Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2414/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızı, İddiaçı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1na və Cavabdeh2 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 saylı notariat ofisinin icra qeydinin ləğv edilməsi, 12/105 nömrəli ipoteka müqaviləsinin 2.6-cı bəndinin etibarsız hesab edilməsi, məhkəməyə müraciət hüququnun bərpa edilməsinə dair icra qərarının qəbul edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. İddia ərizənin məzmunundan görünür ki, iddiaçı icra qeydinin ləğvi və 12/105 nömrəli ipoteka müqaviləsinin 2.6-cı bəndinin etibarsız hesab edilməsi barədə iddia tələblərini bir ərizədə birləşdirsə də, həmin tələblər biri-digəri ilə əlaqəli olmayan tələblərdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə ödənilmiş (qəbz:**********) 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1na və Cavabdeh2 ASC-nə qarşı 36 saylı notariat ofisinin icra qeydinin ləğv edilməsi, 12/105 nömrəli ipoteka müqaviləsinin 2.6-cı bəndinin etibarsız hesab edilməsi, məhkəməyə müraciət hüququnun bərpa edilməsinə dair icra qərarının qəbul edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün “Hökümət ödəniş portalı” vasitəsi ilə ödənilmiş (qəbz:**********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2414/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2414/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver