Məhkəmə qərarları › İş №2(011)-2333/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2333/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2333/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “cavabdehə məxsus olan mənzildən ona məxsus olan mənzilə axıdılmış suyun qarşısının alınmasının cavabdehin öz hesabına aradan qaldırılması və mənzilə vurulmuş maddi ziyanın əvəzi olaraq pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı “cavabdehə məxsus olan mənzildən ona məxsus olan mənzilə axıdılmış suyun qarşısının alınmasının cavabdehin öz hesabına aradan qaldırılması və mənzilə vurulmuş maddi ziyanın əvəzi olaraq pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 1, 52 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Binanın komendantı X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, ünvan 1, 53 nömrəli mənzil cavabdeh X4 məxsusdur. Binanın komendantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan da görünür ki, X4 məxsus 53 saylı mənzilin arasındakı divarın 52 saylı mənzil tərəfinə olan üz hissəsi divar kağızı, su sızıntısı nəticəsində aşağı pola yaxın hissəsi nəmlənmişdir. Nəmlənmənin 53 saylı mənzilə aid olan tərəfində 52 saylı mənzilə aid hamam otağı yerləşir. Nəticədə 52 saylı mənzilin qonaq otağının iki qonşu arasındakı divarının divar kağızları döşəməyə yaxın hissədə nəmlikdən qopmuşdur. İddiaçı 15 aprel 2021-ci il tarixdə mənzilin qonaq otağını təmir etdirmişdir. Təmirdən sonra divarda yenə nəmlənmə əmələ gəlmişdir. Mənzilin sanitar qovşaqları ilə bağlı çəkilən xətlər hamısı təmir zamanı polun alt hissəsi ilə aparıldığından həmin boruları müşahidə etmək mümkün deyildir. Nəmliyin haradan və necə əmələ gəlməsi mütəxəssislər tərəfindən müəyyən oluna bilər. Tərtib edilmiş aktdan göründüyü kimi iddiaçıya məxsus mənzilə axıdılan su cavabehə məxsus 53 saylı mənzildən axıdılmışdır. Axıntı zamanı ona məxsus mənzilin divarları nəm olmuş və nəticədə divar kağızları qoparaq mənzilin divarı yararsız hala düşmüşdür. İddia ərizəsinə əlavə etdiyi foto şəkillərdən də görünür ki, su axıntısı zamanı mənzilin divarlarına çox ciddi ziyan vurulmuş və nəticədə divar və divara vurulmuş kağızlar tamamilə yarasız hala düşmüşdür. Bu axıntı uzun müddətdir ki, davam edir. Bir dəfə axıntı zamanı mənzilin divarlarına və divar kağızlarına vurulmuş ziyanı iddiaçı öz şəxsi vəsaiti hesabına 600 manat xərc çəkərək təmir etmişdir. Mənzilin təmir edilməsinə baxmayaraq cavabdeh tərəfindən axıntının qarşısı alınmadığı üçün yenidən mənzilə su axıdılmış və nəticədə təmir etdiyi divarlar və divar kağızları yenidən yararsız hala düşmüşdür. Cavabdehə axıntının qarşısının alınması üçün dələlərlə etdiyi müraciətlər onun tərəfindən həll edilməmiş və həll edilməsindən qərəzli olaraq yayınmışdır. Bu səbəbdən iddiaçı hesab edir ki, ona məxsus 52 saylı mənzilə cavabdehə məxsus 53 saylı mənzildən axıdılan su cavabdehin öz şəxsi vəsaiti hesabına aradan qaldırılması və iddiaçının mənzilinə vurulmuş maddi ziyanın əvəzi olaraq 600 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh X4 məxsus Bakı şəhəri, ünvan 1, 52 nömrəli mənzilə axıdılan suyun cavabdehin öz şəxsi vəsaiti hesabına aradan qaldırılması və onun mənzilinə vurulmuş maddi ziyanın əvəzi olaraq 600 manat pulun, məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdeh X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.1 kv.m olan 52 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 aprel 2014-cü il tarixdə 2110 nömrəli reyestr kitabının 195228 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhəmməd Hadi küçəsi, ev 80 saylı binaya xidmət göstərən fiziki şəxs X6, nümayəndə X10 və M.Hadi küçəsi, 80 saylı evin “B” girişində yerləşən 52 saylı mənzilin sahibi X7 tərəfindən tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli aktdan müəyyən edilir ki, 52 saylı mənzil ilə qonşu olan X4 məxsus 53 saylı mənzilin arasındakı divarın 52 saylı mənzil tərəfinə olan üz hissəsi (divar kağızı) su sızıntısı nəticəsində aşağı pola yaxın hissəsi nəmlənmişdir. Nəmlənmənin 53 saylı mənzilə aid olan tərəfində 52 saylı mənzilə aid hamam otağı yerləşir. Nəticədə 52 saylı mənzilin qonaq otağının iki qonşu arasındakı divarının divar kağızları döşəməyə yaxın hissədə nəmlikdən qopmuşdur. X7 15 aprel 2021-ci il tarixdə mənzilin qonaq otağını təmir etdirmişdir. Təmirdən sonra divarda yenə nəmlənmə əmələ gəlmişdir. Hər iki mənzildə soyuq və isti su xətləri, kombiyə gedən və kombidən otaqlara, mətbəxə və sanitar qovşaqlarına çəkilən xətlər, eyni zamanda kanalizasiya xətləri hamısı mənzil sahibləri tərəfindən təmir zamanı polun altı ilə aparılmışdır. Göz ilə müşahidə aparmaq mümkün deyildir. Nəmliyin haradan və necə əmələ gəlməsini sığorta idarəsinin ekspertləri və ya mənzil sahiblərinin dəvət etdiyi mütəxəssislər təyin edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1923 nömrəli 25 iyul 2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 52 saylı mənzilin yaşayış otağı tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, Bakı Xətai rayonu, Əhmədli y/sahəsi, M.Hadi küçəsi, ev 80, korpus 6, giriş В ünv yerləşən 52 saylı mənzilinə su axıdıldığı, nəticədə 52 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 53 saylı mənzilin sanitar-qovşağı tikilisinin təmirli olduğundan kanalizasiya xətlərinin gözlə görünən hissələrində qüsurlar olmadığından, 52 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsində inşa edilmiş 1B saylı binar blokunda yerləşən 122 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların qaldırılması üçün yerinə yetiriləcək təmir ələrinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 757,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Beləliklə, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/1923 nömrəli 25 iyul 2024-cü il tarixli rəyi ilə təsdiq edilmişdir ki, Bakı Xətai rayonu, Əhmədli y/sahəsi, M.Hadi küçəsi, ev 80, korpus 6, giriş В ünv yerləşən 52 saylı mənzilinə su axıdılmış, nəticədə 52 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulmuşdur. Qeyd olunur ki, 53 saylı mənzilin sanitar-qovşağı tikilisinin təmirli olduğundan kanalizasiya xətlərinin gözlə görünən hissələrində qüsurlar olmadığından, 52 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində inşa edilmiş 1B saylı binar blokunda yerləşən 122 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 757,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X2 600 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməli, həmçinin iddia tələbi X8 tərəfindən mənzilə axıdılmış suyun qarşısının alınmasının cavabdehin öz hesabına aradan qaldırılması öhdəliyinin X3 üzərinə qoyulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatdan ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh X4 qarşı “cavabdehə məxsus olan mənzildən ona məxsus olan mənzilə axıdılmış suyun qarşısının alınmasının cavabdehin öz hesabına aradan qaldırılması və mənzilə vurulmuş maddi ziyanın əvəzi olaraq pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X8 tərəfindən iddiaçının mənzilinə axıdılmış suyun qarşısının alınmasının cavabdehin öz hesabına aradan qaldırılması öhdəliyi X3 üzərinə qoyulsun. Cavabdeh X2 600 manat məbləğində dəymiş maddi zərər tutularaq, İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X2 tutularaq, dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1 Kod:210005VÖEN ********** m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar