Məhkəmə qərarları › İş №2(011)-2496/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2496/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2496/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. İddiaçı özü fərdi əməklə məşğuldur. Cavabdeh tanışı Emin vasitəsilə tanımışdır. İddiaçı həm Azərbaycanda, həm də işi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda da yaşayır. İddiaçı Azərbaycan Respublikasına gələn zaman cavabdeh ona betona qatılan qatqını istehsal edən sexi açmağı təklif etmişdir. İddiaçı bu barədə daha ətraflı öyrənməyə çalışanda Elvin, bu işlə özü məşğul olacağını bildirmişdir. İddiaçı cavabdehlə razılaşmış və 17 yanvar 2019-cu il tarixdə ilkin olaraq işə başlamaq üçün cavabdehə 20000 ABŞ dolları vermişdir. Bundan sonra Elvin iddiaçıdan 157504 manat pul almışdır. Elvin iddiaçıdan 20000 ABŞ dolları daxil olmaqla, ümumilikdə 191504 manat pul almışdır. Lakin bu günə qədər cavabdeh nə iddiaçının pulunu, nədə ki, əldə olunacaq qazancı ona verməmişdir. Elvin iddiaçının verdiyi pullar ilə özünə və qardaşına avtomobil almışdır. Elvin həmin puldan 10000 manatını iddiaçıya qaytardığı üçün Elvinin ona 181504 manat verəcəyi vardır. Elvindən həmin pulu tələb edəndə müxtəlif bəhanələr gətirərək pulu verəcəyini söyləsə də, süründürməçiliyə yol verib pulunu verməkdən boyun qaçırmışdır. Cavabdeh iddiaçıdan qeyd olunan pulu betona qatılan qatqı hazırlayan sexi açmaq adı ilə almışdır. Lakin Elvin iddiaçıdan qeyd olunan pulu alsa da, bugünə qədər ona qazanc verməmişdir. Bu məqsədlə iddiaçı cavabdehdən pulunu istəyəndə, cavabdeh pulu verməkdən imtina etmiş və müxtəlif bəhanələr gətirmişdir. Cavabdehin yuxarıda qeyd olunan iddiaçıdan aldığını etiraf etdiyi 177760 manat pulu sonradan razılaşdırılmış Cavabdeh da imzası ilə təsdiq edilən xx.xx.2022-ci il tarixli razılaşma sənədi ilə təsdiq edilir. Həmin razılaşma sənədindən də göründüyü kimi nəticədə cavabdehdən iddiaçıya çatası pul ümumilikdə 176256 manat təşkil edir ki, bu razılaşma sənədi də həm cavabdeh, həm də iddiaçı və şahidlərin imzaları ilə təsdiq edilmişdir. Cavabdehin etiraf etdiyi 177760 manat pul məbləği ilə həmin razılaşma sənədində göstərilən 176256 manat pul məbləği demək olar ki, üst-üstə düşür. Göründüyü kimi cavabdehin iddiaçı ilə birlikdə iş qurmaq adı altında aldatma yolu ilə iddiaçıdan aldığı 176256 manat pul hələ də iddiaçıya geri qaytarılmamışdır. Odur ki, razılaşma sənədində göstərilən 176256 manat pul məbləği Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə müraciət etmişdir. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi” haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır. Odur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 176256 manat pulun Cavabdeh alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 yanvar 2022-ci il tarixli əlyazmanın surətindən və həmin əlyazmanın yazıldığını təsdiq edən fotoşəkildən görünür ki, Cavabdeh İddiaçı 176256 manat pulun çatacağı ilə razılaşmışdır. İş materiallarında olan Nizami RPİ-nin İŞ-nin 23 dekabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki. İddiaçı dostu Eminin vasitəsi ilə tanımışdır. İddiaçı Emin ilə əmi nəvəsidir. Emin ona təxminən 2019-cu ilin əvvəllərində əmisi oğlu Asifdən borca pul götürüb onunla şərik olmaq istədiyini bildirmişdir. O, Eminə etiraz etməmiş və şərik olmağa razılıq vermişdir. Bir müddət sonra Emin əmisi oğlu Asiflə birlikdə onun yanına gəlmiş və iş barədə söhbət etməyə başlamışlar. Asifə iş görməzdən əvvəl hər şeyi izah edərək xeyirləri də, ziyanları da şərikmə olaraq həll edəcəklərini demişdir. Asif onun bu şərtinə razılıq verərək ona iş görmək üçün pul yatıracağını bildirmişdir. Asif ondan iş görmək üçün nə qədər pul lazım olduğunu soruşanda Asifə normal işləmək üçün 250000 manat lazım olduğunu bildirmişdir. Asif onunla razılaşmış və 17 yanvar 2019-cu il tarixdə ona Eminin iştirakı ilə Xırdalan şəhərində yerləşən «AAAF» yaşayış kompleksində yaşadığı evin həyətində xammal üçün 20000 ABŞ dolları vermişdir. Bundan sonra Asif ünvan 3 ünvanında yerləşən ofisdə 31 yanvar 2019-cu il tarixdə 2890 manat "1C" mahasibatlıq proqramı üçün, 01 fevral 2019-cu il tarixdə 970 manat kompüter və 390 manat isə printer üçün, ümumilikdə 1360 manat, 06 fevral 2019-cu ıl tarixdə xammal üçün 17000 manat, 18 fevral 2019-cu il tarixdə qatqı üçün istifadə olunan xammalın gömrük rüsumu üçün 5100 manat, 20 fevral 2019-cu il tarixdə xammalın yol xərcinə görə 7140 manat, 24 fevral 2019-cu il tarixdə xammalın puluna görə 340 manat, 28 iyun 2019-cu il xammala görə 51000 manat, 30 iyun 2019-cu il tarixdə xammal üçün 10030 manat, 15 iyul 2019-cu il tarixdə arendaya vermək üçün 1900 manat, 01 oktyabr 2019-cu il tarixdə Gürcüstan dövlətindən gətirmək üçün yol xərci ilə birlikdə 40000 manat, 23 oktyabr 2019-cu il tarixdə xammal üçün 17000 manat vermişdir. 23 oktyabr 2019-cu ıl tarixdə verdiyi 17000 manat pulun 10000 manatını geri qaytarmışdır. Ümumilikdə İddiaçı xammal üçun 133510 manat pul almışdır. Ofisin ərsəyə gəlməsi üçün 4250 manat pul vermişdir. Gürcüstan dövlətindən gələn avadanlığa görə isə Asif onlara 40000 manat pul verməmişdir. Asif avadanlığın özünə məxsus olduğunu bildirmiş və avadanlığı onlara verərək 40000 manat pul hesablamışdır. Asif avadanlıq üçün yalnız gömrük rüsumu 2236 manatını vermişdir. Onların işi betonla bağlı olduğu üçün bəzi satışlar zamanı pul əvəzində MTK-lar tərfindən ev təklif olunmuşdur. Asiflə məsləhətləşən zaman Asif ev ilə razılaşmamış, pul istəmişdir. Bu səbəbdən də alacaqları çoxalmışdır. Borclar çoxaldığı üçün əllərində xammal almaq üçün pul olmamışdır. Belə olduğu halda isə Asif gəlir olmadığı üçün xammal üçün pul verməkdən imtina edərək şəriklikdən çıxdığını bildirmişdir. Bundan sonra isə Asifə şərikliyə girən gündən şəriklikdən çıxan günə qədər xammal üçün nə qədər pul verdiyini hesablayaraq verəcəyini bildirmişdir. Bundan sonra hesablayaraq Asifə xammal uçün 133510 manat pul verməli olduğunu bildirmişdir. Asif qeyd olunan məbləğdə pulları ona və Eminə vermişdir. Asifə o və Emin tərəfindən qaytarılan pullar Asifin xammal üçün verdiyi puldan silinmişdir. Bir müddət keçəndən sonra Asifə Xırdalan şəhərində yerləşən "xxxx" MTK-dan bir kvadrat metri 550 manat olmaqla 245 kvadrat metr sahəsi olan 3 ədəd ev vermişdir. Mənzillərin ümumi dəyəri 134750 manat etmişdir. Danışıqlara əsasən Asif «Avro Grand MTK-ya 63000 manat pul vermişdir. Yerdə qalan 71750 manat pulu isə «Avro Grand MTK-ya ödəmişdir. Bundan sonra onun Asifə 61760 manat borcu qalmışdır. Qeyd edilənlərdən başqa Asifin oğlu Londona gedən ərəfədə X2 bileti üçün biletin cəriməsi ilə birlikdə 1900 manat pul vermişdir. Bundan başqa isə Emin Asifin evinin komendantına 370 manat pul vermişdir. Daha sonra Asifə Pirşağı qəsəbəsində yerləşən «Aylı gecə» restoranında 500 manat vermişdir. Qeyd edilənlərdən başqa Asifin sifarişi ilə Asifin dostuna Şəmkir şəhərində beton zavoda 800 manatlıq mal verilmişdir. Mal verilən zaman Asif həmin malın pulun olan borcdan silinməsını bildirmişdir. Asifə olan ödənişlərdən sonra onun və Eminin Asifə 58190 manat verəcəkləri qalmışdır. Asiflə olan şərikliyi belə problemlərin yaranmasının səbəbi isə Asifin ilkin danışıqlarına əsasən söylənilən məbləği verməməsi olmuşdur. Asif lazım olan məbləğdə pulları vermədiyi üçün o və Emin ziyana getmişlər. Mal müqabilində barter zamanı 27000 manat müqabilində «Haval» markalı avtomobil almışdır. Həmin zaman əllərində pul olmamışdır. O, Asifə pul verməsini söyləmişdir. O. Asifə həmin avadanlıqlara görə pul ödəməli deyildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(0012)-797/2022 saylı 14 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasıbıb A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.m olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasınıb A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.m olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 36 saylı mənzilin İddiaçı cavabdeh "xxxx" MMC tərəfindən təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-535/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, hüquq və mənafelərinə toxunan şəxslər – X3, X1, X4 və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(0012)-797/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cavabdehdən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasıbıb A girişi 10-cu mərtəbə, ümumi sahəsi 62 kv.m olan bir otaqdan ibarət 56 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasınıb A girişi 10-cu mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 60 saylı mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 10-cu mərtəbə, ümumi sahəsi 96,7 kv.m olan iki otaqdan ibarət 58 saylı mənzil və Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə olan yaşayış binasının A girişi 6-cı mərtəbə, ümumi sahəsi 87,8 kv.m olan iki otaqdan ibarət 36 saylı mənzilin alınaraq ona təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən görünür ki, məhkəmə kollegiyası İddiaçı izah etmişdir ki, hazırkı iş üzrə onun iddiasının rədd edilməsi, iddiaçının cavabdehə qarşı mübahisəli mənzillərə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-29/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-535/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında tanışlıq münasibəti olmuş və iddiaçı cavabdehlə birlikdə betona qatılan qatqını istehsal edən sex açmaq üçün cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti vermişdir. Bu hal Nizami RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda iş materiallarında olan cavabdeh tərəfindən imzalanmış əlyazmadan da müəyyən edilir ki, cavabdeh iddiaçıya 176256 manat pul vəsaitinin verilməsi ilə razılaşmışdır. Cavabdeh Nizami RPİ-nin İŞ-də verdiyi izahatında iddiaçıya borcun əvəzi olaraq 3 mənzil verdiyini bildirsə də, iş materiallarında olan məhkəmə qətnamələrindən görünür ki, həmin mənzillərin iddiaçıya təhvil verilməsi ilə bağlı tələblər təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 176256 manat məbləğində borclu olması cavabdehin öz əlyazması və iş materiallarında olan sübutlarla təsdiq edildiyindən, həmin borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia təmin edilməli, Cavabdeh 176256 manat pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 176256 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar