Məhkəmə qərarları › İş №2(011)-2388/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2388/2025

10.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2388/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən “HYUNDAİ ELANTRA minik” markalı **- GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin çatlamasına görə 435 manat, ödəmədiyi cərimələrə görə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 manat, EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 manat, EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 manat, ümumilikdə 1129,40 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: Sürücü Cavabdeh xx.xx.2024-cü il tarixində 04 saylı (sıra nömrəsi) “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasən 1 günü 45 manat olmaqla uzun müddətli icarəyə götürmüşdür. Buna baxmayaraq, sürücü Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq bir neçə dəfə cərimə edilmişdir. Sürücü Cavabdeh avtomobili geri qaytardıqdan sonra cərimələri ödəməkdən boyun qaçırsa da dəfələrlə maddi ziyanın ödənilməsi tələb olunsa da, cavabdeh qərəzli olaraq ödənilmiş cərimələrin əvəzini geri qaytarmır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Sübutların tətdiqi: X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarədar qanuni əsaslarla ona mülkiyyət hüququ ilə məxsus olan “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verir, içarəçi isə həmin avtomobili Azərbaycan Respublikası ərazisində icarə müqaviləsi əsasında 18 yaşı tamam olmuş və qüvvədə olan sürücülük vəsiqəsi olan şəxslərə günlük və uzun müddət icarəyə vermək məqsədi ilə ondan qəbul edir. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2030-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış “Avtomobilin icarə müqaviləsi”nə əsasən Cavabdeh “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, bunun müqabilində hər gün üçün 45 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən avtomobilə YPX əməkdaşı və kameralar tərəfindən cərimə tətbiq olunarsa icarə götürən avtomobili təhvil verdiyi zaman cərimələri yerində ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən müəyyən qəza hadisəsində və ya icarə götürmənin səhvinə görə (müəyyən edilmiş 120 sürət limitini aşdıqda) avtomobilin mühərrikinə, sürət qutusuna, şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallarına, şinlərə və cızıqlara görə icarəyə verən cavabdehlik daşımır və bu halda ziyan icarəyə götürən tərəfindən ödənilir. Müqavilənin arxa tərəfində avtomobilin xx.xx.2024-cü il tarixində geri qaytarılması, podpresdə çat olduğu qeyd edilmişdir. Həmçinin təhvil verən və təhvil alan qrafalarının qarşısında imza edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası nəticəsi üzrə verilmiş xx.xx.2025-ci il tarixli 4/1000 nömrəli rəyə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində olan xx.xx.2024-cü il tarixli 04 nömrəli “Avtomobilin icarə müqaviləsi”nin üz tərəfinin aşağı hissəsində “İcarə götürənin imzası” qrafasında olan imza, müqavilənin arxa tərəfinin aşağı sağ hissəsində “icarə götürənin imzası” və “təhvil verən” qrafalarında olan imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. “Hyundai Badamdar” Servis Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin podresinin dəyişdirilməsi haqqı 761 manat təşkil etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdehin yol verdiyi qanun pozuntularına görə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 51,60 manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 116 manat, EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 147 manat və EQ- 22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 150 manat məbləğində tətbiq edilmiş inzibati cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaya Cavabdeh EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 manat, EQ- 21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 manat, EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 manat, və EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 manat məbləğində vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış icarə müqaviləsi əsasında İddiaçı MMC-nin sahibliyində olan “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi dövrdə yol hərəkəti qaydalarını pozduğuna görə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 51,60 manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 116 manat. EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 131 manat, EQ- 22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 147 manat, EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir. Beləliklə də Cavabdeh təqsirli qanuna zidd hərəkətləri nəticəsində İddiaçı MMC-yə ziyan dəymişdir. Odur ki, iddia araşdırılan hissədə təmin edilərək Cavabdeh İddiaçı MMCnin xeyrinə EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 manat, EQ- 22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 manat və EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaya “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin çatlamasına görə 435 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı avtomobilin podresində olan zədələrin cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığı məhkəmə araşdrıması zamanı sübuta yetirilməmişdir. İddiaçı tərəfindən “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin isitifadəsində olduğu dövrdə avtomobilin podpresində zədələrin yarandığının sübutu kimi, məhkəməyə tərəflər arasında bağlanmış müqavilədə avtomobilin cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyi zaman avtomobilin podpresində çat olduğu ilə bağlı qeydi təqdim etmişdir. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində həmin qeydin yanında “təhvil verən” sözləri önündə olan imzanın Cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı avtomobildə olan zədənin aradan qaldırılması ilə bağlı çəkdiyi xərcləri sübut etmək üçün məhkəməyə “Hyundai Badamdar” Servis Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktı təqdim etmişdir ki, həmin akt avtomobil cavabdeh tərəfindən iddiaçıya təhvil verildiyi tarixdən 6 ay sonra tərtib edilmişdir. Bu hal isə məhkəmədə sübutun mötəbərliyi ilə bağlı şübhə yaradır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia “HYUNDAİ ELANTRA minik” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin çatlamasına görə 435 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə xərcləri: İddiaçı MMC-nin Cavabdeh Tarlan oğluna qarşı iddiası qismən təmin edildiyinə görə, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu da iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh EQ-22245086 saylı, xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 46,40 (qırx altı manat qırx qəpik) manat, İXP-6384174 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 51,60 (əlli bir manat altmış qəpik) manat, EQ-21945620 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 52,40 (əlli iki manat qırx qəpik) manat, EQ22958231 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 116 (yüz on altı manat) manat, EQ-22626319 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 131 (yüz otuz bir) manat, EQ-22769220 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 147 (yüz qırx yeddi) manat, EQ-22773294 saylı xx.xx.2024-cü il tarixli protokol üzrə ödənilmiş cərimənin əvəzi olaraq 150 (yüz əlli) manat, ümumilikdə 694,40 (altı yüz doxsan dörd manat qırx qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar