Məhkəmə qərarları › İş №2(011)-233/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-233/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-233/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “Yelo Bank" ASC arasında bağlanmış 11 avqust 2008-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi və 11 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 5944 ABŞ Dolları əsas borc, 1628.89 ABŞ Dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2011-ci İl tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 365.8 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7938.69 ABŞ Dolları borcun və 128.62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Büstəm oğlundan alınaraq "Yelo Bank” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə və iddia tələbinə etiraz ərizəsi təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış E 217/03/08 (A) saylı, 08 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh Rüstə oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5.944,00 (beş min doqquz yüz qırx dörd) ABŞ dolları əsas borc, 1.628,89 (bir min altı yüz iyirmi səkkiz min ABŞ dolları, 89 sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə 11 avqust 2011-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 365,80 (üç yüz altmış beş ABŞ dolları, 80 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7.938,69 (yeddi min doqquz yüz otuz səkkiz ABŞ dolları, 69 sent) ABŞ dolları borcun və 128,62 (bir yüz iyirmi səkkiz manat, 62 qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması tələbləri” üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh 11 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 15300 ABŞ Dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 09 sentyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 11 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 5944 ABŞ Dolları əsas borc, 1628.89 ABŞ Dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 365.8 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7938.69 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 11 avqust 2008-cı tl tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələn ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsının gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Buna görə də, bank iddia tələbində göstərilmiş məbləği tələb etməkdə haqlı olmuşdur. O, həmçinin iddia müddətinin tətbiqinə münasibət bildirərək qeyd etdi ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və Borcalanın Bank qarşısında bu müqavilə nəzərdə tutulan öhdəliklərini tam yerinə yetirməsinədək qüvvədə qalır, cavabdeh isə öhdəliyini yerinə yetirmədiyinə görə hazırkı işə iddia müddəti tətbiq edilməməlidir. Sonda iddiaçının nümayəndəsi X4 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan E 217/03/08(A) saylı 08 Avqust 2008 ci il tarixli Kredit müqaviləsindən görünür ki, “Nikoil” X2 3 saylı filialı Cavabdeh 15300 (on beş min üç yüz ) ABŞ dolları məbləğində krediti illik 25% (İyirmi beş faiz) hesablanmaqla 36 (otuz altı) ay müddətinə vermişdir. İş materiallarında olan Müqaviləyə Əlavədən (Ödəniş cədvəli) görünür ki, Cavabdeh kredit məbləği 15300 ABŞ dolları, müddət 36 ay, faiz 25, ödəniş tarixi xx.xx.2008xx.xx.2011-ci ildir. İş materiallarında olan 09.09.022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 5944 ABŞ dolları, faiz borc 1628,89 ABŞ dolları, əldən çıxmış fayda 365,8 ABŞ dolları olmaqla, ümumi borc cəmi 7938,69 ABŞ dolları, kreditin bitmə tarixi xx.xx.2011-ci il, kreditin bitmə tarixinə əsas borc üzrə qalıq məbləği 10944 ABŞ dollarıdır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin tərəfindən NCavabdeh xx.xx.2022-ci il tarixdə Xəbərdarlıq məktubu göndərilərək, ondan kredit müqaviləsi üzrə borcun 5 gün ərzində tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür kiİddiaçı ASC tərəfindən 128,62 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1782 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh borcu xx.xx.2011-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 13196,50 manat, faiz borcu üzrə 7954,56 manat; xx.xx.2022-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 6977,09 manat, faiz borcu üzrə 12550,70 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1782 saylı Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 100 (yüz) amant təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, kreditin müddəti 36 aydır (xx.xx.2008 - xx.xx.2011), müqaviləyə əsasən Cavabdeh kredit öhdəliyi 15300 ABŞ dolları əsas, 1628.89 ABŞ dolları faiz borcu təşkil etmişdir, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir, cavabdehin hazırda iddiaçıya olan əsas borcu xx.xx.2011-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 13196,50 manat, faiz borcu üzrə 7954,56 manat; xx.xx.2022-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 6977,09 manat, faiz borcu üzrə 12550,70 manat təşkil edir, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün son tarix xx.xx.2014-cü ildir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2008-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2011-cu il tarixə qədər müəyyən olunmuş, üç illik müddətin axımı xx.xx.2011-cu il tarixdə başlayaraq xx.xx.2014-cü il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi üzrlü səbəblər olmadan, iddia müddəti başa çatandan sonra, elektron formada xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh ilə “Yelo Bank" ASC arasında bağlanmış 11 avqust 2008-ci il tarixli kredit müqaviləsini ləğv edilməsi və 11 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 5944 ABŞ Dolları əsas borc, 1628.89 ABŞ Dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2011-ci İl tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 365.8 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7938.69 ABŞ Dolları borcun və 128.62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Büstəm oğlundan alınaraq "Yelo Bank” ASC-yə verilməsinə” dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı ASC-dən məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar