Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2242/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 kreditorun xeyrinə müştərək qaydada 811 ABŞ dolları əsas, 273 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 1104 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə, 1425 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Nəticədə, borclunun banka 811 ABŞ dolları əsas borc, 273 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1104 ABŞ dolları borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-2952/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-2952/2016 saylı məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, o, borcunu tam olaraq ödəmişdir, ona görə də, iddianın təmi edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə onlardan məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tuturaq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana X4 illik 30 faizlə 12 ay müddətinə 1425 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalan tərəfindən kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərlərinə götürmüşdür. İddiaçı ASC tərəfindən təqdim olunmuş maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 811 ABŞ dolları əsas, 273 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə olmaqla, cəmi 1104 ABŞ dolları borcu yaranmışdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun kredit borcu üzrə ödənişlər barədə xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, borc alan Cavabdeh1 kredit hesabı üzrə məhkəməyə təqdim edilmiş çıxarışlara əsasən, məhkəmə əmri qəbul edildikdən sonrakı müddət ərzində kredit borcu üzrə borclu Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdə 63 dollar, xx.xx.2016-cı il tarixdə 104.82 dollar, xx.xx.2016-cı il tarixdə 66.72 dollar ödənilmiş, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə təqdbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2019-cu il tarixdə 286.56 dollar məbləğində kompensaiya ödənilmiş və digər borclu Cavabdeh2 əmək haqqından isə xx.xx.2021-ci il tarixdə 139.65 dollar, xx.xx.2021-ci il tarixdə 139.65 dollar, xx.xx.2022-ci il tarixdə 141.10 dollar və xx.xx.2022-ci il tarixdə 152.49 dollar tutularaq ödənilmişdir. Beləliklə, məhkəmə əmrinin qəbulundan sonra borclular tərəfindən kredit borcu üzrə Amrahbank” ASC-yə cəmi 1093.99 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda cavabdehlərin iddia tələbi üzrə İddiaçı ASC-yə ödənilməmiş 9.89 dollar kredit borcu və 20 manat dövlət rüsumu qalmışdır. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair xx.xx.2022ci il tarixli, 9/3463 saylı ekspert rəyi ilə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2016-cı il tarixədək olan ödənişləri nəzərə alınmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 889,93 ABŞ dolları məbləğində müəyyən edilir, o,cümlədən: - əsas borc üzrə - 834,96 ABŞ dolları; - faiz borcu üzrə - 54,97 ABŞ dolları. Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 811 ABŞ dolları əsas borc, 54,97 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə olmaqla cəmi 885,97 ABŞ dolları borcunun qalması, Cavabdeh2 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmələri təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, həmin borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 9/3463 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 80 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 20 manat dövlət rüsumunun 16 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 80 manatı cavabdehlərdən, 20 manatı isə iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 16042015/224887 saylı kredit müqaviləsi üzrə 811 ABŞ dolları əsas borc, 54,97 ABŞ dolları faiz borcu və 20 ABŞ dolları cərimə olmaqla cəmi 885,97 (səkkiz yüz səksən beş dollar 97 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və ödənilmiş dövlət rüsumunun 16 (on altı) manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 80 (səksən) manatı cavabdehlərdən, 20 (iyirmi) manatı iddiaçıdan tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2242/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2242/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver