Məhkəmə qərarları › İş №2(011)-2319/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2319/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2319/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “delikt nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MTK-nın Cavabdeh qarşı “delikt nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ilə aralarında razılıq əldə edilərək 3M-222 reyestr nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalandığını və sözügedən sazişin notarial qaydada təsdiq edildiyini bildirmişdir. Sazişin müddəalarına əsasən tərəflər öhdəlik götürmüşlər ki, aralarında olan digər məhkəmələrin icraatındakı mülki və inzibati işlər üzrə iddia ərizələrinin geri götürülməsinə və işlər üzrə icraata xitam verilməsinə dair ərizələrlə məhkəməyə müraciət edəcəklər.İddiaçı MTK iddia ərizəsindən imtina etdiyini və mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Qeyd edilən Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə həmçinin iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MTK-nın Cavabdeh qarşı “delikt nəticəsində dəymiş maddi zərərin ödənilməsi” barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MTK tərəfindən xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: ********) özünə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar