Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2248/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikah dövründə doğulan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancı (başqa gəlirlərinin) 1/3 hissəsində alimentin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçərək el adəti ilə ailə qurmuşlar. Birgə nikahdan 2 uşaqları anadan olmuşdur: xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da uşaqlar onun yanında qalmışdır. O Rusiya Federasiyası Volqoqrad şəhər Dzerjinski rayon Məhkəməsinə Cavabdeh qarşı nikahın ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Onun iddia tələbi Volqoqrad şəhər Dzerjinski rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-188/2023 saylı qiyabi qərarı ilə təmin edilərək aralarında olan nikah pozulmuşdur və Cavabdeh yanında qalan yetkinlik yaşlarına çatmayan uşaqlarının saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 10.831 rubl, yəni Azərbaycan manatı ilə 162 manat sabit pul məbləğində aliment tutulmasına dair qiyabi qətnamə qət edilmişdir. Hal-hazırda Cavabdeh gecikdirmələrlə alimenti ödəyir. İndi həmin miqdarda olan pula uşaqlarını saxlamaq və onların təlabatlarını ödəmək çox çətindir. Uşaqlarının tələbatlarını ödəməyə çətinlik çəkir. O bir ana kimi onların arzularını həyata keçirə bilmir. Cavabdeh alimenti gecikdirmələrlə ödəyir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Onda olan məlumata görə Cavabdeh hal-hazırda işləyir və aylıq əmək haqqı yüksəkdir və əlavə olaraqda keçmiş hərbiçi kimi ehtiyyatdadır və yüksək məbləğdə hərbi pensiyası alır. Buna görə də hesab edir ki, uşaqlarımın yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi tutularaq ona ödənilməlidir. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdiklərini, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları Tərəflərin övladları, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 hal-hazırda anaları, mülki iş üzrə İddiaçı himayəsindədir. Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/9/2024-01519 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışına əsasən, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan aşkar edilir ki, İddiaçı hər hansı rəsmi iş yeri və ya gəlir mənbəsi yoxdur. Cavabdeh X2 isə metropolitendə elektrik çilingər vəzifəsində 400 manat əmək haqqı və 1232,78 manat pensiya alır. Rusiya Fededrasiyası adından Volqoqrad şəhəri Dzerjinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-188/2023 saylı qərarına əsasən, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi, alimentin tutulması tələbinə dair iddia ərizəsi təmin edilmişdir. xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzi tərəfindən 1273 saylı akt qeydi ilə İddiaçı Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmamış xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yaşayış yeri anaları İddiaçı ünvaanı: Volqoqrad şəhəri, Marşal Vasilevski adına küçəsi, ev 26, mənzil 4 ünvanı təyin edilməsi, 21 avqust 1985-ci il təvəllüdlü Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək hər ay xx.xx.2022-ci il tarixindən başlayaa 10.831 rubl sabit pul məbləğində aliment tutulması, 21 avqust 1985-ci il təvəllüdlü Cavabdeh İddiaçı xeyrinə 600 rubl məbləğində dövlət rüsumu xərcləri tutulması, 21 avqust 1985-ci il təvəllüdlü Cavabdeh İddiaçı xeyrinə qəhrəman şəhər Volqoqrad bələdiyyə təşkili şəhəein büdcəsinə 300 rubl məbləğində dövlət rüsumu xərcləri tutulması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Tərəflərin birgə uşaqlarının saxlanılması üçün alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi çıxarılan zaman məhkəmə haqlı olaraq uşaqların maraqlarını nəzərə almaqla, cavabdehdən tutulmalı olan alimenti sabit pul məbləğində müəyyən etmişdir. Lakin, hal-hazırda iddiaçı cavabdehin rəsmi iş yeri və gəliri olduğuna istinad edərək birgə uşaqların saxlanılması üçün alimentin cavabdehin qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh rəsmi əmək müqaviləsi əsasında işləməklə hər ay 400 manat məbləğində əmək haqqı alır. Bununla yanaşı cavabdeh 1232,78 manat məbləğində pensiya da alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimenti ödəyən tərəfin maddi imkanları ilə uşaqlara ödənilən alimentin miqdarının mütənasibliyinin və uşaqların maddi təminatının stabil olaraq ödənilməsinin təmin edilməsi məqsədi ilə uşaqların saxlanılması üçün tutulan alimentin cavabdehin əmək qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında tutulması məqsədəmüvafiqdir. Odur ki, iddia təmin edilərək, cavabdehdən Rusiya Fededrasiyası adından Volqoqrad şəhəri Dzerjinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-188/2023 saylı qərarına əsasən iddiaçının xeyrinə təyin edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, Rusiya Fededrasiyası adından Volqoqrad şəhəri Dzerjinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-188/2023 saylı qərarına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün sabit pul məbləğində aliment tutulduğuna görə hazırkı alimentin tutulma müddəti iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən deyil, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1539 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Rusiya Fededrasiyası adından Volqoqrad şəhəri Dzerjinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-188/2023 saylı qərarına əsasən təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanılmaqla hər ay Cavabdeh qazancı və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. 35,39 (otuz beş manat otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2248/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2248/2025
16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver