Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2476/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Zamin və Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6945 saylı nisyə alqı-satqı müqaviləsi və Zamin Ehliman ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6945 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 1875 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 281 ABŞ dolları cərimə, cəmi 2156 ABŞ dolları və 20 manat dövlət rüsumu pulun "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, ərizə təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10058/2016 saylı xx.xx.2016-cı il tarixli əmri qəbul edilmişdir. Zamin məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10058/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10058/2016 saylı xx.xx.2024-cü tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10058/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Elnur Abbasov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, borclu Cavabdeh o ilə 15.1 1.2015-ci il tarixdə bağlanmış SUM 6945 saylı nisiyə alqı-satqı maviləsinə əsasən, kreditor borcluya satış qiyməti 2220 ABŞ dolları olan (ümumi məbləğ 2220 ABŞ dolları) RH380PUK4KSLS” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisiyə satmışdır, borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 169 ABŞ dolları, xx.xx.2015-cu il tarixdə 85 ABŞ dolları, xx.xx.2016-cu il tarixdə 55 ABŞ dolları, xx.xx.2016-cu il tarixdə 36 ABŞ dolları ödəmiş lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. X3 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6945 saylı nisiyə alqı-satqı müqaviləsinə xx.xx.2015 tarixində zamin durmuşdur. Sonda iddiaçının nümayəndəsi Elnur Abbasov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qismən, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 1875 ABŞ dolları borcun olması hissəsində etiraf etdiyini, cərimə məbləğini qəbul etmədiyini bildirmişdir. Digər cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, SUM 6945 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya satış qiyməti 2220 ABŞ dolları olan “Hitachi soyud” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. İş materiallarında olan "xxxx" MMC-si ilə Zamin arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, SUM 6945 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, SUM 6945 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə alıcı öz öhdəliklərini yerinə yetirənədək zamin borcalan ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı, Zamin xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən 1875 ABŞ dolları əsas, 281 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2156 ABŞ dolları borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı pretenziyaya əsasən məlum olur ki, cavabdeh 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, satıcı "xxxx" MMC müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı - “Hitachi soyud” markalı 1 ədəd mobil telefonu alıcıya təhvil vermiş, alıcı Cavabdeh əşyanı iddiaçıdan təhvil almışdır, lakin o müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə ödənişləri etməmiş və müqavilənin şərtlərini pozmuşdur, həmçinin alqı-satqı müqaviləsinin təminatı olaraq iddiaçı ilə cavabdeh Zamin ilə xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır, müqavilənin müddəti müəyyən edilməmişdir, xx.xx.2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçıya olan əsas borc 1875 ABŞ dolları təşkil edir, cavabdeh borcunun olması və onun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir, Cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul edir. Bununla belə, iddia tələbi üzrə Cavabdeh müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar, həmçinin Zamin borc üzrə öhdəliyinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla 50 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdeh olan zamin - Zamin xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlandığından və onun bitmə vaxtı göstərilmədiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyindən, Zamin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli SUM 6945 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu mülki işdə olan sübutlarla təsdiq edildiyindən, cavabdehdən 1875 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 20 manat cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli SUM 6945 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1875 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1925 (min doqquz yüz iyirmi beş) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat alınaraq "xxxx" MMC-ə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2476/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2476/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver