Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-247/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı LPO Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh ASC tərəfindən əsassız olaraq tələb olunan 3490 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirdi ki, 2008-ci il tarixdə Cavabdeh ASC-nin Əhmədi filialı ilə illik 28 faiz olmaqla 18 ay müddətiə 62000 anat məbləğində kredit götürmüşdür, kredt müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11, 154 saylı mənzili banka girov qoymuşdur, 2008-ci ildən 2010-cu il tarixdə banka 26500 manat pul ödəmişdir, sonradan sosial-iqtisadi vəziyyətinin ağırlaşdığı üçün ödəmələri vaxtı-vaxtında ödəyə bilməmişdir, lakin 2010-2017-ci ilə kimi banka 26500 manat puldan əlavə 53000 manat pul ödəmişdir, 2010-cu ildə cavabdeh iddia qaldırmış və ondan 64671 manat pul tələb etmişdir, Xətai rayon məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmuş və tələb ipoteka predmeti olan evə yönəldilmişdir, sonradan banka olan borcunu tam ödəişdir, lakin bütün bunlara baxmayaraq cavabdeh ona məktub göndərərək bildirmişdr ki 3490 manat borcu var, lakin bütün borcunu ödəmişdir, cavabdeh heç bir əsas olmadan bu məbləği ondan tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Nümayəndə izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, qeyd olunan borc qətnamə borcudur, iddiaçı ilə danışıqlar ola bilər, bu bankın zamanında olub. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4825/2010 saylı xx.xx.2010-cu il tarixli Qətnaməsi ilə 23 sentyabr 2010-cu il tarixdə 58240 manat əsas borc və 6431 manat fazi borcu, cəmi 64671 məbləğində borc İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməlidir. İş materiallarında olan LPO Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2021-ci il tarixli məktuba əsasən, Xətai rayon Məhkəməsinin 2(011)-4825/2010 saylı xx.xx.2010-cu il tarixli Qətnaməsi üzrə banka 61201 manat məbləğində ödəniş həyata keçirilmişdir, xx.xx.2021-ci il tarixə sözügedən qətnamə üzrə 3470 mnat və 20 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur, qeyd olunan borc öhdəliyinin təmin olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2022-ci il tarixli 9/7699 saylı Ekspert rəyinə əsasən, borcalanın 16 dekabr 2008-ci il tarixli ZB-Ə nömrəli Y- 040 saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC qarşısında öhdəlikləri tam şəkildə ödənilmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4825/2010 saylı xx.xx.2010-cu il tarixli Qətnaməsi ilə 16 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 64.671 manat borcun və 20 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir, həmin qətnamə icraya yönəldilmiş və icra mərhələsindədir, hazırki iddia tələbi də icra sənədi üzrə məcburi icrası nəzərdə tutulan 64.671 manat ümumi borc məbləğinin 3.490 manat hissəsi ilə bağlıdır, həmin xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh ASC qarşısında olan öhdəlikləri tam ödənilmişdir. Bununla belə, tərəflər arasında həll olunmamış hər hansı müqavilə öhdəliklərinə dair hallar müəyyən deyil, həmçinin iddia tələbi üzrə mübahisə icra sənədindən irəli gəlir ki, bu da mübahisənin icra şöbəsində məhkəmədən kənar qaydada həllinin mümkünlüyünü göstərməklə, tərəflər arasında məhkəmə mübahisəsinin mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə qətnaməsi ilə müəyyən olumuş borcun məbləğinin silinməsi ilə bağlı olduğundan, tərəflər arasında hər hansı bir mübahisə olmadığından və bu məsələnin həlli icra orqanının səlahiyyətlərinə aid olunduğundan iddia tələbinə məhkəmədə baxıla bilməz və ona görə də iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı, “mübahisəli kredit müqaviləsi üzrə cavabdehə borcunun olmaması, öhdəliklərini tam ödənilməsi” ilə bağlı Xətai rayon Məhkəməsinin 2(011)-4825/2010 saylı xx.xx.2010-cu il tarixli Qətnaməsinin müvafiq qaydada icraya yönəldiyi quruma (İcra şöbəsinə) müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-247/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-247/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver