Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2398/2024 20.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 2021-ci ilin noyabr ayında ona zəng vuraraq bildirmişdir ki, Baş prokuror yanında korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb təcili 10000 manat pul lazımdır ki, məsələni həll eləsin, əks halda onun barəsində cinayət işi qaldıracaq. İddiaçı dost tanışdan 1900 manat pulu toplayıb cavabdehə vermişdir. Cavabdeh iddiaçının bacısının əri olduğu üçün iddiaçı onun tutulmağını istəməmişdir. İddiaçı borca aldığı pulların hamısını özü qaytarmışdır. Cavabdehin ona borclu olması “Whats App” yazışmalarında öz əksini tapmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1900 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. O, izahatında bildirmişdir ki, yazışmada göstərilən nömrə ona məxsusdur, onun iddiaçıya borcu yoxdur, əksinə iddiaçının ona borcu olmuşdur. Həmin pulu da borcunu istəmək üçün götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Whats App” sosial şəbəkəsindən olan yazışmalardan görünür ki, İddiaçı Cavabdeh +994 70 424 17 18 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin yazışmalar aşağıdakı məzmundadır: Cavabdeh: “Sabahın xeyir, Mən düzəltmişəm 8000 qalır 2000, Sən bax gör nə qədər mümkündü mənə göndərəsən?, Saat 1 kimi ödəməliyəm” İddiaçı: “500 duzelderem, 1 saata” Cavabdeh: “Yaxşı, Göndər zəhmət olmasa, Cox sağ ol. Allah razı olsun” İddiaçı: Fotoşəkil (500 manat pulun göndərilməsi ilə bağlı qəbz) “Kartda olanim buydu, Qayidim gorum neynirem, Mamadadi pulum istesem subhelenecek” Cavabdeh: “Yığaram” İddiaçı: “Duzeldi, Maasim yuklendi, 500 duzelde bilerem” Cavabdeh: “Hələ yox, Səhər 11 kimi vaxtım var” İddiaçı: Fotoşəkil (qəbz) “Abi gorum alinsa yene atacam” Cavabdeh: “Yaxşı qardaş. Cox sağ ol. Allah razı razı olsun” İddiaçı: “Denen bu qederdi” 19 noyabr 2021-ci il tarixdə iddiaçı: “İclasdayam abi” Cavabdeh: səs yazısı İddiaçı: “Yaz qulaq asammiram” Cavabdeh: “Hikmət başıva dönüm ölmüşəm dirilt məni, 30 dəq 1000 manat verməliyəm, Gəlib apacaqlar” İddiaçı: “Bildim abi iclasdan cixim” Cavabdeh: “Alınar?” İddiaçı: Fotoşəkil (500 manat pulun göndərilməsi ilə bağlı qəbz) “Neyim var atdim, Gorum kimden tapiram” Cavabdeh: “Qardaş başıva dönüm, Gör tapa bilirsən, 1-ci gün verəcəm, Müəssisədəyəm pul götürəcəydim” İddiaçı: “Bildim abi, Calisiram, Terslikden de iclasdayam, Sorusuram, 1 bir” Cavabdeh: “Gör neynirsən qardaş, 100 kartımda var idi, 400 lazımdı” İddiaçı: “Ok” Cavabdeh: “Ok” İddiaçı: “İnan axtariram” Cavabdeh: “Bilirəm qardaş, Cox sağ ol, Allah razı olsun, 400 düzəlsə canım qutarır, Bilirəm qardaş, 400 alındıra bilərsən? Bilirəm cətindi” İddiaçı: Fotoşəkil (400 manat pulun göndərilməsi ilə bağlı qəbz) “40 manat artiq qaldi” Cavabdeh: Cox sağ ol qardaş, Allah səndən razı olsun”. səsyazıları Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının bacısının əri olmaqla, tərəflər arasında qohumluq münasibətləri olmuşdur. Məhkəməyə təqdim edilmiş “Whats App” sosial şəbəkəsindən olan yazışmalardan görünür ki, cavabdeh iddiaçıdan çətin vəziyyətə düşdüyü üçün borc pul istəmiş, iddiaçı da ona hissə-hissə olmaqla ümumilikdə 1900 manat məbləğində pul vəsaiti ödəmişdir. Həmin yazışmalarda olan mobil nömrənin cavabdehə məxsus olması “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu əsasında təsdiq olunmuş, eyni zamanda cavabdeh mobil nömrənin ona məxsus olmasını məhkəmə iclasında təsdiq etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçının ona borcunun olduğunu, həmin məbləği də ona görə aldığını bildirsə də, tərəflər arasında olan yazışmalardan iddiaçının cavabdehə borcunun olması müəyyən edilməmiş, cavabdeh bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, Cavabdeh İddiaçı 1900 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edildiyindən, həmin borc hazırki günədək geri qaytarılmadığından, məhkəmə hesab edir ki, Cavabdeh 1900 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1900 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2398/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2398/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver