Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2337/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızılzinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2012-ci il tarixli 259-12/Q saylı, 22 avqust 2012-ci il tarixli 240-12/Q saylı, 01 avqust 2012-ci il tarixli 221-12/Q saylı, 10 iyul 2012-ci il tarixli 230-12/Q saylı, 08 iyun 2012-ci il tarixli 155-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş- 661,7 qr. 750 əyyar və 3136,73 qr. 583-585 əyyar qızıl-zinət əşyalarının və ya dəyərinin hesablanaraq ləğv prosesində olan İddiaçı ASC-dən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 noyabr 2012-ci il tarixli, 259-12/Q saylı kredit müqaviləsi üzrə - 3208,67 manat əsas, 1399,39 manat faiz olmaqla cəmi - 4608,06 manat, 22 avqust 2012-cü il tarixli, 240-12/Q saylı kredit müqaviləsi üzrə - 6781,41 manat əsas, 3329,01 manat faiz olmaqla cəmi- 10110,42 manat, 01 avqust 2012-ci il tarixli, 221- 12/Q saylı kredit müqaviləsi üzrə - 4067,78 manat əsas, 1927,12 manat faiz olmaqla cəmi - 5994,90 manat, 10 iyul 2012-ci il tarixli, 230-12/Q saylı kredit müqaviləsi üzrə - 1867,92 manat əsas, 885,60 manat faiz olmaqla cəmi - 2753,52 manat, 08 iyun 2012-ci il tarixli, 155-12/Q saylı kredit müqaviləsi üzrə - 663,05 manat əsas, 289,16 manat faiz olmaqla cəmi- 952,21 manat və 5 müqavilə üzrə ümumilikdə isə - 16588,83 manat əsas, 7830,28 manat faiz olmaqla cəmi - 24419,11 manat pul vəsaitinin Cavabdeh tutulmasını və cavabdeh tərəfindən 5 müqavilə üzrə girov qoyulmuş - 661,7 qr 750 əyyar və 3136,73 qr 583-585 əyyar qızıl-zinət əşyalarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə araşdırılması zamanı ekspertiza təyin edilmiş və müəyyən olunmuşdur ki, guya Bankda yalnız - ekspertizaya təqdim edilmiş -133,16 qr qızıl var. Digər qızıllar isə aşkar edilməmişdir. Halbuki, iddia qaldırılan zaman da borcun 5 müqavilə üzrə girov qoyulmuş 661,7 qr 750 əyyar və 3136,73 qr 583-585 əyyar qızıl-zinət əşyalarının Bankda olmasının etirafı olaraq həmin girovlara yönəldilməsi Bank tərəfindən xahiş olunmuşdur. Eyni zamanda Bank tərəfindən götürüldüyü iddia edilən qızıl-zinət əşyaları Ekspertizaya Bank tərəfindən təqdim edilmişdir. Bütün sadalanan hallar təsdiq edir ki, girov qoyulmuş qızıl-zinət əşyalarının hamısı bankdadır. Lakin Bank tərəfindən həmin girov predmetlərinin bankda olması Bankın nümayəndələri tərəfindən təkzib edilir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddəti ötürüldüyündən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının geri qaytarılması tələbi” barədə iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 nömrəli 04.10.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı 11.07.2012-ci il tarixli 230-12 saylı kredit müqaviləsi; 08.06.2012-ci il tarixli 155-12 saylı kredit müqaviləsi; 05.11.2012-ci il tarixli 259-12 saylı kredit müqaviləsi; 22.08.2012-ci il tarixli 240-12 saylı kredit müqaviləsi; 01.08.2012-ci il tarixli 221-12 saylı kredit müqaviləsi üzrə “yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 nömrəli 30.09.2019-cu il tarixli qərardadına əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv etmə prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4381/2021 nömrəli 22.04.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2337/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadı ləğv olunmuş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının ona geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi üçün mülki iş Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2020 nömrəli 30.01.2020-ci il tarixli qərardadına əsasən ilkin iddia tələbi üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” qarşılıqlı iddiası üzrə 2(011)-49/2019 saylı mülki işdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması” tələbi ayrıca icraata ayrılmışdır. İş materiallarından müəyyən edilmişdir ki: - ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2012-ci il tarixli, 240-12/Q saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 25% olmaqla 22 300 manat məbləğində kredit verilmişdir. Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22.08.2012-ci il tarixli, 240-12/Q saylı girov müqaviləsinə əsasən, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 27 865.55 azn qiymətləndirilmiş qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir. İddiaçı ASC-nin “Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair 22.08.2012-ci il tarixli 44 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 112.70 qr olan və 583-585 əyyar, çəkisi 1037.10 qr olan qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 27.865,55 AZN qiymətləndirilmişdir. - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.11.2012-ci il tarixli, 259-12/Q saylı kredit müqaviləsindən məlum olur ki, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 12 050 manat məbləğində kredit verilmişdir. Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.11.2012-ci il tarixli, 259-12/Q saylı girov müqaviləsindən məlum olur ki, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 10.222 azn qiymətləndirilmiş qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir. İddiaçı ASC-nin “Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair 05.11.2012-ci il tarixli 54 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 126 qr olan və 583 əyyar, çəkisi 406.09 qr olan olan qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 10.222 AZN qiymətləndirilmişdir. - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2012-ci il tarixli, 221-12/Q saylı kredit müqaviləsindən məlum olur ki, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 19.200 manat məbləğində kredit verilmişdir. Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.08.2012-ci il tarixli, 221-12/Q saylı girov müqaviləsindən məlum olur ki, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 23 982.84 azn qiymətləndirilmiş qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir. İddiaçı ASC-nin “Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair 01.08.2012-ci il tarixli 48 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 175.8 qr olan və 583-585 əyyar, çəkisi 788.64 qr olan olan qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoyulmuşdur və qızıl-zinət əşyaları 23982,84 azn qiymətləndirilmişdir. - Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2012-ci il tarixli, 230-12/Q saylı kredit müqaviləsindən məlum olur ki, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 13 300 manat məbləğində kredit verilmişdir. Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2012-ci il tarixli, 230-12/Q saylı girov müqaviləsindən məlum olur ki, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 16 707 azn qiymətləndirilmiş qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir. İddiaçı ASC-nin “Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair 10.07.2012-ci il tarixli 40 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 168.60 qr olan və 583 əyyar, çəkisi 488.60 qr olan olan qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 16.707 azn qiymətləndirilmişdir. - Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.06.2012-ci il tarixli, 155-12/Q saylı kredit müqaviləsindən məlum olur ki, cavabdehə 18 ay müddətinə, illik 25 % olmaqla 7600 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2012-ci il tarixli, 155-12/Q saylı girov müqaviləsindən məlum olur ki, verilmiş kreditin təminatı olaraq Cavabdeh dəyəri 9 468 azn qiymətləndirilmiş qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoymuş və Bankın saxlancına verilmişdir. İddiaçı ASC-nin “Nəsimi” filialına girov qoyulan qiymətli əşyaların qiymətləndirilməsinə dair 08.06.2012-ci il tarixli 32 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən 750 əyyar, çəkisi 19.5 qr olan və 583 əyyar, çəkisi 386.2 qr olan olan qızıl zinət əşyaları İddiaçı ASC-yə girov qoyulmuşdur və qızıl zinət əşyaları 9 468 azn qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 oktyabr 2017-ci il tarixli, 22445 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)- 6503/2017 nömrəli mülki işin 16-17-ci vərəqə-lərində olan İddiaçı ASC ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixli, 240-12/Q saylı, i/v 46- 47-də olan 05 noyabr 2012-ci il tarixli, 259-12/Q saylı, i/v 70-71-də olan 01 avqust 2012-ci il tarixli, 221-12/Q saylı, i/v 106-108-də olan 10 iyul 2012-ci il tarixli, 230-12/Q saylı, i/v 137-də olan 08 iyun 2012-ci il tarixli, 155-12/Q saylı ipoteka müqavilələrinə 1 saylı əlavələrdə “Müştəri təhvil aldı” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 dekabr 2017-ci il tarixli, 29410/29422 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, tədqiqata təqdim edilmiş 20 adda zərgərlik məmulatlarının, 2017-ci ilin dekabr ayına, respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti 9547,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 mart 2019-cu il tarixli, 10958 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC-ə 22 avqust 2012-ci il tarixli, 240-12/Q saylı, 05 noyabr 2012-ci il tarixli, 259-12Q saylı, 10 iyul 2012-ci il tarixli, 230- 12/Q, 01 avqust 2012-ci il tarixli, 221- 12/Q saylı, 08 iyun 2012-ci il tarixli, 155-12/Q saylı kredit müqavilələri üzrə onun banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyul 2018-ci il tarixli, 13105 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, mülki işin 16-17-ci vərəqələrində olan İddiaçı ASC-si ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixli 240-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2-ci, 3-cü, 5-ci, 7-ci, 10-cu, 14-cü, 17-ci, 19-cu, 21-ci, 24-cü, 30-cu, 31-ci, 32-ci, 33-cü, 36-cı, 40-cı, 41-ci, 43-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 46-47-ci vərəqələrində olan 05 noyabr 2012-ci il tarixli 259-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu, 11-ci, 13-cü, 14- cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 23-cü, 24-cü, 25-ci, 26-cı sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 70-71-ci vərəqələrində olan 01 avqust 2012-ci il tarixli 221-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2-ci, 4-cü, 6-cı, 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 16-cı, 17-ci, 18-ci, 19-cu, 22-ci, 23-cü, 25-ci, 26-cı, 27-ci, 28-ci, 30-cu, 33-cü, 34-cü, 35- ci. 36-cı. 38-ci, 39-cu, 41-ci, 42-ci, 43-cü, 44-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 106-108-ci vərəqlərində olan 10 iyul 2012-ci il tarixli 230-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 6-ci, 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 21-ci, 22-ci, 23-cü, 24-cü, 26-cı, 27-ci, 29-cu, 30-cu, 31-ci, 34-cü, 38-ci, 39-cu, 40- cı sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 137-ci vərəqəsində olan 08 iyun 2012-ci il tarixli 155-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 3-cü, 4-cü, 6-cı, 11 -ci, 14-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. -Ekspertizaya təqdim edilmiş, mülki işin 16-17-ci vərəqələrində olan İddiaçı ASC-si ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixli 240-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 4-cü, 6-cı, 8-ci, 9-cu, 11 -ci, 12-ci, 13-cü, 15-ci, 18-ci, 20-ci, 22-ci, 23-cü, 25-ci, 27-ci, 29-cu, 34-cü, 35-ci, 37-ci, 38-ci, 39-cu, 42- ci, 44-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 46-47-ci vərəqələrində olan 05 noyabr 2012-ci il tarixli 259-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 7-ci, 10-cu, 12-ci, 22-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 70-71ci vərəqələrində olan 01 avqust 2012-ci il tarixli 221-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 3-cü, 5-cı, 7-ci, 9-cu, 15-cı, 21-ci, 24-cü, 29-cu, 31 -ci, 32-ci, 37-ci, 40-cı sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 106-108-ci vərəqələrində olan 10 iyul 2012-ci il tarixli 230-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 2-ci, 3-cü, 4-cü, 5-ci, 7-ci, 9-cu, 14-cü, 19-cu, 20-ci, 25-ci, 28-ci, 30-cu, 32-ci, 33-cü, 35-ci, 36-cı, 37-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 137-ci vərəqəsində olan 08 iyun 2012-ci il tarixli 155-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 2-ci, 5-ci, 7-9-cu, 12-ci, 13-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; -mülki işin 16-17-ci vərəqələrində olan İddiaçı ASC-si ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixli 240-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3cü, 5-ci, 9-cu, 19-cu, 26-cı, 28-ci, 31 -ci, 33-cü,36-cı,40-cı,43-cü sıralardan başqa); 46-47ci vərəqələrində olan 05 noyabr 2012-ci il tarixli 259-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3-cü, 6-cı, 13-cü, 16-cı, 18-ci, 24-cü, 26-cı sıralardan başqa); 70-71-ci vərəqələrində olan 01 avqust 2012-ci il tarixli 221-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (2-ci, 3-cü, 4-cü, 9-cu, 14-cü, 15-ci, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci, 24-cü, 25-ci, 26-cı, 29-cu, 30-cu, 31-43-cü sıralardan başqa); 106-108-ci vərəqələrində olan 10 iyul 2012-ci il tarixli 230-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (6-cı, 10- cu, 11 -ci, 15-ci, 17-ci, 21-ci, 24-cü, 26-cı,38-40-cı sıralardan başqa) 137-ci vərəqəsində olan 08 iyun 2012-ci il tarixli 155-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3-cü sıradan başqa)- Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 iyul 2018-ci il tarixli, 12790 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, AKT № 44 sənədində: - 1, 4, 6-8, 11-18, 20-25, 27, 29,30,34,35,37-39,41,42 və 44-cü sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur. -2, 10 və 32-ci sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə fərqli diyircəkli qələmlə icra olunmuşdur; həmin sənəddə 3, 5, 9, 19, 26, 28, 31, 33, 36, 40 və 43-cü sətirlər üzrə “müştəri təhvil aldı” qrafasında tarix icra olunmamışdır. AKT № 54 sənədində: 2, 7, 10, 12, 14, 15, 20, 22, 23 və 25-ci sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə eynidiyircəkli qələmlə icra olunmuşdur; 1, 4, 5, 8, 9, 11, 17, 19 və 21-cı sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə fərqlidiyircəkli qələmlə icra olunmuşdur; həmin sənəddə 3, 6,13, 16, 18, 24 və 26-cı sətirlər üzrə “müştəri təhvil aldı” qrafasında tarix icra olunmamışdır. AKT № 48 sənədində: 6-8, 11-14, 23 və 44-cü sətirlərinhər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur; 1, 5, 10, 16, 27 və 28-ci sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə fərqlidiyircəkli qələmlə icra olunmuşdur. həmin sənəddə 2, 3, 4, 9, 14,15, 17-19, 21, 22, 24-26, 29-43-cü sətirlər üzrə “müştəri təhvil aldı” qrafasında tarix, 20ci sətir üzrə imza və tarix icra olunmamışdır. AKT № 40 sənədində: 2-5, 14, 16, 18-20, 22, 23, 28, 30, 32-37-ci sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur; 1, 8, 12, 13, 25, 27 və 29-cu sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə fərqli diyircəkli qələmlə icra olunmuşdur; həmin sənəddə 6, 10, 11, 15, 17, 21, 24, 26, 38-41-ci sətirlər üzrə “müştəri təhvil aldı” qrafasında tarix icra olunmamışdır. AKT № 32 sənədində: 1, 2, 5-10, 11-14-cü sətirlərin hər biri üzrə “müştəri təhvil aldı” qrafasında imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur; 4-cü sətir üzrə “müştəri təhvil aldı” qrafasında olan imza və tarix (gün/ay/il) kimyəvi tərkibinə görə fərqli diyircəkli qələmlə icra olunmuşdur; həmin sənəddə 3-cü sətir üzrə “müştəri təhvil aldı” qrafasında tarix, 10-cu sətir üzrə imza icra olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 avqust 2018-ci il tarixli, 12166/14167 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, 01.08.2012-ci il tarixli 221-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 13,66 qram kütləli 1 ədəd boyunbağı 750 əyarlı qızıldan, 4,07 qram kütləli 1 ədəd qolbaq 583/585 əyarlı qızıldan hazırlanmışdır; -10.07.2012-ci il tarixli 230-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 1 ədəd boyunbağı və 5 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların ümumi kütləsi 37,93 qramdır; - 22.08.2012-ci il tarixli 240-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 12,65 qram kütləli 1 ədəd üzük 750 əyarlı qızıldan və 3,74 və 3,78 qram kütləli 2 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır; -05.11.2012-ci il tarixli 259-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş məmulatlardan 10,94 qram kütləli 1 ədəd boyunbağı 916 əyarlı qızıldan digər məmulatlar 583/585 əyarlı qızıldan hazırlanmışdır. Məmulatların ümumi kütləsi 69,25 qramdır. Təqdim edilmiş məmulatların ümumi kütləsi 69,25 qramdır. 155-12/Q saylı girov müqaviləsi üzrə məmulatlar təqdim edilməmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş əşyaların hazırda orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilir: 01.08.2012-ci il tarixli 221-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 1 ədəd boyunbağı və 1 ədəd qolbaq- 1159,00 manat; 10.07.2012-ci il tarixli 230-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 1 ədəd boyunbağı və 5 ədəd üzük- 1895,00 manat; 22.08.2012-ci il tarixli 240-12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 3 ədəd üzük – 1261,00 manat; 05.11.2012-ci il tarixli 259- 12/Q saylı girov müqaviləsi üzrə təqdim edilmiş 6 ədəd boyunbağı, 2 ədəd üzük, 2 cüt sırğa, 2 kulon (biri boyunbağının üzərində), 1 qolbaq - 3593,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 iyun 2019-cu il tarixli, 13783 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, mülki işin 16-17-ci vərəqlərində olan İddiaçı ASC-si ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixil 240-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2-ci, 3-cü, 5-ci, 7-ci, 10-cu, 14-cü, 17-ci, 19-cu, 21-ci, 24-cü, 30-cu, 31ci, 32-ci, 33-cü, 36-cı, 40-cı, 41-ci, 43-cü sıralarda “Müştəri təhvil aidi” qrafasındakı imzalar, 46-47-ci vərəqələrində olan 05 noyabr 2012-ci il tarixli 259-12/G nömrəli Gorov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu, 11-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 23-cü, 24-cü, 25-ci, 26-cı sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 70-71 -ci vərəqələrində olan 01 avqust 2012-ci il tarixli 221-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 2-ci, 4-cü, 6-cı, 8-ci, 10-cu, 11ci, 12-ci, 13-cü, 14-cü, 16- cı, 17-ci, 18-ci, 19-cu, 22-ci, 23-cü, 25-ci, 26-cı, 27-ci, 28-ci, 30cu, 33-cü, 34-cü, 35-ci, 36- cı, 38-ci, 39-cu, 41-ci, 42-ci, 43-cü, 44-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 106-108-ci vərəqələrində olan 10 iyul 2012-ci il tarixli 230- 12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 6-cı, 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü, 15-ci, 16-cı, 17- ci, 18-ci, 21-ci, 22-ci, 23-cü, 24-cü, 26-cı, 27-ci, 29-cu, 30-cu, 31-cü, 34cü, 38-ci, 39- cu, 40-cı sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar, 137-ci vərəqəsində olan 08 iyun 2012-ci il tarixli 155-12/G nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 1-ci, 3-cü, 4-cü, 6-cı,11-ci, 14-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, mülki işin 16-17-ci vərəqələrində olan İddiaçı ASC-si ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixli 240-12/G nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 4-cü, 6-cı, 8-ci, 9-cu, 11-ci, 12-ci, 13-cü, 15-ci, 18-ci, 20- ci, 22-ci, 23-cü, 25-ci, 27-ci, 29-cu, 34-cü, 35-ci, 37-ci, 38-ci, 39-cu, 42- ci, 44-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar, 46-47-ci vərəqələrində olan 05 noyabr 2012-ci il tarixli 259-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 7-ci, 10-cu, 12-ci, 22-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 70-71ci vərəqələrində olan 01 avqust 2012-ci il tarixli 221-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 3-cü, 5-cı, 7-ci, 9-cu, 15-cı, 21-ci, 24-cü, 29-cu, 31-ci, 32-ci, 37-ci, 40-cı sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; 106-108-ci vərəqələrində olan 10 iyul 2012-ci il tarixli 230-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə 2-ci, 3-cü, 4-cü, 5-ci, 7-ci, 9-cu, 14-cü, 19-cu, 20-ci, 25-ci, 28- ci, 30-cu, 32-ci, 33-cü, 35-ci, 36-cı, 37-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar, 137-ci vərəqəsində olan 08 iyun 2012-ci il tarixli 155-12/Q nömrəli Gorov müqaviləsinə 1 saylı əlavədə 2-ci, 5-ci, 7-9-cu, 12-ci, 13-cü sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; Mülki işin 16-17-ci vərəqlərində olan İddiaçı ASC-si ilə Cavabdeh arasında olan 22 avqust 2012-ci il tarixli 240-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3cü, 5-ci, 9-cu, 19-cu, 26-cı, 28-ci, 31-ci, 33-cü, 36-cı, 40-cı, 43-cü sıralardan başqa) 46-47ci vərəqlərində olan 05 noyabr 2012-ci il tarixli 259-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3-cü, 6-cı, 13-cü, 16-cı, 18-ci, 24-cü, 26-cı sıralardan başqa) 70-71-ci vərəqələrində olan 01 avqust 2012-ci il tarixli 221-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (2-ci, 3-cü, 4-cü, 9-cu, 14-cü, 15-ci, 17-ci, 18-ci, 19-cu, 20-ci, 21-ci, 22-ci, 24-cü, 25-ci, 26-cı, 29-cu, 30-cu, 31-43-cü sıralardan başqa); 106-108-ci vərəqələrində olan 10 iyul 2012-ci il tarixli 230-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasmdakı tarix göstəriciləri (6-cı, 10-cu, 11-ci, 15-ci, 17-ci, 21-ci, 24-cü, 26cı, 38-40-cı sıralardan başqa); 137-ci vərəqəsində olan 08 iyun 2012-ci il tarixli 155-12/Q nömrəli Girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı tarix göstəriciləri (3-cü sıradan başqa) - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-49/2019 nömrəli 04.10.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı 11.07.2012-ci il tarixli 230-12 saylı kredit müqaviləsi; 08.06.2012-ci il tarixli 155-12 saylı kredit müqaviləsi; 05.11.2012-ci il tarixli 259-12 saylı kredit müqaviləsi; 22.08.2012-ci il tarixli 240-12 saylı kredit müqaviləsi; 01.08.2012-ci il tarixli 221-12 saylı kredit müqaviləsi üzrə “yaranmış borcun girov predmetinə yönəldilməsi və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələblərinə dair iddiası təmin edilməməsi qət edilmişdir, hazırkı iddia tələbi də qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 05 noyabr 2012-ci il tarixli 259-12/Q saylı, 22 avqust 2012-ci il tarixli 240-12/Q saylı, 01 avqust 2012-ci il tarixli 221-12/Q saylı, 10 iyul 2012-ci il tarixli 230-12/Q saylı, 08 iyun 2012-ci il tarixli 155-12/Q saylı girov müqavilələrinə aid hissəsinə qiymət verərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)-49/2019 nömrəli mülki işinə baxılan zaman istinad edilən kredit müqavilələri üzrə iddia müddətinin ötməsi halı müəyyən edilmişdir. Adı çəkilən müqavilələr üzrə iddia müddətinin ötürülməsi əsas öhdəliyə xitam verilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda əsas öhdəliyin təminatı kimi çıxış edən əlavə öhdəliyə- girov müqaviləsi üzrə yaranmış öhdəliyə də xitam verilməlidir. Yuxarıda istinad edilən ekspert rəylərinə əsasən 5 müqavilədən sadəcə 4 müqavilə üzrə-05 noyabr 2012-ci il tarixli 259-12/Q saylı, 22 avqust 2012-ci il tarixli 240- 12/Q saylı, 01 avqust 2012-ci il tarixli 221-12/Q saylı, 10 iyul 2012-ci il tarixli 230-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş zinət əşyalarının mövcud olması göstərilmişdir. Odur ki, iddia tələbi məhz bu müqavilələr üzrə mövcud olan qızıl-zinət əşyaları hissəsində təmin edilməli və əşyalar İddiaçı ASC-dən alınıb Cavabdeh qaytarılmalıdır. 08 iyun 2012-ci il tarixli 155-12/Q saylı müqavilə və müqavilə üzrə kodlu girov paketləri (qızıl-zinət əşyaları) aşkar edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi olan Nümayəndə1 girov müqavilələri üzrə bank tərəfindən təqdim olunmuş qızılların təhvil alınması ilə bağlı aktlarında mövcud olan imzanın Cavabdeh məxsus olmaması və bu səbəbdən də girov müqavilələri üzrə yüklü edilmiş qızıl zinət əşyalarının müqavilədə göstərilən siyahı üzrə onlara təhvil verilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddia tərəfinin istinad etdiyi hazırkı hal əsassızdır. Belə ki, 2(011)-49/2019 saylı mülki iş materiallarında mövcud olan 13783 saylı, 19.06.2019-cu il tarixli ekspert rəyindən aydın olur ki, 1 saylı əlavədə bəzi sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir. Bununla bağlı 2(011)-49/2019 saylı mülki işin araşdırılması zamanı ləğv prosesində olan bankın nümayəndəsi Cavabdeh tərəfindən müxtəlif şəxslərə verilmiş etibarnamə əsasında həmin əşyaların götürülməsini bildirmişdir. Bunun əksi isə məhkəmə iclasında hər hansı bir sübutla təsdiq edilməmişdir. Belə olan halda məhkəmə həmin əşyaların Cavabdeh tərəfindən götürülməsi qənaətinə gəlir. Digər tərəfdən, həmin əlavədə olan imzaların bir qismi Cavabdeh məxsus olduğundan, iddiaçı əlavəni müxtəlif vaxtlarda imzalayarkən imzaların bir qisminin ona məxsus olmadığını görmüş, lakin buna öz etirazını bildirməmişdir. Bu da onu göstərir ki, həmin əşyalar məhz iddiaçının etibarnamə əsasında nümayəndələri olmuş şəxslər tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.1.1-ci maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Məhkəmə cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verərək belə hesab edir ki, ərizə əsassızdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə istinad edərək qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.İddia müddətinin axımı qanunvericiliyə əsasən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarında olan 2(011)-49/2019 saylı mülki işin materiallarından görünür ki, bank tərəfindən ilkin olaraq 5 kredit müqaviləsi üzrə tələb irəli sürülərkən kredit müqaviləsi əsasında verilmiş pul vəsaitləri tələb olunmuş və tələbin girov predmeti olan qızıl-zinət əşyalarına yönəlməsi xahiş olunmuşdur. Daha sonra məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizaların nəticəsində girov müqavilələri üzrə cavabdeh tərəfindən bank qarşısında yüklü edilmiş əmlakların tam həcmdə olmaması aşkar edilmişdir. Mülki iş materialları ekspertizadan qayıtdıqdan sonra mülki iş baxışa təyin edilmişdir. Daha sonra məhkəmənin 25 aprel 2019-cu il tarixli protokoluna əsasən cavabdehin iddiası icraata qəbul edilmişdir. Odur ki, Cavabdeh girov müqavilələri üzrə qızıl-zinət əşyalarının tam həcmdə olmamasını məhkəmə araşdırması zamanı müəyyən etdiyindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 22 avqust 2012-ci il tarixli, 240-12/Q saylı müqavilə üzrə, B025106 kodlu paket: 1 ədəd sarı rəngli mertaldan, üzərində 1 ədəd qəhvəyi rəngli və ağ şəffaf qaşları olan üzük, “18 K” qızıl 750, 12,65 qr, B024992 kodlu paket: 2 ədəd sarı-gümüşü rəngli mertaldan, üzərində ağ şəffaf qaşları olan üzük Qızıl, 583, 7,53 qr., 05 noyabr 2012ci il tarixli, 259-12/Q saylı müqavilə üzrə B025873 kodlu paket: 5 ədəd sarı rəngli mertaldan boyunbağı (3 ədədi qırıqdır), “583” Qızıl, 583, 24,93 qr. 1 ədəd sarı rəngli mertaldan qolbaq, “585” Qızıl, 585, 2,73 qr. 2 ədəd sarı rəngli mertaldan kulon, “583/585” Qızıl, 583/585 2,97qr. 1 ədəd sarı rəngli metaldan, üzərində mirvari muncuqları olan sırğa cütü, “583” Qızıl, 583, 4,70qr. 1 ədəd sarı rəngli metaldan, üzərində tünd göy rəngli və ağ şəffaf qaşları olan üzük (qırıqdır) Qızıl, 585, 1,79qr. (Qaşları qiymətli qaşlara aid deyil, qırıntıdır). 17 ədəd sarı rəngli metaldan, kürə formalı muncuqlar (1 ədədi əzikdir) Qızıl, 583, 7,07 qr. (Qırıntıdır), B025732 kodlu paket: 1 ədəd sarı rəngli metaldan boyunbağı “916” Qızıl, 916, 10,94 qr, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583” Qızıl, 583, 3,76 qr. (Qaşları qiymətli qaşlara aid deyil), 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü “583” Qızıl, 583, 10,39 qr.,(Qaşları qiymətli qaşlara aid deyil), 10 iyul 2012-ci il tarixli, 230-12/Q saylı müqavilə üzrə, B024282 kodlu paket: 1 ədəd sarı rəngli metaldan, üzərində yarpaq formalı elementləri olan boyunbağı “583" Qızıl, 583, 6,12 qr, 3 ədəd sarı rəngli metaldan, üzük, “583” Qızıl, 583, 24,52 qr, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583” Qızıl, 583, 2,99 qr, (Qaşları qiymətli qaşlara aid deyil) 1 ədəd sarı rəngli metaldan, üzərində füruzəyi qaşları olan üzük “583” Qızıl, 583, 4,28qr (Qaşları qiymətli qaşlara aid deyil), 01 avqust 2012-ci il tarixli, 221-12/Q saylı müqavilə üzrə B0246722 kodlu paket: 1 ədəd sarı rəngli metaldan boyunbağı, “750”, Qızıl 750, 13,66 qr, 1 ədəd sarı rəngli metaldan qolbaq, “585” Qızıl, 583, 4,07 qr., ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 22 avqust 2012-ci il tarixli, 240-12/Q saylı müqavilə üzrə, B025106 kodlu paket: 1 ədəd sarı rəngli mertaldan, üzərində 1 ədəd qəhvəyi rəngli və ağ şəffaf qaşları olan üzük, “18 K” qızıl 750, 12,65 qr, B024992 kodlu paket: 2 ədəd sarı-gümüşü rəngli mertaldan, üzərində ağ şəffaf qaşları olan üzük Qızıl, 583, 7,53 qr. ləğv prosesində olan İddiaçı ASCdən alınaraq iddiaçı Cavabdeh qaytarılsın. 05 noyabr 2012-ci il tarixli, 259-12/Q saylı müqavilə üzrə B025873 kodlu paket: 5 ədəd sarı rəngli mertaldan boyunbağı (3 ədədi qırıqdır), “583” Qızıl, 583, 24,93 qr. 1 ədəd sarı rəngli mertaldan qolbaq, “585” Qızıl, 585, 2,73 qr. 2 ədəd sarı rəngli mertaldan kulon, “583/585” Qızıl, 583/585 2,97qr. 1 ədəd sarı rəngli metaldan, üzərində mirvari muncuqları olan sırğa cütü, “583” Qızıl, 583, 4,70qr. 1 ədəd sarı rəngli metaldan, üzərində tünd göy rəngli və ağ şəffaf qaşları olan üzük (qırıqdır) Qızıl, 585, 1,79qr. (Qaşları qiymətli qaşlara aid deyil, qırıntıdır). 17 ədəd sarı rəngli metaldan, kürə formalı muncuqlar (1 ədədi əzikdir) Qızıl, 583, 7,07 qr. (Qırıntıdır), B025732 kodlu paket: 1 ədəd sarı rəngli metaldan boyunbağı “916” Qızıl, 916, 10,94 qr, 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583” Qızıl, 583, 3,76 qr. (Qaşları qiymətli qaşlara aid deyil), 1 ədəd sarı rəngli metaldan, ortasında yaşıl, kənarlarında ağ şəffaf qaşları olan sırğa cütü “583” Qızıl, 583, 10,39 qr.,(Qaşları qiymətli qaşlara aid deyil) ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh qaytarılsın. 10 iyul 2012-ci il tarixli, 230-12/Q saylı müqavilə üzrə, B024282 kodlu paket: 1 ədəd sarı rəngli metaldan, üzərində yarpaq formalı elementləri olan boyunbağı “583" Qızıl, 583, 6,12 qr, 3 ədəd sarı rəngli metaldan, üzük, “583” Qızıl, 583, 24,52 qr, 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük “583” Qızıl, 583, 2,99 qr, (Qaşları qiymətli qaşlara aid deyil) 1 ədəd sarı rəngli metaldan, üzərində füruzəyi qaşları olan üzük “583” Qızıl, 583, 4,28qr (Qaşları qiymətli qaşlara aid deyil), ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh qaytarılsın. 01 avqust 2012-ci il tarixli, 221-12/Q saylı müqavilə üzrə B0246722 kodlu paket: 1 ədəd sarı rəngli metaldan boyunbağı, “750”, Qızıl 750, 13,66 qr, 1 ədəd sarı rəngli metaldan qolbaq, “585” Qızıl, 583, 4,07 qr ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq iddiaçı Cavabdeh qaytarılsın. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilsin, qalan 10 (on) manat dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2337/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2337/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver