Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-251/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Toyota Camry minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi zərərə görə 3455,00 (üç min dörd yüz əlli beş) on) manat, hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 3955 manat və ödənilmiş dövlət rüsumu 69,55 (altmış doqquz manat əlli beş qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 09 avqust 2022-ci il tatixdə, saat 09:00 radələrində idarə etdiyi ona məxsus Toyota Camry minik markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Xətai rayonu, N.Tusi küçəsi ilə Gəncə prospekti istiqamətində hərəkətdə olarkən “ALTAY” ŞADLİQ sarayının qarşısında iddiaçıya əks istiqamətdə hərəkət edən Şhevrolet Trax markalı, **-SC-*** nömrəli avtomobil qəflətən sola dönmüş və onun avtomobilinin qabaq sol tərəfindən vuraraq toqquşma baş vermişdir. İddiaçı bilidirir ki, zərbənin təsirindən idarəetməni itirib həmin restoranın pilləkəninə dəymişdir. Hadisə zamanı xəsarət almasa da, avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə gələn PPX-nin əməkdaşalrı Xətai RPİ-nin DYPŞ-nə məlumat verdikdən sonra hadisə yerinə Xətai RPİ-nin DYPŞ-nin polis kapitanı X4 gəlmiş və hadisə yerində araşdırma apardıqdan sonra onları DYPŞ-nə dəvət etmişdir. Hadisə yerindən birbaşa Xətai RPİ-nin DYPŞ-nə gəlmişlər və hadisə barəsində izahat yazmışlar. Daha sonra Xətai RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis kapitanı X1 Səbinə Cahid qızı barəsində Azərbaycan Respublikası İXP-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə TP ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı qeyd edir ki, ilkin qiymətləndirmə aktına əsasən onun avtomobilinə cəmi 8455,00 (səkkiz min dörd yüz əlli beş) manat məbləğində maddi zərər vurulmuşdur. Qarşı tərəfin idarə etdiyi avtomaşının sığorta şəhadətnaməsi üzrə ona cəmi 5000,00 (beş min) manat məbləğində pul ödənilmişdir. İddiaçının avtomaşının qalan təmir xərcləri Cavabdeh üzərinə düşür. İddiaçı həmiçinin bildirir ki, onun avtomaşı ideal vəziyyətdə idi və heç bir detalına rəng vurulmamışdır. Bununla da qarşı tərəf ona maddi və mənəvi zərər vurmuşdur. Odur ki, iddiaçı avtomaşınının təmirinə xərclənmiş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar olaraq dəfələrlə X2 müraciət etmiş , lakin qarşı tərəf maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı söz versə də, daha sonra ödəniş etməkdən qəsdən yayınmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Yol hərəkət qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmın edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərib edilən inzibati xəta haqqinda protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXP-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə TP ******* nömrəli protokol tərtib edilib. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair ilkin qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8455 manatdır . İş materiallarında olan 12418 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə 500 manat 6 saylı Vəkil bürosuna ödənilmişdir. İş materiallarında olan 9/7668 saylı xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5600 manat müəyyən edilmişdir. İş materiallarında olan 9/8934 saylı xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5600 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdeh tərəfindən idarə edildiyi zaman, həm də cavabdehin səhvi ucbatından vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən iddiaçının avtmobilinə dəymiş ziyan cavabdehdən alınaraq İddiaçıya ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyanı iddiaçıya ödənilməli olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinlərindən də aydın olur ki, “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 8394 məbləğində deyil, 5600 manat məbləğində müəyyən olumuşdur. Bundan başqa, iddiaçıya sığorta şirkəti tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. Həmin hal iddiaçının öz iddiasında da, əksini tapır. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 600 manat (5600 manat-5000 manat=600 manat) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın tələbinin hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 500 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan hüquqi xidmətə görə ödənilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 500 manat məbləğində pul vəsaiti 6 saylı Vəkil bürosuna ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1100 manat (600 manat+500 manat=1100 manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.55 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci həm iddiaçı, həm də cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat (100 manat və 50 manat) məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti də tərəflər arasında mütənasib bölünməli və 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh, 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri isə İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat və 69.55 (altmış doqquz manat, əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq pul tutularaq İddiaçı ödənilsin. 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh, 100 manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-251/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-251/2023
26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver