Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2329/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Ədil oğlunun cavabdeh LPO İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi X1 Cavabdeh Ədil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il tarixli 162-12/Q saylı kredit müqaviləsi üzrə 985,67 manat əsas borc, 429,69 manat faiz borcu olmaqla cəmi 1415,36 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 583 əyar, çəkisi 437,26 qr və 750 əyyar, çəkisi 28,2 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2012-ci il tarixli 201-12/Q saylı kredit müqaviləsi üzrə 1868,83 manat əsas borc, 815,10 manat faiz borcu, olmaqla cəmi 2683,93 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyyar, çəkisi 195 qr olan və 583 əyyar, çəkisi 675,2 qr olan qızıl-zinət əşyaları yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2012-ci il tarixli 216-12/Q saylı kredit müqaviləsi üzrə 5113,92 manat əsas borc, 2422,65 manat faiz borcu, olmaqla cəmi 7536,57 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyyar, çəkisi 147,80 qr olan və 583-585 əyyar, çəkisi 1096,44 qr olan qızıl-zinət əşyaları yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2012-ci il tarixli 217-12/Q saylı kredit müqaviləsi üzrə 2951,42 manat əsas borc, 231,60 manat faiz borcu, 81,98 manat cərimə borcu olmaqla, cəmi 3265 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyyar, çəkisi 98,20 qr olan və 583-585 əyyar, çəkisi 658,90 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2012-ci il tarixli 224-12/Q saylı kredit müqaviləsi üzrə 4314,76 manat əsas borc, 2044,45 manat faiz borcu olmaqla cəmi 6359,21 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyyar, çəkisi 99 qr və 583-585 əyyar, çəkisi 611 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2012-ci il tarixli 237-12/Q saylı kredit müqaviləsi üzrə 8503,95 manat əsas borc, 3810,01 manat faiz borcu, 218,51 manat cərimə borcu olmaqla cəmi 12532,47 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyyar, çəkisi 150,40 qr olan və 583-585 əyyar, çəkisi 1204,40 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2012-ci il tarixli 285-12/Q saylı kredit müqaviləsi üzrə 6242,61 manat əsas borc, 3622,43 manat faiz borcu olmaqla, cəmi 9865,04 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyyar, çəkisi 117,5 qr və 583-585 əyyar, çəkisi 629,5 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi; xx.xx.2013-cü il tarixli 18-13/Q saylı kredit müqaviləsi üzrə 6862,13 manat əsas borc, 3759,13 manat faiz borcu olmaqla cəmi 10621,26 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın girov qoyulmuş 750 əyar, çəkisi 100,3 qr və 583-585 əyyar, çəkisi 548 qr olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ədil oğlu qarşılıqlı iddia üzrə cavabdeh ləğv prosesində olan İddiaçı ASCyə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli, 18-13/Q saylı, xx.xx.2012ci il tarixli, 217-12/Q saylı, xx.xx.2012-ci il tarixli, 285-12/Q saylı, xx.xx.2012-ci il tarixli, 224-12/Q saylı, xx.xx.2012-ci il tarixli, 237-12/Q saylı, xx.xx.2012-ci il tarixli, 201-12/Q saylı, xx.xx.2012-ci il tarixli, 162-12/Q saylı, xx.xx.2012-ci il tarixli, 216-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş- 936,4 qr 750 əyar, 5857,7 qr 583-585 əyar qızıl-zinət əşyalarının və ya dəyəri hesablanaraq ilk iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-53/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Ədil oğlunun cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15308/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 51/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh Ədil oğlunun şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-53/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh Ədil oğlunun ləğv prosesində olan İddiaçı ASCyə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-53/2019 saylı qərardadı ilə 2(011)-53/2019 saylı mülki işdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Ədil oğlunun ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbi ayrıca icraata ayrılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Ədil oğlunun cavabdeh LPO İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması” barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2329/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2329/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver