Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-232/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçınin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə”, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilkin ödəniş 5000 manat, daha sonra 30 ay hər ay 500 manat ödəmək şərtilə almışdır. Bundan sonra iddiaçı ilə cavabdehin nümayəndəsi arasında danışıqlar davam etdirilmiş, o cavabdehə ilkin olaraq 3950 manat, xx.xx.2023-cü il tarixədək 1550 manat, xx.xx.2024-cü il tarixinədək isə ümumilikdə 11000 manat məbləğində pul vəsaiti vermişdir.
2. İddiaçı tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməsinə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, müqavilənin predmeti olan nəqliyyat vasitəsini iddiaçıya təhvil verdikdən sonra etibarnaməsini ləğv etmişdir. Bundan sonra həmin nəqliyyat vasitəsi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir.
3. Bundan başqa iddiaçı nəqliyyat vasitəsini idarə edən dövrdə həmin nəqliyyat vasitəsinə xərclər çəkmiş, eyni zamanda Umico Trendyolda sürücü vəzifəsində çalışmışdır. Hazırda o, cavabdehin hərəkətləri nəticəsində öz işini itirmişdir.
İlkin iddiaçının tələbi:
4. Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 11000 manat pulun, təkərin alınması üçün ödənilmiş 516 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixindən qətnamə qanuni qüvvəsini alanadək aylıq 1027 manat əməkhaqqının, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş iddia ərizəsinin tərtibi üçün 50 manat və pretenziyanın tərtibi üçün 30 manat, məhkəmə üçün 127,87 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin etirazı və qarşılıqlı iddia:
5. xx.xx.2024-cü il tarixində Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən ona qarşı verilmiş iddianın rədd edilməsi, ona məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 12680 manat məbləğində ziyan və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı öz izahatında bildirmişdir ki, əziyyətlə qazandığı pulları Cavabdeh ödəmişdir. Daha sonra ödəniş yekunlaşana yaxın maşını əlindən almış və ona 1000 manat ödəniş təklif etmişdir. Birinci gün 3950 manat pul ödəmişdir. Bununla bağlı səs yazısı və çek də vardır. 150 manat da notarius almışdır. Bundan sonra isə ondan 1500 manat da almış, nəticədə ondan ilk ay 5000 manat almışdır. Maşına 12000 ziyan vurulması absurddur. Maşının problemləri olmuş o isə bateryalarını dəyişmiş və s. xərclər çəkmişdir. 12000 manatlıq rəydə maşının bütün detallarının qiyməti qeyd edilmişdir. Kreditə əlavə pul götürərək maşına 4 ədəd təzə təkər almış, lakin bundan sonra maşını onun əlindən almışdırlar. Məhkəmədən ödədiyi bütün pulların Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmnə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçınin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, o, maşını 2024-cü ilin iyulunda Mürsəl adlı şəxsə “generalni” etibarnamə ilə satmışdır. Satıcı onun bacısıdır, digər alıcını tanımadığını bildirmişdir. İlkin alqı-satqı müqaviləsinin 2-ci bəndində ödənişin gecikdirildiyi halda müqavilənin satıcı tərəfindən pozulduğunu və ödənilmiş məbləğin geri qaytarılmadığını qeyd etmişdir. İddiaçı 1100 manat ödənişi gecikdirmişdir. Bu zaman o, İddiaçı maşını satmağı təklif etmiş, o razılaşmamışdır. Birinci ay 1500 manat ödəmişdir. Son 3 ayınaprel, may və iyun ayının ödənişini ödəməmişdir. O, maşını alan zaman maşın yararsız vəziyyətdə olmuşdur. Maşının detallarını dəyişdirmədən 5000 manata satmışdır. Dəymiş zərərin 1800 manat müəyyən edildiyi rəylə də razı olmadığını bildirmişdir. Ödənişləri hər ayın 1-i ödəməli idi. O, 5000 manatı almamışdır. Məhkəmədən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”-nə əsasən, tərəflər Cavabdeh məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli avtomobilə dair İddiaçı ilə hal-hazırda ilkin alqı-satqı gələcəkdə əsas alqı-satqı müqaviləsi bağlamaq şərtilə bağlamışdırlar. Tərəflər avomobilin satış qiymətini 16500 manat müəyyən etmişdirlər. Alıcı ilkin olaraq həmin məbləğin 500 manatını nağd şəkildə satıcıya ödəmişdir. Qalan 16000 manatı xx.xx.2023-cü il tarixdə 1500 manat ödəyəcək və 29 ay müddətinə hər ay aylıq 500 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. (2-ci bəndin 2-ci abzası: Aylıq ödəniş alıcı tərəfindən gecikdirilərsə və vaxtında ödənilməzsə o zaman alıcı məhkəmə qarşısında məsuliyyət daşıyır və müqavilə birtərəfli olaraq satıcı tərəfindən pozulur və ödənilmiş məbləğ geri qaytarılmır.)
9. İş materiallarına əlavə edilmiş pretenziya məktubuna əsasən (xx.xx.2024-cü il tarixli reyestrdan çıxarış), Cavabdeh üzərinə götürdüyü öhdəliyin icra olunmadığından, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 11000 manat məbləğində nağd pulun 5 gün ərzində özünə ödənilməsini təklif edilmişdir. Əks halda, tərəfindən qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə tədbirlərindən istifadə edilməsi üçün məhkəməyə müraciət olunacaqdır.
10. “Whatsapp” Sosial Şəbəkəsində “**********” nömrəli istifadəçi ilə aparılmış yazışmalara əsasən, 28 aprel 2023-cü il tarixində 3950 manat pulun verilməsi etiraf edilmişdir.
11. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş BT seriyalı, 009211 №-li arayışa əsasən, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanma səbəbi qaldırıldığından onun vətəndaş Məmmədhüseynov Yusifbəy tərəfindən mühafizə olunan duracaqdan götürülməsinə etiraz edilmədiyi bildirilmişdir.
12. xx.xx.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanma və qəbulu haqqında akt.
13. "xxxx" MMC tərəfindən verilmiş “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dair qiymətləndirmə aktına əsasən, nəqliyyat vasitəsinə dəymiş zərər 12680,14 manat məbləğindədir.
14. "xxxx" MMC tərəfindən verilmiş 26 may 2025-ci il tarixli, AE 05-235/25 saylı ekspert rəyinə əsasən, nəqliyyat vasitəsinə dəymiş maddi zərər 1842 manat məbləğindədir.
15. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh və X4 aşağıda göstərilən müqaviləni bağlamışdırlar: Satıcı özünə məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini satır, nəqliyyat vasitəsi 12800 manata satır və bu məbləği satıcı alıcıdan alıb.
16. xx.xx.2024-cü il tarixli mədaxil orderinə əsasən, İddiaçı tərəfindən Bakı Şəhəri 34 saylı Vəkil Bürosunun hesabına 30 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
17. xx.xx.2024-cü il tarixli mədaxil orderinə əsasən, İddiaçı tərəfindən Bakı Şəhəri 34 saylı Vəkil Bürosunun hesabına 50 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
18. xx.xx.2023-cü il tarixli, KFB000847 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavə.
19. xx.xx.2024-cü il tarixli, KFB001131 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavə.
20. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən hesabdan çıxarış.
21. Fotoşəkillər və ödəniş qəbzləri.
22. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: 420.1.3. təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; 420.1.4. təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti); 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeydşərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir.
27. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (§4)
28. Göründüyü kimi, mübahisə müqavilədən irəli gələn öhdəliklərlə əlaqədardır və məhkəmə ilk növbədə tərəflər arasında etibarlı müqavilə bağlanıb bağlanmadığını araşdıraraq hesab edir ki, tərəflər arasında bütövlükdə etibarlı müqavilə bağlanmışdır. Belə ki, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir. Mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada (dövlət yol polisi orqanında) bağlanması da nəzərdə tutulmuşdur.
29. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nömrəli avtomobilin ümumi dəyəri 16500 manat məbləğində müəyyən edilmişdir. (§8) İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və İddiaçı verdiyi etibarnaməni ləğv etmişdir. Belə ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh göstərilən müqavilə əsasında malın dəyərinin ödənilməsinə dair hüququndan istifadə etmiş, lakin həmin malın İddiaçı verilməsinə dair vəzifəsini yerinə yetirməmişdir.
30. Məhkəmə ilkin iddianın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsini araşdıraraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş pretenziya məktubuna əsasən (xx.xx.2024-cü il tarixli reyestrdan çıxarış), İddiaçı tərəfindən Cavabdeh 11000 manat məbləğində nağd pulun 5 gün ərzində özünə ödənilməsini təklif edilmiş, əks halda tərəfindən qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə tədbirlərindən istifadə edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. (§9) Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, (§25) tərəflər arasında bağlanmış müqavilədən imtina barədə iradə ifadəsinin ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh bildirilməsi ilə müqaviləyə xitam verilmişdir. Buna görə də məkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi hissəsində təmin edilməməlidir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixində 3950 manat pulun verilməsi etiraf edilmişdir. (§10) Həmçinin, iş materiallarına əlavə edilmiş qəbzlərdən də müəyyən olunur ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 6530 manat məbləğində pul vəsaiti köçürülmüşdür. (§21)
32. Cavabdeh nümayəndəsi, avtomobili başqa şəxsə dəyərindən qat-qat aşağı, 5000 manata verdiyini desə də, məhkəmə araşdırması zamanı avtomobilin xx.xx.2024-cü il tarixində 12800 manata başqa şəxsı satıldığı məlum olmuşdur. Beləliklə, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 10480 (6530+3950=10480) manat məbləğində pul vəsaiti ödənilmişdir.
33. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında öz izahatında ödənişin gecikdirildiyi halda ilkin alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, müqavilənin satıcı tərəfindən pozulduğunu və ödənilmiş məbləğin geri qaytarılmadığını qeyd etmişdir. Məhkəmə tərəfin istinad etdiyi müqavilənin bəndinə münasibətdə qeyd edir ki, həmin bənd mülki qanunvericiliyin 419-cu və 420-ci maddələrinə əsasən, etibarsız hesab edilməlidir. (§23) Belə ki, müqavilə üzrə satıcı tərəfin nümayəndəsi avtomobil alqı-satqısı ilə məşğul olduqlarını, ailəsini bununla dolandırdığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, müqavilənin 2-ci maddəsinin ikinci abzası müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidir bu səbəbədən etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Eyni zamanda, MMin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Göründüyü kimi, bu zaman satıcının daşınar əşyanı geri qaytarmaqla yanaşı ödənilmiş məbləğin geri qaytarılmamamsından bəhs edilmir.
34. İlkin iddia tələbi üzrə iddiaçının digər bir tələbi isə təkərin alınması üçün ödənilmiş 516 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixindən qətnamə qanuni qüvvəsini alanadək aylıq 1027 manat əməkhaqqının ilkin iddia tələbi üzrə cavabdehdən tutularaq ona qaytarılması olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (§24) Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məhkəməyə iddia tələbinin həmin hissəsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
35. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixində Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən ona qarşı verilmiş iddianın rədd edilməsi, ona məxsus “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 12680 manat məbləğində ziyan və dövlət rüsumu kimi ödənilmiş 128 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (§5) Məhkəmə mülki iş üzrə qarşılıqı iddia ərizəsini, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
36. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, tərəflər öhdəliklərini tam icra etməmişdir. (§9) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
37. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqısı müqaviləsinin predmeti olan “Toyota Prius” minik markalı, **- KC-*** dövlət qeydiyyat nömrəli avtomobilə İddiaçı mülkiyyətində olduğu müddət ərzində 1842 manat məbləğində zərər dəymişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 26 may 2025-ci il tarixli, AE 05-235/25 saylı ekspert rəyinə əsasən, nəqliyyat vasitəsinə dəymiş maddi zərər 1842 manat məbləğindədir. (§14)
38. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 10480 manat pul məbləği tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 1842 manat məbləğində pul məbləği tutularaq ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. İlkin iddia ərizəsinin verilməsinə görə iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,44 manat Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı xeyrinə ödənilməlidir.
41. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq azldılaraq 38,42 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır.
42. Hüquqi yardım göstərilməsi üçün ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən 34 Saylı Vəkil Bürosuna 80 manat məbləğində pul vəsaiti ödənildiyindən, ödənilmiş 80 manat məbləğində pul vəsaiti ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ödənilməlidir.
43. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İlkin iddia qismən təmin edilsin.
2. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 10480 (on min dörd yüz səksən) manat pul məbləği tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı xeyrinə ödənilsin.
3. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121,44 (yüz iyirmi bir manat qırx dörd qəpik) manat məbləğində pul ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı xeyrinə ödənilsin.
4. Hüquqi yardım üçün ödənilmiş 80 (səksən) manat məbləğində pul vəsaiti ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı xeyrinə ödənilsin.
5. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin.
6. Qarşılıqlı iddia qismən təmin edilsin.
7. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı 1842 (min səkkiz yüz qırx iki) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin.
8. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,42 (otuz səkkiz manat qırx iki qəpik) manat məbləğində pul ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilsin.
9. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin.
10. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova