Məhkəmə qərarları › İş №2(011)-2409/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2409/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2409/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehdən 300 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə tərəflər əvvəllər "xxxx" MMC-də işləyərkən tanış olmuşlar. Cavabdeh iki dəfə olmaqla, ayrı-ayrı vaxtlarda, cəmi 300 manat pulu iddiaçıdan borc almışdır. Cavabdeh borc aldığı pulu qaytarmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, 2021-ci ilin noyabr ayında bankdan pul götürəcəyini cavabdeh bildikdən sonra ondan 160 manat, daha sonra isə 140 manat borca pul almışdır. Bundan başqa cavabdeh qadın geyimləri satılan mağazadan ümumi dəyəri 140 manat olan geyim əşyasını götürmüş və ona da zamin durmuşdur. Cavabdeh borcunu qaytarmadığı üçün məcburiyyətdən Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə və DİN-nin 102 məlumat mərkəzinə müraciət etmişdir. Cavabdeh ona şər və böhtanlar atmış, yaxın tanışı olan X1 onu təhqir edərək ona bədən xəsarətləri yetirdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın acılması üçün qərarın surəti Xətai rayon Pİ-niıı 35-ci PB-nə göndərilmişdir. Sonradan dələlərlə pulunu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinintəmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərkən iddiaçıdan 300 manat borc aldığını etiraf etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı əvvəlcə 160 manat, daha sonra 140 manat pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul məbləğini almışdır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, ümumi halda borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Məcəllənin 740.2-ci maddəsində isə borc müqavilənin bağlanması üçün onun tərəfləri arasında yazılı müqavilənin olmasını tələb edir, lakin bu zaman borcun məbləği 3000 manatdan çox olmalıdır. Hazırkı işin yuxrıda qeyd edilən hallarından görünür ki, iddiaçının cavabdehə verdiyi borc məbləği 300 manat olmuşdur. Bu halda, tərəflər arasında müqavilənin bağlanmış hesab olunması üçün iddiaçının pulu cavabdehə verməsi kifayətdir ki, işin bu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə baxışı zamanı iddiaçıdan 300 manat borc aldığını etiraf etmişdir. Odur ki, cavabdehin iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul alaraq üzərinə onu qaytarmaq öhdəliyi götürsə də, öhədəliyini pozmaqla pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar