Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2412/2020 06.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məmmədəli qızının, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Məmmədəli qızının Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbi barəsində ilkin iddiasına; Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X5 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiasına; İddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı yaşayış sahəsinin bir otağına köçürülmə və oradan istifadə qaydalarının müəyyən olunması barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Məmmədəli qızı Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Xətai rayonu İnqilab İsmayılov küçəsi ev 13/6 yerləşən fərdi yaşayış evində qeydiyyatda olanlar arasında evdən istifadə qaydasının aşağıdakı formada müəyyən edilməsi: Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 2-ci mərtəbəsində yerləşən iki yaşayış otağı iddiaçının istifadəsinə verilməsi, Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 1-ci mərtəbəsində yerləşən bir yaşayış otağı və 2-ci mərtəbəsində yerləşən bir yaşayış otağı Cavabdeh1 ilə oğlunun istifadəsinə verilməsi, Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 1-ci mərtəbəsində yerləşən iki yaşayış otağının Cavabdeh2 istifadəsinə verilməsi, Bakı şəhəri. Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən Cavabdeh2 ilə Cavabdeh1 oğlu istifadə etməsi, Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 2-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən iddiaçı və Cavabdeh1 istifadə etməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2006-cı ildə nikaha daxil olmuşdur. Atasından ona verilmiş Xırdalan şəhərində yerləşən evi sataraq 2009-cu ildə Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı mənzili satın almışdır. İddiaçı və cavabdehlər həmin evdə qeydiyyatdadırlar. Həmin fərdi-yaşayış evi 2 mərtəbədən ibarətdir və hər bir mərtəbədə 3 otaq yerləşir. Evin ümumi sahəsi 94 kv.m. təşkil edir. İddiaçının Cavabdeh2 ilə nikahı 2018-ci ildə pozulmuşdur. Cavabdeh1 həmin evdə oğlu ilə yaşayır. Cavabdeh2 yad kişi olması isə onların cavabdehlərlə mənzildən istifadə qaydalarının qanunla tənzimlənməsini zəruri edir. İddiaçı cavabdehlərə bununla əlaqədar müraciət etmiş olsa da, onlar iddiaçıya heç bir cavab verməmişlər. Aralarında olan bu məsələnin məhkəmə qaydasında həlli mümkündür.Hesab edir ki, mənzildən istifadə qaydaları aşağıdakı qaydada: Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 2-ci mərtəbəsində yerləşən iki yaşayış otağı iddiaçının istifadəsinə verilməsi, Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 1-ci mərtəbəsində yerləşən bir yaşayış otağı və 2-ci mərtəbəsində yerləşən bir yaşayış otağı Cavabdeh1 ilə oğlunun istifadəsinə verilməsi, Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 1-ci mərtəbəsində yerləşən iki yaşayış otağının Cavabdeh2 istifadəsinə verilməsi, Bakı şəhəri. Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən Cavabdeh2 ilə Cavabdeh1 oğlu istifadə etməsi, Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, ev 13/6 saylı fərdi-yaşayış evinin 2-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən iddiaçı və Cavabdeh1 istifadə etməsi müəyyən olunmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 kv.metr olan bir otağına köçürülməyi və həmin otağın onun istifadəsinə, ikinci mərtəbədə qalan digər otaqların cavabdehlərin istifadəsinə verilməklə istifadə qaydalarının müəyyən olunması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 cavabdeh İddiaçı ilə 2006-cı ildə nikaha daxil olmaqla ailə qurmuş, aralarında nikah 2006-ci il yanvarın 14-də Abşeron rayonunun VVADQ şöbəsində bağlanmış və 17 №-si ilə qeydə alınmış, birgə nikahdan uşaqları olmamışdır. Cəmilə ilə ailə qurduqdan sonra Binəqədi rayonu İH-nin balansında olan və Xırdalan qəsəbəsi, 27-ci məhəllə, 2 №-li mebel kombinatının 18b saylı evinin 38-ci mənzilində (ailəvi yataqxanasında) 2013-cü ilin yaz aylarına kimi yaşamışlar. Bakı şəhəri Xətai RİH-nin xx xxx 1992-ci il tarixli 320 №-li sərəncamı ilə ona yaşadığı Xətai rayonu 50 saylı evin qarşısında qaraj tikintisinə icazə verilmiş, qarajın tikintisini başa çatdıraraq istifadə üçün tam yararlı vəziyyətə salmaqla oradan təyinatı üzrə istifadə etməyə başlamışdır. X3 və yoldaşı X11 2007-ci ildə onun istifadəsində olan yuxarıda adı çəkilən həmin qarajı Xətai rayonunun 98 saylı MİS-nin ərazisində yerləşən və bağ sahəsi kimi istifadə olunan, təxminən 3 sot torpaq sahəsində inşa edilmiş və tikintisi yarımçıq qalmış tikili olan hazırkı mübahisənin predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evlə həmin vaxt MİS-də işləyən Abbasov Vəli adlı şəxslə aralarındakı razılaşmaya görə dəyişmiş, tikilinin birinci mərtəbəsinin iki otağını yaşayış üçün tam yararlı vəziyyətə gətirərək 2008-ci ildə oraya köçüb hazırkı vaxta qədər orada yaşamaqda davam edirlər. Onlar, yəni cavabdeh İddiaçı ilə Xırdalan qəsəbəsində olan yaşadıqları yataqxananı 2013-cü ilin əvvəllərində sataraq qardaşı X6 yaşadığı Xətai rayonu, Mehmandarov küçəsi 92 saylı evin 40-cı mənzilinə köçüb orada təxminən 4-5 ay yaşadıqdan sonra X3 və onun həyat yoldaşı X4 uşaqları ilə birlikdə 2008-ci ildən faktiti yaşadıqları Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin ikinci mərtəbəsini tikmək və oraya köçmək qərarına gəlmiş, oğlu və yoldaşı buna etiraz etməmiş, 2014-cü ilin əvvəllərinə kimi adı çəkilən tikilinin ikinci mərtəbəsində 3 otaq tikərək ər-arvad, yəni o və cavabdeh İddiaçı köçüb orada yaşamağa başlamışlar. Cavabdeh İddiaçı digər ailə üzvlərinin xəbəri olmadan 2014-cü ilin avqust ayında Bakı şəhəri Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evə qeydiyyata düşmüş, bacısı-digər cavavbdeh X1 da onların xəbəri olmadan 2016-cı ilin may ayında həmin evə pasport qeydiyyatına alınmışdır. Qeyd olunan evin birinci mərtəbəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur, oranın əldə olunmasında və tikintisində cavabdehlərin heç bir vəsaiti və ya rolu olmamışdır. Oğlu Təbriz adı çəkilən evin yaşadıqları birinci mərtəbəsinin, iddiaçı isə ikinci mərtəbənin bütün kommunal xərclərini hazırkı dövrə qədər ödəyirlər. İddiaçı adı çəkilən evin ikinci mərtəbəsində sağ tərəfdə sahəsi 14 m2 olan bir otağında 2018-ci ilin axırlarına kimi yaşamış, cavabdeh İddiaçı ilə münasibətləri pozulduqdan sonra o, otağın giriş qapısını bağlamış, oradan iddiaçını istifadə etməyə qoymamışdır. İddiaçıya aid bütün əmlaklar və sənədləri həmin otaqda qalmışdır. Hazırda, iddiaçı birinci mərtəbədə oğlu ilə birlikdə yaşamaq məcburiyyətindədir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5888/19 nömrəli qətnaməsindən sonra iddiaçı adı çəkilən evə pasport qeydiyyatına alınmışdır. Hesab edir ki, cavabdehlə aralarında yaranmış mülki münasibətləri nizama salan qanunun birbaşa norması olmasa da, oxşar münasibətləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin normaları tətbiq edilməklə pozulmuş hüquqlarımın bərpa edilməsi üçün iddiaçı Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 m2 olan bir otağına köçürülməli və həmin otaq iddiaçının istifadəsinə, ikinci mərtəbədə qalan otaqlar isə cavabdehlərin istifadəsinə verilməklə istifadə qaydaları müəyyən olunmalı, ilk iddia isə təmin olunmamalıdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X12 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin birinci mərtəbəsi bütünlüklə, yəni yaşayış otaqların və yardımçı sahələrinin X10 və X5 istifadəsinə verilməsi, ikinci mərtəbəsində sağ tərəfdə sahəsi 14 m2 olan bir otağın Cavabdeh2, qalan otaqların cavabdehlərin istifadəsinə verilməsi, ikinci mərtəbədəki yardımçı sahələrin isə onların ümumi istifadədə saxlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ünvan 1 saylı evi mübahisələndirməsi X10 və X5 maraqlarına toxunduğundan hazırkı iddia ilə işə daxil olmaq məcburiyyətində qalmışlar. Bakı şəhəri Xətai RİH-nin xx xxx 1992-ci il tarixli 320 №li sərəncamı ilə atası Cavabdeh2 həmin vaxtlar yaşadığı Xətai rayonu 50 saylı evin qarşısında qaraj tikintisinə icazə verilmiş, qarajın tikintisini başa çatdıraraq istifadə üçün tam yararlı vəziyyətə salmaqla oradan təyinatı üzrə istifadə etməyə başlamışdır. Onlar, X8 və X11 2007-ci ildə atası Məmmədin istifadəsində olan adı çəkilən həmin qarajı Xətai rayonunun 98 saylı MİS-nin ərazisində yerləşən və bağ sahəsi kimi istifadə olunan, təxminən 3 sot torpaq sahəsində inşa edilmiş və tikintisi yarımçıq qalmış tikili olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evlə həmin vaxt MİS-də işləyən X9 adlı şəxslə aralarındakı razılaşmaya görə dəyişmiş, tikilinin birinci mərtəbəsinin iki otağını yaşayış üçün tam yararlı vəziyyətə gətirərək 2008-ci ildə oraya köçüb hazırkı vaxta qədər orada yaşamaqda davam edirlər. Cavabdeh İddiaçı və atası Cavabdeh2 Xırdalan qəsəbəsində olan yaşadıqları yataqxananı 2013-cü ilin əvvəllərində sataraq, əmisi Nəcəf Rakidənin yaşadığı Xətai rayonu, Mehmandarov küçəsi 92 saylı evin 40-cı mənzilinə köçüb orada təxminən 4-5 ay yaşadıqdan sonra onların razılığına əsasən Bakı şəhəri Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin ikinci mərtəbəsini tikmək və oraya köçmək qərarına gəlmiş, 2014-cü ilin əvvəllərinə kimi adı çəkilən tikilinin ikinci mərtəbəsində 3 otaq tikərək ər-arvad, yəni Məmməd və Cəmilə ora köçüb yaşamağa başlamışlar. Cavabdeh İddiaçı onların xəbəri olmadan 2014-cü ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evə qeydiyyata düşmüş, bacısı-digər cavabdeh X1 da onların xəbəri olmadan 2016-cı ilin may ayında həmin evə pasport qeydiyyatına alınmış, lakin adı çəkilən evin bütün kommunal xərclərini hazırkı dövrə qədər iddiaçılar ödəyirlər.Qeyd olunan evin birinci mərtəbəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur, oranın əldə olunmasında və tikintisində cavabdehlərin heç bir vəsaiti və ya rolu olmamışdır. Hesab edirlər ki, cavabdehlərlə aralarında yaranmış münasibətləri nizama salan qanunun birbaşa norması olmasa da, oxşar münasibətləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin normaları tətbiq edilməklə pozulmuş hüquqları bərpa edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin birinci mərtəbəsi bütünlüklə, yəni yaşayış otaqları və yardımçı sahələr onların istifadəsinə verilməli, ikinci mərtəbəsində sağ tərəfdə sahəsi 14 m2 olan bir otaq həmişə atası Cavabdeh2 istifadəsində olduğundan onun, qalan otaqlar cavabdehlərin istifadəsinə verilməli, ikinci mərtəbədəki yardımçı sahələr isə onların ümumi istifadəsində saxlanmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məmmədəli qızı, məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh1, məhkəmə iclasında ilkin və qarşılıqlı iddianı qəbul etmədi, məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının təmin edilməsini xahiş etdi Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5888/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi,13/6 saylı mənzilindən sahiblik və istifadə etməsinə İddiaçı və Cavabdeh1 Məhəmmədəli qızı tərəfindən yaradılan maneələrə qadağa qoyulması, İddiaçı Cavabdeh2 qarşı-Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı fərdi yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı sahədən öz əşyaları ilə birlikdə çıxarılması və həmin sahənin ona təhvil verilməsi barədə qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 və İddiaçı 2006-2018-ci il ərzində nikahda olmuşlar. Özbaşına tikili olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı birgə nikahda olduqları dövrdə, yəni 2013-cü ildə əldə edib, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışdırlar. Qeyd edilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində heç kəsin adına qeydiyyatdan keçməmiş və tərəflərin nikahları pozulmasına baxmayaraq, Cavabdeh2 və İddiaçı hazırda həmin evdə yaşayırlar. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh1 Məhəmməli qızı Bakı şəhəri. Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 13/6-da qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1150 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 kv.metr olan bir otağın X7 istifadəsi üçün ayrılması (ikinci mərtəbədə yerləşən dəhliz mətbəx və sanitar qovşağı ümumi istifadədə saxlanılmaqla) mümkün ola bilər. Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin 2-ci mərtəbəsində yerləşən iki yaşayış otağının iddiaçının istifadəsi 1-ci mərtəbəsində yerləşən bir yaşayış otağı və 2-ci mərtəbədə yerləşən bir yaşayış otağı Cavabdeh1 Məhəmmədəli qızı istifadəsi, evin 1-ci mərtəbəsində iki yaşayış otağı cavabdeh X7 istifadəsi üçün ayrılması (birinci və ikinci mərtəbədə yerləşən dəhliz mətbəx və sanitar qovşağı ümümi istifadədə saxlanılmaqla) mümkün ola bilər. Qeyd olunanları nəzərə alaraq, tədqiq olunan evin tərəflər arasında natura qaydasında təklif olunan qaydada təcrid mənzil şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bakı şəhəri, Xətai rayonu İnqilab İsmayılov küçəsi, 13/6 saylı yaşayış evinin, 1-ci və 2-ci mərtəbələrində yerləşən (yaşayış otaqları, dəhliz, sanitar qovşağının, mətbəx və s.) tikililərin sahələri ayrı-ayrılıqda rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 13/6 saylı yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində ayrı-ayrılıqda mətbəx və sanitar qovşaqlarının yerləşdiyi müəyyən edilir. Mülki iş üzrə şahid qismində dindirilmiş Qasımova Ruhəngiz məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Qubada xəstəxanada işlədiyi vaxt, yəni 2004-cü ildə Cəmilə xanımla tanış olmuşdur və həmin vaxtdan dost olmuşlar. O vaxt Cəmilə Xırdalanda qalırdı, 2014-2015-ci illərdən sonra Köhnə Günəşliyə köçmüşdür. Cəmilə ona, yeni ev tikdiklərini deyərək gəlməyini təklif etmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş Məmmədov Mübariz məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı 2014-cü ildən tanıyır. Həmin vaxt mübahisəli evdə təmir işləri gedirdir və o, həmin evə ustaları aparmışdır. Cavabdehi tanımır. Təmirlə bağlı xərcləri İddiaçı ödəmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş Rakidə Nəcəf məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Məmmədhəsənin qardaşıdır, 11-12 ildir qardaşıgil ailə qurublar, yataqxanada yaşayıblar. Tərəflər nikah dövründə onlara mənsub Xırdalanda evi satıb 6 ay onun evində yaşayıblar, öz evlərini sonra tikdirdilər, həmin ev ikimərtəbəlidir, hər mərtəbə üçotaqlıdır. Mülki iş üzrə şahid qismində dindirilmiş Hüseynova Səidə məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cəmilənin xalasıqızıdır, xalasının Göyçayda torpağı var idi. Torpağı satıb 10-15 il qabaq bu hazrda mübahisəli olan evi aldılar. Mülki iş üzrə şahid qismində dindirilmiş Quliyev Qədir məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, tərəflərlə qonşudur. Tərəfləri 2 ildir ki tanıyır. Tərəflərin evlərində usta kimi işləmişdir, hamamın işlərini görmüşdür. Ev ikimərtəbəli evdir, ikinci mərtəbəsində İddiaçı, onun bacısı və bacısı oğlu yaşayır, aşağı mərtəbə kimin yaşadığını bilmir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, özbaşına tikili olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı birgə nikahda olduqları dövrdə, yəni 2013-cü ildə əldə edib, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışdırlar. Qeyd edilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində heç kəsin adına qeydiyyatdan keçməmiş və tərəflərin nikahları pozulmasına baxmayaraq, Cavabdeh2 və İddiaçı hazırda həmin evdə yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-5888/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı mənzilindən sahiblik və istifadə etməsinə İddiaçı və Cavabdeh1 Məhəmmədəli qızı tərəfindən yaradılan maneələrə qadağa qoyulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli tikili tərəflər İddiaçı və Rəkidə Məmmədin yaşayış yeridir. Tərəflər Cavabdeh1, X10 və X12 mübahisəli fərdi yaşadıqlarına görə onların həmin evə dair hüquqlarının yarandığını iddia etsələr də, bu dəlillərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh2 və İddiaçı mübahisəli Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı mənzilindən istifadə qaydaları müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə ilkin iddia tələbini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qismən əsaslı, qarşılıqlı iddianı isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar-qovşaq sahəsi, mətbəx, zal tikilisinin sahəsi və 2 yataq otağının sahəsi Cavabdeh2, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhliz sahəsi, qonaq otağı, 2 yataq otağı, hamam otağı, anbar sahəsi, mətbəx sahəsi, ayaqyolunun sahəsi İddiaçı istifadəsinə verilməklə fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X5 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar-qovşaq sahəsi, mətbəx, zal tikilisinin sahəsi və 2 yataq otağının sahəsi Cavabdeh2, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhliz sahəsi, qonaq otağı, 2 yataq otağı, hamam otağı, anbar sahəsi, mətbəx sahəsi, ayaqyolunun sahəsi İddiaçı istifadəsinə verilməklə fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X5 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2412/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2412/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver