Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2318/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 2(011)-6812/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən xx.xx.2009cu il tarixdə anadan olmuş, X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment X3 tutularaq İddiaçı ödənilməlidir. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahından doğulmuş övladlarının saxlanması üçün müəyyən edilən alimenti çox çətinliklə, dava-dalaşla ödəməsinə baxmayaraq, əlavə heç bir maddi kömək göstərmir. Belə ki, hal-hazırda baş vermiş qiymət artımları, uşaqların böyüməsi, təhsil qayğıları və s səbəblərdən məhkəmə qətnaməsində qeyd olunmuş 260 manat aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaqların orta məktəbdə təhsil aldığını, eyni zamanda onların sağlamlığının qorunması üçün tez-tez tibbi xərclərinin, əlavə dərslərin keçirilməsi üçün kursların ödənişinin, gündəlik yeyinti, geyimin və s. kimi yaşayış məsrəfləri yetərincə artması hazırkı alimentlə böyümələrinə imkan vermir. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Digər tərəfdən cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Onların səhhəti, təhsili cavabdehi ümumiyyətlə maraqlandırmır. Hazırda iddiaçı uşaqları ilə birlikdə kirayədə qalır və aylıq kirayə haqqı xərci 400 manatdır. Kommunal xərcləri də bu rəqəmin üzərinə gəlsə 500-550 manat aylıq kirayə xərci vardır. İddiaçı göstərilənləri nəzərə alaraq, mediasiya təşkilatına müraciət etdiyi -2023-cü ilin fevral ayından hesablanmaqla yetkinlik yaşına çatmayan 19 mart 2009-cu il tarixdə anadan olmuş X5 və 11 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa aylıq 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və hazırkı iş üzrə ilkin mediasiya xərci olaraq 50 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 19 mart 2009-cu il təvəllüdlü X5 və 11 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər bir uşağa aylıq 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və hazırkı iş üzrə ilkin mediasiya xərci olaraq 50 manat xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, o, sürücü-inkassator vəzifəsində çalışdığı "xxxx" ASC-dəki əmək haqqı və digər icbari dövlət ödənişləri də daxil olmaqla 900 manat təşkil edir. Lakin vergilər və digər tutulmalar nəzərə alınarsa qazancı 800 manat təşkil edir. Həmçinin "xxxx" ASC-dən illik 14%-lə 36 aylıq pul krediti götürmüş və hər ay təxminən 103 manat həmin kreditin ödənilməsinə, 150 manat Qobu yolu deyilən ərazidə yaşadığı kirayə ev pulunu, 260 manat isə uşaqların aliment pulunu ödəyir. Bu məbləğləri hesablayanda göründüyü kimi gəlirindən 300 manatdan da az bir məbləğ 54 yaşında olan onun 1 ay ərzində həyatda qalmağı, özünü dolandırdığı məbləğdir. İddiaçı da tələb etdiyi kimi aliment məbləğinin artırılması halında isə onun 1 ay ərzində dolanışıq üçün özünə qalan pul vəsaitinin 107 manat olacaqdır. İnflyasiya dövründə və istehlak mallarının qiymətinin gündən-günə artdığı bir zamanda 107 manat vəsaitlə 54 yaşlı bir vətəndaşın yaşaya bilməsi mümkündür mü? Qeyd olunanlara əsasən İddiaçı aliment məbləğinin artırılmasına dair iddia tələbinin təmin edilməməsi və aliment məbləğinin olduğu kimi saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6812/2017 saylı 12 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və 11 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləği alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən 349 nömrəli 31 may 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən qohumu X1 məxsus ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində olan, 4 otaqlı, 146 saylı mənzilində ailə üzvləri X6, X7, X8 ilə birgə qeydiyyatsız yaşayır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli RB- 02/1155 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2018-ci il tarixindən "xxxx" ASC-də işləyir və hal-hazırda hesablaşmalar departamentinin nağd pul vəsaitlərinin daşınması şöbəsinin sürücü-inkassator vəzifəsində çalışır. Cavabdeh ilə bağlanılan əmək müqaviləsi üzrə aylıq əmək haqqı vergilər və digər icbari dövlət ödənişləri daxil olmaqla 900 manat (720 manat əsas + 180 manat əmək haqqına əlavə) təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. . «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alimentin artırılmasına etiraz etsə də, iddiaçının tələb etdiyi məbləğ uşaqların saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6812/2017 saylı 12 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və 11 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6812/2017 saylı 12 iyul 2017-ci il tarixli qətnaməsinə 19 mart 2009-cu il təvəllüdlü X4 və 11 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2318/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2318/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver