Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2243/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor Bank "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditorun xeyrinə xx.xx.2015-ci il tarixli RF-00081-16/15U saylı kredit müqaviləsi üzrə 617,99 ABŞ dolları əsas borc, 23,11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 641,10 ABŞ dolları borcun, 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli RF-00081-16/15U saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya istehlak məqsədilə 18 ay müddətinə illik 25% hesablanması şərti ilə 640 ABŞ dolları məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixli RFZ-00081-16/15U saylı zaminlik müqaviləsi bağlayaraq borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Borclu Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borclunun kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 617,99 ABŞ dolları, faiz borcunun məbləği 23,11 ABŞ dolları olmaqla, cəmi 641,10 ABŞ dolları təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-12811/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrindən verdiyi etiraz əsasında Xətai Rayon Məhkəməsinin qərardadı ilə həmin məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun işitrakı olmadan baxıımasını və iddia tələbinin təmin oluması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, ekspert rəyi ilə razılaşmadığını, zaminlik müqaviləsində olan imzanın ona məxsus olmadığını göstərdi və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli RF-00081-16/15U saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana istehlak məqsədilə 18 ay müddətinə illik 25% hesablanması şərti ilə 640 ABŞ dolları məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli RFZ-00081-16/15U saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və bank qarşısında birgə məsuliyyət daşıyır. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli RF-00081- 16/15U saylı kredit müqaviləsi üzrə Banka 617,99 ABŞ dolları əsas borc, 23,11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 641,10 ABŞ dolları əsas borcu qalmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2015-ci il tarixli RFZ-00081-16/15U nömrəli zaminlik müqaviləsindəki “zamin" sözlərinin altındakı imzanın, mülki işin 10-cu vərəqinin arxa hissəsində olan “ödənişlə tanış oldum" sözlərinin qarşısındakı imzanın və mülki işin 14-cü vərəqində olan xx.xx.2015-ci il tarixli ərizədəki "zamin" sözünün qarşısındakı imzanın Cavabdeh2 tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/605 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə, ekspertizaya təqdim edilmiş, mülki işin 11-ci vərəqində olan 7 dekabr 2015-ci il tarixli RFZ-00081-16/15U nömrəli zaminlik müqaviləsinin aşağı hissəsində “Zamin" qrafasında olan imzanın, 7 dekabr 2015-ci il tarixli RF-00081-16/15U saylı kredit müqaviləsinə əlavə 1 ödəniş cədvəlinin arxa tərəfində 'Ödənişlə tanış oldum Cavabdeh2“ yazılarının qarşısında olan imzanın və mülki işin 14-cü vərəqində olan 4 dekabr 2015-ci il tarixli “Ərizə"nin aşağı hissəsində “Zamin" qrafasında olan imzanın Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2.-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh1 xx.xx.2015-ci il tarixli RF- 00081-16/15U saylı kredit müqaviləsi üzrə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 617,99 ABŞ dolları əsas borc, 23,11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 641,10 borcunun qalması, digər Cavabdeh2 zamin qismində borc alanın öhdəliklərinin icrasına görə məsuliyyət daşıması təsdiq edildiyindən həmin borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 4/605 saylı ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 124 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə ödənilmiş 20,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri 124 manat cavabdehdən tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli RF- 00081-16/15U saylı kredit müqaviləsi üzrə 617,99 ABŞ dolları əsas borc, 23,11 ABŞ dolları faiz borcu olmaqla, cəmi 641,10 (altı yüz qırx bir dollar, 10 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 (qirx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh2 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2243/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2243/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver