Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2340/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Kia Forte” minik markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçya məxsusdur.
2. İddiaçı tərəfindən Avtomobilin idarə edilməsi üçün Cavabdeh1 MMC-yə xx.xx.2022-ci il tarixdə ƏN-İ seriyalı 924904 nömrəli etibarnamə verilmişdir.
3. Cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Avtomobil Cavabdeh1 MMC tərəfindən digər cavabdehə icarəyə verilmiş, bununla bağlı Cavabdeh2 xx.xx.2022-ci il tarixli yol vərəqəsi verilmişdir.
4. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 iddiaçıya məxsus Avtomobilə ziyan vurmuş və bu barədə onun barəsində xx.xx.2022-ci il tarixdə İXP ******* №-li protokol tərtib edilmiş, o, İXM-nin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə), 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı Avtomobilə dəymiş zərərə görə 2710 manat pulun, avtomobilin cərimə meydançasından çıxarılması üçün ödənilmiş 70 manat pulun, ödənilmiş 36 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Avtomobillə dair qardaşı X1 xx.xx.2017-ci il tarixində etibarnamə verilmişdir. Həmin etibarnaməyə əsasən, Avtomobillə bağlı onun bütün daşınar əmlakını idarə etmək və onun üzərində sərəncam vermək və s. səlahiyyətlər verilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixində etibarnamə əsasında nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan Cavabdeh1 MMC-nə verilmişdir. Cavabdeh1 MMC 111 saylı, xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, digər Cavabdeh2 icarəyə vermişdir. Qeyd edilən müqaviləyə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 111 saylı yol vərəqəsi verilmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsən 327.2-ci, 327.6-cı və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, **-BE-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə Avtomobilə xeyli miqdarda zərər dəymişdir. İnzibati xətanı törətdikdən sonra Cavabdeh2 hadisə yerindən qaçmışdır. Avtomobili DYP-nin cərimə meydançasının dayanacağında 34 dörd gün qaldığından götürülməsi üçün 70 manat pul ödənilmişdir. Nəticədə Avtomobilə 2710 manat maddi zərər dəymişdir. Bu halı “Optimal S” servis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli akt da sübut edir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. Məhkəmənin qənaətinə görə, iddiaçı hazırkı iddia tələbini yalnız Cavabdeh2 qarşı irəli sürməkdə haqlıdır.
20. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, Avtomobili isə son olaraq Cavabdeh2 idarə etməyə qanunla müəyyən edilmiş qaydada hüququ olduğundan, habelə yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri polis orqanının qərarı ilə müəyyən edildiyindən, Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıyır.
21. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
22. İddiaçının avtomobilinə zərər vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, Abşeron RPİ DYPŞ-nin AÜBİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı arayışa əsasən Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində yol nəqliyyat hadisəsi nəticəsində Avtomobilin qabaq hissəsi bütöv əzilmişdir.
23. İddiaçının avtomobilinə ziyan dəyməsində cavabdehin təqsirli olması və onun həmin əməlin hüquq zidd olması da iş materiallarında olan sutlarlarla təsdiq olunur. Belə ki, Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o İXM-nin 327.2-ci, 327.6-cı və 332.4-cü maddələr ilə təqsirli bilinmişdir.
24. Həmçinin, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri ilə baş vermiş nəticə arasında da səbəbli əlaqə mövcuddur.
25. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.
26. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5639- 82165 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, nəzəri hesablamalar yolu ilə xx.xx.2023cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Kia Forte” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə, təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən, 2323 manat müəyyən edilir.
27. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
28. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 2323 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
29. Lakin, məhkəmə iddiaçının avtomobilin cərimə meydançasından çıxarılmasına görə ödədiyi 70 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı avtomobilin cərimə meydançasından çıxarılmasına görə 70 manat məbləğində xərc çəkdiyini iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
30. Məhkəmə hesab edir ki, 36 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 83%i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 2323 manat məbləğində pul vəsaiti və 29,88 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərcinin 41,50 manat hissəsi Cavabdeh2, 8,50 manat hissəsi İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı