Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2393/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12808,3 manat əsas, 1508,44 manat faiz, 11,01 manat cərimə borcu olmaqla, cəmi 14327,75 manat borcun və 132,98 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 13700 manat kredit götürmüşdür, lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, Cavabdeh iddia ərizəsi məhkəməyə verildikdən sonra müəyyən ödənişlər etmişdir, təqdim edilmiş maliyyə arayışına əsasən hazırda onun banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 11308,3 manat əsas borcu vardır, cərimə borcu 11,01 manat məbləğində tələb olunur, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi O.K.Məhərrəmov deyilənlər nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, borcunun olduğunu qəbul edir, xəstəliyi ilə əlaqədar ödənişlərdə gecikmələri olmuşdur, yanvar ayından bəri banka 500 manat ödəyir, yalnız sentyabrdekabr ayları ödənişi olmayıb, nəticədə dörd ay gecikmə yaranıb, hazırda həmin borcu tam ödəyə bilmir, iddia tələbini qismən qəbul edir, 11308,3 manat əsas, 1508,44 manat faiz və 11,01 cərimə borcunun olduğunu qəbul edir. Sonda Cavabdeh qeyd olunanları nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC Sahil filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 15-Y-3-0-198-21 saylı kredit müqaviləsi (istehlak kredit) bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana, illik 25 faiz dərəcəsi və 48 ay müddətinə 13700 manat məbləğində kredit xətti açmışdır, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirlən hər gün üçün cərimə kimi illik 180% dərəcəsilə dəbbə pulu hesablanir. İş materiallarından olan İddiaçı ASC Sahil filialı ilə Cavabdeh arasında xx.xx.2021ci il tarixli 15-Y-3-0-198-21 saylı Kredit Müqaviləsinə 1 Saylı Əlavədən görünür ki, Cavabdeh illik 25 faiz dərəcəsi ilə, 48 ay müddətinə, aylıq annuitet 454,25 manat olmaqla, 13700 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh 11500 manat, 2220 manat və 137 manat məbləğlərində pulu bankdan təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Banka olan borcu 12808,3 manat əsas, 1508,44 manat faiz, 44,03 manat cərimə borcu olmaqla, cəmi 14360,77 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Banka olan borcu 11808,3 manat əsas, 2099,6 manat faiz, 312,16 manat cərimə borcu olmaqla, cəmi 14220,06 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Banka olan borcu 11308,3 manat əsas, 2253,31 manat faiz, 353,89 manat cərimə borcu olmaqla, cəmi 13915,5 manatdır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli, KBD261 saylı Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətinə borcun tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC 132,98 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 48 ay müddətinə 13700 manat məbləğində verilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli 15-Y-3-0-198-21 saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh illik 25 %-lə 48 ay müddətinə 13700 manat məbləğində krediti bankdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz, və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, cavabdehin borc məbləği barədə etiraflarını, o cümlədən, məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışını nəzərə alaraq, əsas borc məbləğini iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilən məbləğ həddində (11308,3 manat) müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 15-Y-3-0-198-21 saylı saylı kredit müqaviləsi əsasında 11308,3 manat əsas borc, 1508,44 manat faiz borcu, 11,01 manat məbləğində cərimə borcu, cəmi 12827,75 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş hissəsinə (12827,75 manat) mütənasib olaraq dövlət rüsumu qismində ödənilmiş 128,48 manat Cavabdeh aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 15-Y-3-0-198-21 saylı kredit müqaviləsi üzrə 11308,3 manat əsas borc, 1508,44 manat faiz borcu, 11,01 manat cərimə borcu olmaqla, cəmi 12827 (on iki min səkkiz yüz iyirmi yeddi) manat 75 (yetmiş beş) qəpik və dövlət rüsumu qismində ödənilmiş 128 (yüz iyirmi səkkiz) manat 48 (qırx səkkiz) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2393/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2393/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver