 1ə İnformasiya Sistemindən çıxarılan vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı Az 1014, ünvan 2sasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “2350 manat iddiaçıya dəymiş ziyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 manat dövlət rüsumunun Azərbaycan Mikro Kredit BOKT ASC-dən və Azərsığorta ASC-dən alınıb iddiaçının xeyrinə ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: 1- 7********) özünə qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-2241/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “2350 manat iddiaçıya dəymiş ziyanın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 45 manat dövlət rüsumunun Azərbaycan Mikro Kredit BOKT ASC-dən və Azərsığorta ASC-dən alınıb iddiaçının xeyrinə ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:00-da qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar