Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2560/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2021-ci il tarixli 200819-124586/1 nömrəli istehlak krediti müqaviləsi üzrə Cavabdeh 815.29 manat məbləğində əsas borc və 218.64 manat faiz borcu olmaqla, cəmi 1033.93 manat borcun və 06 mart 2019-cu il tarixli, 200893- PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 1122.46 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz borcu və 222.79 manat cərimə borcu olmaqla, cəmi 1345.25 manat borcun və 44.20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında restrukturizasiya məqsədilə bağlanmış 10 mart 2021-ci il tarixli, 200819-124586/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 976.80 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 mart 2019-cu il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 1500 manat olan kredit xətti ayrılmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Restrukturizasiya olunmuş 10 mart 2021-ci il tarixli, 200819-124586/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 04 mart 2022-ci il tarixinə cavabdehin 815.29 manat məbləğində əsas borcu və 218.64 manat faiz borcu olmaqla, ümumilikdə 1033.93 manat məbləğində kredit borcu yaranmışdır. 06 mart 2019 il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 04 mart 2022-ci il tarixinə cavabdehin 1122.46 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 222.79 manat cərimə borcu olmaqla, ümumilikdə 1345.25 manat məbləğində kredit borcu yaranmışdır, istehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2019-cu il tarixli, 200893-PC********** nömrəli istehlak krediti müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 1500 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan 10.03.2021-ci il tarixli 200819-124586/1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 24 ay müddətinə illik 28 faiz olmaqla, 976,80 manat məbləğində kredit ayrılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 06.03.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 1 ədəd plastik kart verilmişdir. İş materiallarında olan 04.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.03.2021-ci il tarixli 200819-124586/1 saylı kredit müqaviləsinə əsasən, 04.03.2022-ci il tarixə 815,29 manat əsas borcu, 218,64 manat faiz borcu olmaqla, cəmi 1033,93 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 175 gün təşkil edir. İş materiallarında olan 04.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 mart 2019-cu il tarixli, 200893-PC********** saylı kredit xətti müqaviləsinə əsasən, 04.03.2022-ci il tarixə 1122,46 manat əsas borcu, 0 manat faiz borcu, 222,79 manat cərimə borcu olmaqla, cəmi 1345,25 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 175 gün təşkil edir. İş materiallarından görünür ki, 25.11.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh borcunu 5 gün müddətinə ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı ASC tərəfindən 44,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQM-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit, faiz və cərimə ödəmək barədə öhdəlik götürmüşdür, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, cavabdehin 06 mart 2019-cu il tarixli, kredit xətti müqaviləsinə əsasən əsas borcu 1122,46 manat, cərimə borcu 222,79 manat olmaqla, cəmi borcu 1345,25 manat, 10.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, əsas borcu 815,29 manat, faiz borcu 218,64 manat olmaqla, cəmi borcu 1033,93 manat təşkil edir, cavabdeh iddiaçı tərəfindən borcunun olması və borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1033,93 manat və 1345,25 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 44,20 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 mart 2021-ci il tarixli 200819-124586/1 nömrəli istehlak krediti müqaviləsi üzrə əsas borc kimi 815.29 manat, faiz borcu kimi 218.64 manat olmaqla, cəmi 1033 (min otuz üç) manat 93 (doxsan üç) qəpik və 06 mart 2019-cu il tarixli, 200893- PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə əsas borc kimi 1122.46 manat, cərimə borcu kimi 222.79 manat olmaqla, cəmi 1345 (min üç yüz qırx beş) manat 25 (iyirmi beş) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 44 (qırx dörd) manat 20 (iyirmi) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2560/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2560/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver